"Qarabağ" klubunun hücumçusu Vüqar Nadirovun Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın son turunda "Neftçi" ilə qarşılaşma zamanı qaşından zədə almışdın. Hazırda durumun necədir, məşqlərdə iştirak edə bilirsən?
- Normal qaydada məşqlərdə iştirak edirəm. Qaşıma iki tikiş qoyulub. Sabah tikişi sökəcəklər. Növbəti oyunda meydana çıxmağa tam hazır olacam.
- "Netçi" ilə görüş gözlənildiyi kimi maraqlı keçdi. Bəs, 4:1 hesablı qələbəni gözləyirdiniz?
- Həmişə "Neftçi" ilə oyunumuz həmişə maraqlı alınıb. Məncə, Azərbaycanda derbi oyunu yalnız "Neftçi" və "Qarabağ" arasında baş tutur. Son qarşılaşmada da azarkeşlər gərgin bir matçın şahidi oldular. Şükürlər olsun ki, "Neftçi"nin meydanında oynasaq da, böyük hesabla qalib gəlib, stadiona gələn xeyli sayda azarkeşimizi sevindirdik. Komandamız ən yaxşı oyunlarından birini oynadı və layiqli qələbə qazandıq. Hər bir qarşılaşmaya yaxşı motivasiya oluruq. Ona görə də istənilən böyükhesablı qələbəmiz gözləniləndir.
- Görüşün 62-ci dəqiqəsində "Neftçi"nin azlıqda qalması hesabın bu həddə çatmasında nə dərəcədə rol oynadı?
- Rəqibin azlıqda qalması işimizi çox asanlaşdırdı. Çünki onsuz da oyuna yaxşı başlamışdıq. İlk dəqiqələrdən hesabda irəli çıxmağımız futbolçularımızı ruhlandırmışdı. Buna görə də rəqibi hərtərəfli üstələyirdik. Hamı gördü ki, azlıqda qalmasa belə, "Neftçi"ni məğlub edəcəkdik.
- Növbəti tur son zamanlar "Neftçi"dən daha yaxşı təsir bağışlayan "Bakı" ilə qarşılaşacaqsınız...
- Əlbəttə, "Bakı" çox yaxşı komandadır. Gördüyünüz kimi, son iki tura qədər ardıcıl dörd oyunda qalib gəliblər. Axırıncı oyunlarda da məğlub olmayıblar. Buna görə də bizə arxayınlaşmaq olmaz. Hər bir rəqibimizə maksimum ciddi yanaşmalıyıq.
- Berti Foqts səni bu dəfə milliyə dəvət etmədi.
- Foqtsun bu qərarı mənim üçün də gözlənilməz oldu. Təbii ki, millidən dəvət gözləyirdim. Ola bilər ki, "Qarabağ"ın son oyunlarında meydana sonradan çıxdığım üçün Foqts belə qərar verib. Bu mövsüm əsas heyətdə az yer alıram. Ancaq inanıram ki, yığmamızın "Avro-2016"nın semə mərhələsinin oyunlarında millinin formasını geyəcəm.
- Sabah milli komandamız Filippinlə yoldaşlıq oyununa çıxacaq. Bu qarşılaşmadan nə gözləyirsən?
- Bu yoldaşlıq oyunu millimiz bir araya gəlməsi baxımından əhəmiyyətlidir. Rəqibə gəldikdə isə, onu deyə bilərəm ki, Filippin millisi sərt futbola üstünlük verəcək. Çalışacaqlar ki, özlərini göstərsinlər. Komandamız bunu nəzərə almalıdır. İndi elə bir vaxtdır ki, rəqib tapmaq olmur. Həm də milli komandaların zəifi olmur. İstənilən yığma ilə oyun bizim üçün faydalı olar.
Ramiq AĞAMƏMMƏDOV
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?
İqor Tudor “Tottenhem”ə gətirilir
Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu
Milli komandalarımızın yeni məşqçiləri açıqlandı
Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər
2030-cu ilə qədər "Bavariya"da - Rəsmi
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo
Simeonedən Yamala təxribatçı jest - Şəkil
UEFA-nın növbəti Konqresi Qazaxıstanda
"Sabah" hər ikisi ilə yolları ayırdı
"Onunla Azərbaycan millisinə dair danışacağam"
Azərbaycan millisinin oyunlarının təqvimi - Millətlər Liqası
Məşhur futbolçu "Əl-Hilal"la müqaviləni uzatdı
"Atletiko" "Barselona"ya 4 qolu belə vurdu - Video
Ançelotti heç yerə getmir
"Barselona" 37 il sonra ilk dəfə...
Azərbaycan çempionatında tay-brek günü
"Arsenal" bu cür xal itirdi - Video
Flikin ən ağır məğlubiyyəti
"Atletiko" "Barselona"nı darmadağın etdi
FİFA-dan "Atletik"ə sərt cəza
Sterlinqin yeni klubu bilindi - Rəsmi
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu