"Bakı"nın yürımmüdafiəçisi Elvin Məmmədov son zamanlar əvvəlki formasından xeyli uzaqdır. Bir vaxtlar “İnter” və “Qarabağ”dakı oyunları ilə diqqət çəkən, millli komandamızın da önəmli futbolçularından birinə çevrilən E.Məmmədov "Bakı"nın əsas heyətində yer ala bilmir. Bunun nəticəsində təcrübəli futbolçu artıq bir ildir ki, milli komandaya da çağırılmr. O, bütün bunlar haqda Qol.Az saytının suallarını cavablandırıb
- Son zamanlar səni meydanda çox az-az görürük. Ümumiyyətlə, tanıdığımız Elvin Məmmədovdan əsər-əlamət qalmayıb...
- Mən də əvvəlki Elvin Məmmədovdan ötrü darıxmışam. Köhnə oyunlarımın videoyazılarına baxıram, çox rahat idim. "Qarabağ"la "Bakı"nın oyun stili tam fərqlidir. Həm də məndə bir qədər inamsızlıq yaranıb. Özümə haqq qazandırmaq istəmirəm, ancaq əslində nüanslar çoxdu. "Bakı"ya transfer olunan kimi ayağımdan zədələndim və uzun müddət oynaya bilmədim. Sonra baş məşqçi dəyişikliyi oldu. Buna görə də daimi oynamadım. Razıyam ki, meydana çıxdığım oyunların bəzilərində zəif çıxış etmişəm. Bütün tənqidlərlə həmişə razı olmuşam. İnsanlar məndən tam fərqli oyun görüblər. Bu gün məni bu durumda görəndə təəccüblənirlər. Özüm də əvvəlki formama qayıtmağın yollarını axtarıram.
- Karyeranın eniş dövrü "Qarabağ"da başlamışdı, yoxsa "Bakı"ya keçəndən sonra oyunun alınmadı?
- "Qarabağ"da son dövrlər ehtiyatda qalsam da, meydana çıxırdım. Baş məşqçi hər oyunda mənə şans verirdi. Buna görə də milli komandaya da dəvət alırdım. Eniş dövrü "Bakı"ya gəldikdən sonra baş verdi. Burada zədə səbəbindən üst-üstə bir il oynamadım. Rəhbərlik də mənə deyirdi ki, biz əvvəlki Elvini görmək istəyirik. Klub rəhbərliyi həmişə mənə inanıb, arxamda olub. Ancaq bir məsələ var ki, futbolçu oynamadıqca özünəgüvən hissi də itir.
- Yəni az şans qazandığın üçün özünü göstərə bilmirsən?
- Tarixə qayıtsaq, görərik ki, əvvəllər də "Bakı"da oyunum alınmırdı. Ancaq onun başqa səbəbi var idi. O dövrdə komandamız yaxşı formada deyildi. İndi isə "Bakı" oyununu düzəldib. Artıq bu komandanın sisteminə də bələdəm. İndi qalır baş məşqçinin mənə şans verməyi. Futbolçu oyundan-oyuna artırmalıdır. İstər "Qarabağ"da, istərsə də "İnter" və "Turan"da bunu hiss etmişəm. Elvin niyə futbolçu oldu? Çünki "Turan"da hər oyunda baş məşqçi mənə şans verdi. "Qarabağ" və "İnter"də də daima əsas heyətdə olmuşam.
- Sənin mövqeyində rəqabət də güclüdür...
- Razıyam. Ancaq mən də hazırda pis formada deyiləm. Baş məşqçimiz məşqlərdə mənə heç bir irad bildirmir. Fiziki cəhətdən də geri qalmıram. Ancaq şans qazana bilmirəm. İlk dövrənin səkkiz oyununda meydana çıxmışam. Ancaq qış fasiləsindən sonra yalnız "İnter"lə oyunda çıxış etmişəm. Oynamayan futbolçu necə artıra bilər?
- "Bakı" ilə müqavilən nə vaxt bitir?
- Bu ilin may ayında
- Növbəti oyunlarda da ehtiyatda qalsan, mövsümün sonunda komandadan getmək haqda düşünücəksən?
- Əlbəttə, oynamadıqca milli komandadan da uzaqlaşıram. İndidən bu haqda danışmaq istəmirəm. Ancaq mayda mütləq dərindən fikirləşib, qərar verməliyəm. Təsəvvür edin ki, bir ildir Foqts mənə dəvət göndərmir.
- Yeri gəlmişkən, millinin budəfəki toplanışına da dəvət almadın.
- Foqtsun bu qərarına haqq qazandırıram. Hansı klubda oynamışımsa, o, məni milliyə çağırıb. Əgər Foqts meydana az çıxmağımı səbəb kimi göstərirsə, onunla razılaşıram. Foqts mənə dəfələrlə deyib ki, niyə belə qorxaq futbol oynayırsan? Mən də bildirmişəm ki, hər bir məşqçinin öz futbol fəlsəfəsi var. Klubumdakı baş məşqçilər mənə başqa cür tapşırıq verir, siz isə tam fərqli. Əlbəttə ki, milli komandada oynamaq hər bir futbolçu üçün böyük üstünlükdür. Göz qabağında olmaq üçün, Avropaya çıxmaq üçün ən yaxşı variant millidə oynamaqdır. Mənim də əsas istəyim yenidən milliyə qayıtmaqdır.
- Topaz Premyer Liqanın növbəti turunda lider "Qarabağ"la qarşılaşacaqsınız. Bu oyun haqda nə düşünürsən?
- Əlbəttə, çempionatın liderinə qarşı oynamağın çətinliyini deməyə ehtiyac yoxdur. "Qarabağ" son zamanlar çox yaxşı formadadır. Ancaq qələbə bizə daha vacibdir. Qalib gəlməliyik ki, "Qarabağ"la xal fərqimizi azaldaq. İnanıram ki, komanda şəklində bunun öhdəsindən gəlməyə qadirik. Bildiyiniz kimi, bu mövsüm "Qarabağ"a qalib gəlmişik. Bunu yenə bacara bilərik.
Ramiq AĞAMƏMMƏDOV
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?
İqor Tudor “Tottenhem”ə gətirilir
Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu
Milli komandalarımızın yeni məşqçiləri açıqlandı
Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər
2030-cu ilə qədər "Bavariya"da - Rəsmi
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo
Simeonedən Yamala təxribatçı jest - Şəkil
UEFA-nın növbəti Konqresi Qazaxıstanda
"Sabah" hər ikisi ilə yolları ayırdı
"Onunla Azərbaycan millisinə dair danışacağam"
Azərbaycan millisinin oyunlarının təqvimi - Millətlər Liqası
Məşhur futbolçu "Əl-Hilal"la müqaviləni uzatdı
"Atletiko" "Barselona"ya 4 qolu belə vurdu - Video
Ançelotti heç yerə getmir
"Barselona" 37 il sonra ilk dəfə...
Azərbaycan çempionatında tay-brek günü
"Arsenal" bu cür xal itirdi - Video
Flikin ən ağır məğlubiyyəti
"Atletiko" "Barselona"nı darmadağın etdi
FİFA-dan "Atletik"ə sərt cəza
Sterlinqin yeni klubu bilindi - Rəsmi
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu