Topaz Premyer Liqanın 23-cü turunda turnir cədvəlinin sonuncu pillələrində yer alan "Rəvan" səfərdə çempionluğa iddialı "Qəbələ" ilə qarşılaşıb. Oyunda qapılara qol vurulmasa da, kifayət qədər maraqlı epizodlar baş verib. "Qəbələ" doğma meydanda on nəfərlə qalan rəqibini məğlub edə bilməyib. Hətta qonaq komandanın qapıçısı Lukaş Sapela iki dəfə penalti zərbəsini dəf edib. "Rəvan" klubunun kapitanı Ramazan Abbasov həmin qarşılaşma haqda Qol.Az saytının suallarını cavablandırıb
- "Qəbələ" ilə oyun haqda fikirlərini bilmək istərdik.
- Turnir cədvəlində sonuncu pillələrdə gedirik. Çalışırq ki, bütün oyunlarda qələbə qazanaq. Qəbələyə də sırf qələbə üçün getmişdik. Düşünürəm ki, komandamız əzmkar oyun nümayiş etdirdi. Qələbə qazanmağa da layiq idik. Ancaq çətin səfər oyunundan bir xallla qayıtmaq da bizim üçün pis nəticə deyil.
- Qapıçınız Lukaş Sapela iki dəfə penaltini dəf etdi və qeyri-etik jestinə görə meydandan qovuldu. Baş verən bu hadislər haqda nə deyə bilərsən?
- Qapımıza 15 dəqiqə ərzində iki dəfə penalti təyin edildi. Ona görə də qapıçımız bir qədər əsəbi idi. Ancaq o, hakimə qarşı heç bir ədəbsiz jest göstərməmişdi. Sadəcə özünəəminlik hissi keçirdi və əzələsini göstərərək, güclü olduğuna işarə etdi. Qətiyyən hakimə qarşı hörmətsizlik etmək fikri olmayıb. İlk hissənin sonlarında hakim yüzfaizli penalitimizi vermədi. Üstəlik ikinci hissə başlayan kimi qapımıza iki penalti təyin etdi. Ona görə də bütün komandanı əsəbiləşdirmişdi. Bu, qapıçımıza da pis təsir etmişdi.
- İkinci penalti epizodunda komanda yoldaşların hakimə kəskin etiraz etdilər...
- Həmin penalti epzoduna qədər hakim oyunu dayandırmalı idi. Çünki rəqib hücumçusu Subotiç futbolçumuza qarşı təhlükəli oynamışdı. Oyunun videoyazısında həmin epiozada dəfələrlə baxmışıq. Ona görə də əminliklə deyə bilərəm ki, penaltiyə qədət oyun dayandırılmalı idi.
- Lukaş Sapela etdiyi jestə görə İntizam Komitəsi tərəfindən bir neçə oyunluq cəzalandırıla bilər. O, özü hakimin qərarına necə münasibət bildirib?
- Bu barədə onunla danışmışam. Bildirdi ki, ilk penaltini dəf edəndə bu cür jest edib. Yəni gücünü göstərmək istəyib. Ola bilər ki, ikinci dəfə bunu daha emosional şəkildə edib. Yaxşı olardı ki, heç belə hərəkət etməyəydi. Ancaq futbolçu meydanda əsəbi olanda belə halların baş verməyi təbiidir.
- "Sumqayıt"ın "Neftçi"ni məğlub etməsi bir qədər də işinizi çətinləşdirdi. Komandanız aşkar autsayder oldu...
- Hamı kimi biz də "Sumqayıt"ın "Neftçi"yə qalib gələcəyini gözləmirdik. Futbolda hər bir nəticəyə hazır olmalıyıq. İnşallah qarşıdakı oyunlarda qələbə qazanıb, yuxarı pillələrə qalxa bilərik.
- Yəqin ki, komandanın qarşısına Prmeyer Liqada qalmaq məqsədi qoyulub.
- Bəli, turnir cədvəli də bunu göstərir. Bu gün sonuncu pillədə qərarlaşmışıq. Mövsümün əvvəlində yersiz xal itkilərinə yol verdik. Bunun nəticəsidir ki, 10-cu pillədəyik. Çalışırıq ki, son tura qədər xal ehtiyatımızı artıraq və güclülər dəstəsində qalaq.
- Cari mövsüm ərzində komandanızda bir neçə baş məşqçi dəyişikliyi oldu. Güvənc Kurtarın rəhbərlik etdiyi "Rəvan"da irəliləyiş olması gözlənilir?
- Allaha şükür ki, komandamız getdikcə oyununu tapır. Nəticələrimiz yaxşı olmasa da, oyun baxımından bir çox komandalardan geri qalmırıq.
Ramiq AĞAMƏMMƏDOV
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
Konate "Real"dan təklif gözləyir
Azərbaycanın basketbol millisinin rəqibləri açıqlandı
Azərbaycan millisi Türkiyə yığması ilə birgə
Eddi Hau büdcə məhdudiyyətinə görə "Nyukasl"dan ayrıla bilər
Foden "Bavariya"nın radarında
"Milan" hücumçu transfer etdi
Mbappe basketbolçu olmaq istədi, NBA-dan bu cavabı aldı
AÇ: Azərbaycan millisinin oyunlarının vaxtı açıqlandı
Azərbaycan çempionatına yekun vuruldu
“D Liqasını bizim milliyə yaraşdırmıram" - Aydın Bayramov
Son 7 oyunun hamısında qələbə qazanıblar
Ronaldo Kazemironu inandırdı
"Barselona" Fliklə yeni müqavilə imzaladı
Yayda "Mançester Siti"dən ayrılacaq
Kosovo - Türkiyə oyunu bu kanallarda