Bu gün AFFA-nın növbəti Hesabat Konfransı və İcraiyyə Komitəsinin iclası keçirilib. "Bakı" klubunun prezidenti Hafiz Məmmədov da tədbirdə iştirak edib. AFFA İcraiyyə Komitəsinin üzvü olan klub rəhbəri iclasdan sonra Qol.Az saytının suallarını cavablandırıb
- İcraiyyə Komitəsinin iclasında iştirak etdiniz. Legioner limiti ilə bağlı verilən qərarı necə qarşıladınız?
- Çox müsbət. Bildiyiniz kimi, klublarda çıxış edəcək legionerlərin sayı yeddidən, altıya endirlidi. Bu gün verilən qərarların çoxu artıq bizim klubda praktiki olaraq həyata keçirilir. Baş məşqçimiz Milinko Pantiç bu istiqamətdə işləyir. Daha çox yerli oyunçulara üstünlük veririk.
- Yəni "Bakı" bu gün verilən qərarlara hazır idi?
- Bəli, vaxtilə legionerlərin azaldılmasına etiraz edirdik. Fikirləşirdik ki, təki klublarımız yaxşı nəticə qazansın. Ancaq indi bu qərarlara sevinirik. Çünki yüksək səviyyəli yerli oyunçularımız yetişib.
- "Bakı"nın Topaz Premyer Liqasında hazırkı durumu haqda nə deyə bilərsiniz?
- Bu gün komandamızda işlər hərtərəfli ürəkaçandır. Futbolçularımız yaxşı əhval-ruhiyyədədir. Onlar artıq bir-birini çox yaxşı başa düşürlər. Yayda isə heyətimizi daha da gücləndirəcəyik.
- "Bakı" klubunun idarə heyətini tam olaraq nə vaxt formalaşdırmaq fikrindəsiniz?
- İdarə heyətini artıq formalaşdırmışıq. Üçü Madridin "Atletiko" klubundan, ikisi isə Fransadan olan beş əcnəbidən ibarət idarə heyətimiz var. Məşhur fransalı veteran futbolçu Jan Pyer Papen də buraya daxildir. Biz qərarımızı vermişik. Qarşı tərəflə görüşüb, müqavilə imzalamalıyıq. İnanıram ki, bu beş nəfər bizə lazımi tövsiyələrini verəcək və bunun bəhrəsini görəcəyik. Tək bizim klubumuz yox, ümumi Azərbaycan futbolu üçün onların təcrübəsindən istifadə etmək olar.
- Klubun idman direktoru nə vaxt təyin olunacaq?
- İdman direktoru məsələsi bir qədər məsuliyyətli işdir. Çalışırıq ki, bu vəzifəni xarici ölkələrdən birindən kiməsə həvalə edək. İdman direktoru daha peşəkar olmalıdır. Bu şəxs həm akademiyanın, həm ümumi bazanın işini bilməlidir, komandadan da məlumatlı olmalıdır. Yəni universal bir insan olmalıdır. Azərbaycanda özüm də daxil olmaqla elə bir şəxs görə bilmirəm. Həm ispanlardan, həm də fransızlardan xahiş etmişəm ki, bizə peşəkar bir idman direktoru məsləhət görsünlər. Yerli mütəxəssislərimizə də bu işi həvalə edə bilərdik. Ancaq bu vəzifənin icraçısı həm daxili, həm də beynəlxalq futbol məsələlərini dərindən bilməlidir. Bu səbəbdən daha təcrübəli birini axtarırıq.
- Bu vəzifəyə namizədiniz var?
- Xeyr, namizəd hələ ki, özüməm.
- Sahibi olduğunuz "Lans" klubunun perespektivini necə görürsünüz? Komanda birinci Liqaya çıxmaq gücündədir?
- Nəyin bahasına olursa olsun, "Lans"ı birinci liqaya çıxarmalıyıq. Klubun müəyyən problemlərini həll etmişik. Bir müddət əvvəl Fransada "Lans"ın aqibəti barədə 20 nəfərdən ibarət tərkibdə komissiya çağırıldı. Bizdən də ora bir nümayəndə getmişdi. Həmin komissiyada "Lans"ı gözləyə biləcək təhlükələr müzakirə olundu. Belə ki, hər hansı bir cəriməyə görə, "Lans" üçüncü liqaya düşə bilərdi. Bundan əlavə komandanın oyunçu transferinə qadağa qoyulmuşdu. Şükürlər olsun ki, hər iki məsələ yoluna qoyuldu. Maliyyə durumumuz komissiyaya təqdim olundu. Bundan sonra bizim də transfer siyasətimiz həyata keçiriləcək. Gördüyünüz kimi "Lans" çox gözəl oyun nümayiş etdirir. Belə davam etsələr, məqsədimizə çatarıq.
- Bir müddət əvvəl Fransa kubokunun 1/4 finalında baş tutacaq "Monako" - "Lans" oyununun Bakıda keçiriləcəyi gündəmdə idi...
- Bunu mətbuatda düzgün işıqlandırmayıblar. Çünki Fransada kubok oyunları bir oyundan ibarətdir. İki oyun keçirilsəydi, təbii ki, biri Azərbaycanda baş tutacaqdı. Gördüyünüz kimi "Lion"la oyun Lionda keçirildi. İndi isə "Monako" - "Lans" oyunu olacaq. Ona görə də görüş Monakoda baş tutmalıdır. "Lans"ın çoxsaylı azarkeşləri Monakoya getməyə hazırdır. Artıq klubun funksionerləri azarkeşləri Monakoya aparacaq nəqliyyat vasitələrini təşkil ediblər. İstəsəniz, biz də siz jurnalistləri və futbol adamlarını həmin oyuna apara bilərik.
- "Atletiko" və "Lans"ın futbol akademiyalarında dərs almaq üçün yeni futbolçuların göndərilməsi nəzərdə tutulub?
- Əlbəttə, bu işlər davamlı olacaq. Hazırda Azərbaycanın U-16 komandası "Atletiko"nun bazasındadır. Artıq komandadan iki futbolçu seçilib. Həm İspaniyada, həm də Fransada tam şərait var ki, futbolçularımız orada futbol dərsi alsınlar. Ona görə də istərdim ki, bir yox, bir neçə milli komandamız bu ölkələrə yollayaq və seçilən uşaqlar orada qalıb, təcrübəsini artırsın. Mən əvvəlcə məsləhət bildim ki, hər klubumuzdan futbolçular göndərək. Ancaq sonra belə qərara alındı ki, milli komandalarımız getsin.
- "Atletiko" və "Lans"la iş birliyi çərçivəsində yeni layihələr nəzərdə tutulub?
- Onu deyə bilərəm ki, "Atletiko" bu ilin iyul ayının 5-dən 21-dək Qubada təlim-məşq toplanışı keçəcək. Seminarlarda iştirak etmək iststəyən futbol mütəxəssislərinə məsləhətim odur ki, gedib "Atletiko"nun məşq prosesini izləsələr, onlar üçün əsl seminar olar, böyük təcrübə toplayarlar. İnşallah, "Lans"ı da Azərbaycana gətirmək istəyirik.
Ramiq AĞAMƏMMƏDOV
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?
İqor Tudor “Tottenhem”ə gətirilir
Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu
Milli komandalarımızın yeni məşqçiləri açıqlandı
Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər
2030-cu ilə qədər "Bavariya"da - Rəsmi
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo
Simeonedən Yamala təxribatçı jest - Şəkil
UEFA-nın növbəti Konqresi Qazaxıstanda
"Sabah" hər ikisi ilə yolları ayırdı
"Onunla Azərbaycan millisinə dair danışacağam"
Azərbaycan millisinin oyunlarının təqvimi - Millətlər Liqası
Məşhur futbolçu "Əl-Hilal"la müqaviləni uzatdı
"Atletiko" "Barselona"ya 4 qolu belə vurdu - Video
Ançelotti heç yerə getmir
"Barselona" 37 il sonra ilk dəfə...
Azərbaycan çempionatında tay-brek günü
"Arsenal" bu cür xal itirdi - Video
Flikin ən ağır məğlubiyyəti
"Atletiko" "Barselona"nı darmadağın etdi
FİFA-dan "Atletik"ə sərt cəza
Sterlinqin yeni klubu bilindi - Rəsmi
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu