"Çempionluq şansımız kuboku qazanmaqdan daha çoxdur"

"Çempionluq şansımız kuboku qazanmaqdan daha çoxdur"
MÜSAHİBƏ 14 Mart 2014 / 18:14 4536
-  A +

"Qəbələ" ilə oyun bizim üçün çox ağır oldu. Çünki komandamız dincələ bilməmişdi. Oyunun tempindən də görünürdü ki, futbolçularımızda yorğunluq var. Allaha şükür ki, "Qəbələ" kimi komandaya səfərdə uduzmadıq. Məncə, ilk oyunda lazım olan nəticəni tam qazanmamışıq. Hardasa 50 faiz işin öhdəsindən gəlmişik".

Qol.Az saytına açıqlamasında bu sözləri "Qarabağ" klubunun yarımmüdafiəçisi Qara Qarayev ölkə kubokunun 1/4 final mərhələsində "Qəbələ"yə qarşı keçirdikləri oyun haqda danışarkən deyib.
 
Milli komandamızın üzvü qeyd edib ki, ilk oyunda qeydə alınan 0:0 hesablı nəticə "Qarabağ"ı cavab qarşılaşmasına daha ehtiyatlı çıxmağa vadar edəcək: "Səfərdə 1:1 hesablı bərabərə qalsaydıq, daha yaxşı olardı. Qol vura bilsəydik, cavab oyununa rahat çıxardıq. Ancaq 0:0 hesabı bizim üçün təhlükəlidir. Çünki biz daha ehtiyatlı olmalıyıq. Cavab oyununda qələbə üçün oynayacağıq ki, növbəti tura keçək".

"Qarabağ"ın bəzi aparıcı futbolçularının "Qəbələ" ilə oyunda meydana çıxmamasına münasibət bildirən Q.Qarayev bu barədə belə deyib: "Həmin futbolçular bir neçə turdur ki, 90 dəqiqə meydanda olurdu. Ona görə də baş məşqçimiz bəzi əsas heyət oyunçularına istirahət vermişdi. Çalışdığımız qədər kubokda da irəliləmək istəyirik. Ancaq çempion olmaq istəyimiz daha çoxdur. Məncə, hələ çempionluqdan danışmaq düzgün deyil. Çünki bundan sonra 11 oyunumuz var. İkinci pillədə olan "Qəbələ" ilə aramızda olan doqquz xal elə də böyük fərq deyil. Çox tez bir zamanda bu fərq aradan qalxa bilər. İndidən deyə bilmərik ki, biz çempionuq. Bunun üçün bütün oyunlarda qalib gəlməliyik. Düzdür çempionluq şansımız kuboku qazanmaqdan daha çoxdur. Ancaq hər iki cəbhədə mübarizə aparacağıq".

Q.Qarayev Topaz Premyer Liqanın növbəti turunda "İnter"lə qarşılaşacaqları oyun haqda da fikir bildirib: "Çempionatda xüsusi oyun sistemi olan bir komandaya qarşı oynayacağıq. Asan olmayacaq. Çalışacağıq ki, yenə də qələbə qazanıb, liderliyimizi möhkəmləndirək".

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu