Milli komandamızın sabiq futbolçusu Nazim Süleymanov Qol.Az saytına müsahibə verib. Son olaraq "Nefçi" klubunu çalışdırmış təcrübəli mütəxəssis çempionatın gedişindən, sabiq komandasının uğursuz çıxışlarından danışıb
- Topaz Premyer Liqanın oyunlarını izləyirsiniz?
- Əlbəttə, imkan dairəsində hər bir oyuna baxıram.
- Klublarımızın son çıxışlarını necə qiymətləndirisiniz?
- Stabil çıxış edən yalnız "Qarabağ"dır. Bunun nəticəsidir ki, hazırda birinci yerdədir. Qurban Qurbanovun komandası üçüncü dövrənin ilk oyununda "Xəzər Lənkəran"a uduzsa da, həmin qarşılaşmada da yaxşı oyun nümayiş etdirmişdi. Gördüyünüz kimi, digər görüşlərin hamısında qalib gəlib. "Qəbələ" hazırda enişdədir. Bu komanda gözlədiyimiz nəticələri qazana bilmir. "Neftçi" də gözlənilməz xal itkisi ilə üzləşir. "Bakı" ücüncü dövrəyə yaxşı başlayıb. Digər klublar isə sabit çıxış edə bilmir.
- Son turda baş tutan "Neftçi" - "Qarabağ" oyunu da kifayət qədər maraqlı oldu. Bu qarşılaşma haqda fikirlərinizi öyrənmək istərdik
- Həqiqətən çox maraqlı oyun oldu. Məncə, hər iki komandanın futbolçusuna qırmızı vərəqə göstərmək olardı. Hakimlik haqda danışmağa ehtiyac yoxdur. "Qarabağ" çox sürətli hücumlar qururdu. Güclü oyunun nəticəsində rəqibini 4:1 hesabı ilə məğlub etdi. Bu hesab "Neftçi"yə yaraşmayan nəticədir. Ancaq futbolda hər nəticəyə hazır olmalısan. Ola bilər ki, "Neftçi"nin iki cəzalı futbolçusunun olması oyuna təsirini göstərib.
- Sizin istefanızdan sonra "Neftçi" yalnız bir görüşdə qalib gəlib. Sizcə, bu uğursuzluğun kökündə nə durur?
- Siz məni keçmişə qaytarmaq istəyirsiniz. Hazırda mən işsizəm və evdə oturmuşam. Onu deyə bilərəm ki, "Neftçi"nin ən böyük çatışmazlığı hücumçu problemidir. Bunu əvvəllər də deyirdim. Hücumu yaxşı qururlar. Ancaq eyni zamanda qol vurmaq hissiyatı olan hücumçu lazımdır. Son zamanlar görürsünüz də qolları kimlər vurur. Həm də komanda çox qol buraxır. Baxın, son oyunda dörd, ondan əvvəlki hər iki oyunda isə iki qol buraxıb. Yüksək yerlər uğrunda mübarizə aparan komanda yalnız qol vurmağı yox, müdafiə olunmağı da düşünməlidir. "Neftçi"nin müdafiəsində isə boşluqlar var.
- İstefanızın səbəblərindən biri kimi yeni futbolçu transfer etmək istəyinizin klub rəhbərliyi tərəfindən yerinə yetirilməməsini göstərmişdiniz. "Neftçi"nin baş məşqçisi Böyüka Hacıyev isə az qala hər mətbuat konfransında yeni transferə ehtiyac olmadığını deyir.
- Hazırda "Neftçi"nin baş məşqçisi Hacıyevdirsə, özü də buna cavab verməlidir. Mən işlədiyim dövrdə komandanın nəticələrinə cavabdeh idim. İndi isə o, məsuliyyət daşıyır. Hacıyev bildirmişdi ki, "Neftçi" yağa və benzinə ehtiyacı olmayan hazır maşındır". Mən də deyirəm ki, “Neftçi” hazır maşındırsa, sürsün getsin. Yaddan çıxarmaq lazım deyil ki, maşın hər il texniki baxışdan keçməlidir.
- Sizin dövrünüzdə də "Neftçi" futbolçuları qırmızı vərəqə alırdı. Bu gün isə "qırmızılar"ın sayı artıb. Komandanın intizamında problemin olduğunu demək olar?
- İnsan özündə məsuliyyət hiss etmirsə, onunla işləmək çox çətindir. Mən bir klubda oynayarkən nəinki özümü, klubun rəhbərliyini də qoruyuram. Ona görə də futbolçular buna fikir verməlidir.
Ramiq AĞAMƏMMƏDOV
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?
İqor Tudor “Tottenhem”ə gətirilir
Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu
Milli komandalarımızın yeni məşqçiləri açıqlandı
Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər
2030-cu ilə qədər "Bavariya"da - Rəsmi
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo
Simeonedən Yamala təxribatçı jest - Şəkil
UEFA-nın növbəti Konqresi Qazaxıstanda
"Sabah" hər ikisi ilə yolları ayırdı
"Onunla Azərbaycan millisinə dair danışacağam"
Azərbaycan millisinin oyunlarının təqvimi - Millətlər Liqası
Məşhur futbolçu "Əl-Hilal"la müqaviləni uzatdı
"Atletiko" "Barselona"ya 4 qolu belə vurdu - Video
Ançelotti heç yerə getmir
"Barselona" 37 il sonra ilk dəfə...
Azərbaycan çempionatında tay-brek günü
"Arsenal" bu cür xal itirdi - Video
Flikin ən ağır məğlubiyyəti
"Atletiko" "Barselona"nı darmadağın etdi
FİFA-dan "Atletik"ə sərt cəza
Sterlinqin yeni klubu bilindi - Rəsmi
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu