Milli komandamızın üzvü Rauf Əliyev Qol.Az saytına müsahibə verib. "Bakı" klubunun hücumçusu yığmamızın Fillippinlə yoldaşlıq oyunundan (1:0) danışıb. Bundan başqa o, millimizin ABŞ-la keçirəcəyi yoldaşlıq matçı və Topaz Premyer Liqanın növbəti turunda "Qarabağ"la baş tutacaq qarşılaşma haqda fikirlərini bildirib.
- Dubay toplanışı və Filippinlə yoxlama oyunu haqda fikirlərini bilmək istərdik.
- Toplanış qısamüddətli oldu. Futbolçular bir-birinə tam uyğunlaşa bilmədi. Ancaq hazırlığımız normal keçdi. Filippinlə qarşılaşmaya gəldikdə isə deməzdim ki, yaxşı oynadıq. Yoldaşlıq görüşü olsa da, qalib gəlməyimiz vacib idi. Bunu da bacardıq. Bəzən oyunumuz alınırdı, bəzən isə yox. Bu da normaldır. Çünki komanda çoxdandır ki, bir yerdə oynamırdı. Əsas odur ki, sonda qalib gələ bildik. Həmişə yaddaşlarda nəticə qalır.
- Düşünürsən ki, nəticə yaxşı olsa da, oyununuz qənaətbəxş deyil?
- Bəli, tam yaxşı oyun göstərə bilmədik. İlk hissədə yaxşı təsir bağışlayırdıq. İkinci hissədə isə səhvlərimiz çox oldu.
- Səhvlər nədən irəli gəlirdi? Yeni oyunçularla əlaqələndirmək olar?
- Deməzdim ki, bu, gənc futbolçularla bağlı idi. Sadəcə ümumi komandada müəyyən dəyişiklik var idi. Yəni səhvi tək gənclər etmirdi. Futbolçularımız arasında anlaşılmazlıqlar olurdu. Məncə, ənənəvi heyətlə oynasaq, Filippinə böyük hesabla qalib gələ bilərdik.
- Bəzi futbolçular yığmamızda debüt etdi. Onların çıxışı haqda nə söyləyə bilərsən?
- Özlərini yaxşı tərəfdən göstərdilər. Hamısı çalışırdı ki, komandaya maksimum kömək etsin, gələn oyunlarda şans qazansın. Foqtsun gənclərə yer verməsinə sevinirəm.
- Qeyd etdiyin kimi yığmamız istənilən oyunu sərgiləyə bilmədi. Ola bilərmi Filippini düzgün qiymətlədirməmişdiniz?
- Şəxsən mənim bu rəqib haqda məlumatım yox idi. Həqiqətən fikirləşdiyimdən çox güclü oynadılar. Bu da ondan irəli gəlir ki, heyətlərində 2-3 nəfər filippinli vardı, qalanları isə legionerlər idi. Onların arasında bir neçəsi Bundesliqada çıxış edir. Yaxşı baş məşqçiləri var. Bir sözlə rəqibimiz gözlədiyimizdən güclü idi.
- Növbəti yoxlama oyununda rəqibimiz ABŞ millisidir...
- ABŞ-la oynamaq maraqlı olacaq. Tam fərqli bir rəqibdir. Həm də heç vaxt getmədiyimiz bir ölkədə olmaq maraqlıdır. Səbirsizliklə bu qarşılaşmanı gözləyirik. ABŞ millisi güclü komandadır. İnşallah bu səfərdən də yaxşı nəticə ilə qayıdarıq.
- Bir qədər də "Bakı"dan danışaq. Topaz Premyer Liqanın növbəti turunda turnir cədvəlinin lideri "Qarabağ"la qarşılaşacaqsınız. Bu görüş haqda nə düşünürsən?
- Cavid Hüseynovla mən milli komandanın heyətində olsaq da, komandamız hazırlığını davam etdirirdi. Sabahdan biz də komanda ilə məşqə çıxacağıq. Təbii ki, çempionatın liderinə qarşı bizi çox çətin oyun gözləyir. Bu mövsüm bir dəfə biz, bir dəfə isə "Qarabağ" qalib gəlib. Ona görə də bu dəfə daha maraqlı oyun olacaq.
- "Qarabağ"a qalib gəlsəniz, liderlə fərqi dördə endirmiş olacaqsınız. Məğlub olacağınız halda isə fərq 11 olacaq ki, bu da çempionluq şansınızın üstündən xətt çəkə bilər.
- Biz də bunu düşünürük. Ancaq "Qarabağ" kimi komanda ilə səfər oyununda bizi bir xal da qane edir. Komandamızı çox çətin oyun gözləyir. "Qarabağ" son turlarda gözəl oyun nümayiş etdirir. Ancaq biz də meydana əlimizi yanımıza salıb çıxmayacağıq.
Ramiq AĞAMƏMMƏDOV
“Pley-off”da final günü
İran idmançıları bəzi ölkələrə gedə bilməyəcək
Azərbaycan millisinə mükafat təqdim olundu - Video
Azərbaycan millisi FİFA seriyasının qalibi oldu
Münhen klubunu tərk edəcək
Umarali Raxmonaliyevin yığması qələbə qazandı
Messi Zambiyaya qarşı meydana çıxacaq
Arteta London klubunda qalacaq
"Yuventus" "Mançester Yunayted"in futbolçusuna göz dikdi
PSJ, "Bavariya", yoxsa Səudiyyə Ərəbistanı?
"Sumqayıt"ın Ronaldosu millidə növbəti matçına çıxdı
Azərbaycan millisinin Syerra Leone ilə oyun üçün heyəti
2-ci liqada fantastik hesab - 14:0!
“Mançester Yunayted” Tonali ilə danışıqlara başladı
Azərbaycanın U-17 millisi sonuncu oyununda da heç-heçə etdi
"Qarabağ" uşaqlara da jest etdi
UEFA-dan azərbaycanlı referiyə ilk baş hakim təyinatı
Tudor ən tez qovulan məşqçilər siyahısında
“Normal nəfəs ala bilmədiyimi başa düşdüm” - Luçesku
"Tottenhem"in yeni baş məşqçisi o olacaq
“Syerra Leone zəif rəqib deyil” – Rauf Əliyev
İran FİFA-ya müraciət etdi
Lukaku "Napoli"dən gedir
Azərbaycan – Syerra Leone matçının hakimləri açıqlandı
UEFA-dan Janna d’Ark cəzası! - Video
Bu mövsüm “Qarabağ”a uduzmuşdular - Baş məşqçini göndərdilər