Milli komandamızın məşqçisi Mahmud Qurbanov yığmamızın Filippinlə yoldaşlıq oyunu (1:0) haqda Qol.Az saytının suallarını cavablandırıb.
- Filippinlə yoxlama oyunu haqda fikirlərinizi bilmək istərdik.
- Bildiyiniz kimi bu, millimizin 2014-cü ildə ilk oyunu idi. Sevindirici haldır ki, ilə qələbə ilə başladıq. Oyun çətin keçdi. Komandamız istədiyimiz kimi çıxış etməsə də, lazım olan qələbəni qazandıq.
- Komandamız bu rəqiblə ilk dəfə qarşılaşırdı. Filippin yığması gözləniləndən üstün çıxış etdi, yoxsa əksinə?
- Doğrudan da, rəqib haqda məlumatsız idik. Sadəcə oyunlarının köhnə videoyazılarına baxmışdıq. Tanınmış yığma komanda olmasalar da, futbol oynamağı bacarırlar. Bir qədər gözlədiyimizdən çətin rəqib oldu. Onlardan belə oyun gözləmirdik.
- Berti Foqtsun eksperiment heyəti necə təsir bağışladı?
- Baş məşqçi əksər futbolçulara şans verdi ki, onların nəyə qadir olduğunu görsün. Məncə, pis təsir bağışlamadılar. Bəzilərinin yığmada birinci oyununun olmasını nəzərə alsaq, yaxşı qiymətləndirmək olar.
- Ancaq xeyli çatışmazlıqlar da hiss olundu.
- Çatışmazlıqlar həmişə olur, bu gün də var. Qalib gəldyimiz qarşılaşamalarda da müəyyən səhvlərimiz olub. Elə Filippinlə oyunun məqsədi də olan problemləri aşkar etməkdir. Məncə, elə bir problemimiz yoxdur ki, aradan qaldıra bilməyək. Seçmə mərhələnin oyunlarına qədər çatışmazlıqları aradan qaldıracağıq.
- İkinci hissədə millimiz hücum qurmaqda çətinlik çəkirdi...
- Düzdü, heyətdə dəyişiklik etdik. Ancaq bu, oyunun axarını yaxşıya doğru dəyişməli idi. Qeyd etdiyim kimi, komandamızda arxayınçılıq yarandı. İkinci yarıdan sonra rəqibin aktivliyi də bundan irəli gəlir.
- Foqts mətbuat konfransında bildirib ki, bəzi futbolçular göstərdiyi oyun haqda düşünməlidir. O, hansı oyunçuları nəzərdə tuturdu?
- Bu sözlər hamıya aiddir. Meydançada olan bütün futbolçuların fikri oyunda olmalıdır. Rəqibin güclü və ya zəif olmasını düşünməməlidirlər. Ola bilər ki, futbolçularımız Filippin yığmasını ciddiyə almayıblar. Ad çəkmək istəmirəm. Ancaq Foqtsun iradları haqlıdır. Meydana çıxan futbolçu oyunu ilə özünü sübut etməlidir.
- Millimiz növbəti yoldaşlıq oyununu ABŞ yığmasına qarşı keçirəcək. Bu rəqib haqda nə demək olar?
- ABŞ yığması ilə qarşılaşmağımız çox yaxşı haldır. Bu yoldaşlıq matçında yığmamızın bütün problemləri ortya çıxacaq. Müsbət tərəflərimizi də görəcəyik.
- Demək istəyirsiniz ki, Filippin kimi rəqiblə görüşdə komandamızın potensialını bilmək olmur?
- Bəli, ciddi rəqiblə oynayanda öz komandanı daha yaxşı tanıyırsan. Zəif rəqibə yanaşma tərzi də düzgün olmur. Ona görə də daha güclü komandalarla qarşılaşmaq vacibdir. Futbolçularımız ABŞ millisinə qarşı daha diqqətli və məsuliyyətli olacaqlar.
Ramiq AĞAMƏMMƏDOV
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?
İqor Tudor “Tottenhem”ə gətirilir
Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu
Milli komandalarımızın yeni məşqçiləri açıqlandı
Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər
2030-cu ilə qədər "Bavariya"da - Rəsmi
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo
Simeonedən Yamala təxribatçı jest - Şəkil
UEFA-nın növbəti Konqresi Qazaxıstanda
"Sabah" hər ikisi ilə yolları ayırdı
"Onunla Azərbaycan millisinə dair danışacağam"
Azərbaycan millisinin oyunlarının təqvimi - Millətlər Liqası
Məşhur futbolçu "Əl-Hilal"la müqaviləni uzatdı
"Atletiko" "Barselona"ya 4 qolu belə vurdu - Video
Ançelotti heç yerə getmir
"Barselona" 37 il sonra ilk dəfə...
Azərbaycan çempionatında tay-brek günü
"Arsenal" bu cür xal itirdi - Video
Flikin ən ağır məğlubiyyəti
"Atletiko" "Barselona"nı darmadağın etdi
FİFA-dan "Atletik"ə sərt cəza
Sterlinqin yeni klubu bilindi - Rəsmi
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu