"Xəzər Lənkəran" klubunun sabiq baş məşqçisi Yunis Hüseynov Qol.Az saytına müsahibə verib. Veteran futbolçu "Avro-2016"nın püşkatmasını dəyərləndirib, milli komandamızın rəqibləri haqda danışıb.
- Yığmamızın yer aldğı qrupu necə dəyərləndirirsiniz?
- Asan qrupa düşməmişik. Ancaq futbolda hər şey olur. Gərək bütün komandalara qarşı mübarizə aparasan. Düzü, Bolqarıstanın oyununu çoxdandır ki, izləmirəm. Deyə bilmərəm hazrda hansı səviyyədə çıxış edir. Ancaq İtaliya, Xorvatiya və Norveç güc futbolu oynayan komandalardır. Yəni bunlar İspaniya və Hollandiya kimi texnikalı komandalar deyillər.
- Güc futboluna üstünlük verən komandalarla millimizin oyunu necə alınır?
- Məncə, bizim üçün hər bir rəqiblə qarşılaşma çətin olacaq. Ancaq Malta və Bolqarıstanı ev oyunlarında məğlub edə bilərik.
- Ən çətin qruplardan birinə düşdüyümüzü demək olar?
- Bütün qruplar çətindir. Demək olmaz ki, ən çətin qrupa biz düşmüşük. Söhbət milli komandalardan gedirsə, deməli, asan olmayacaq. Bəli, bir qədər asan qrupa düşə bilərdik. Altıncı səbətdən Qazaxıstan və Malta ilə düşə bilərdik ki, bunlar da digərlərindən güclü idi. Bəxtimizə də Malta çıxdı. Yaxud da dördüncü səbətdən daha münasib rəqib gözləsək də, Bolqarıstanla düşdük.
- Artıq üçüncü pillənin sahibinin də final mərhələsinə yüksəlmək şansı var. Sizcə, millimiz bunu bacara bilər?
- Şans həmişə var. Ancaq yaxşı olar ki, bu barədə Berti Fotsa müraciət edəsiniz. Çünki Foqts söz verib ki, 2016-cı ildə milli komandanı Avropa çempionatına çıxaracaq. Mən onun bu fikirlərini oxumuşdum. Ona görə də indi bu barədə AFFA və Foqtsla danışmaq lazımdır.
- Məsələ burasındadır ki, Foqts sözünü geri götürüb. Elə bir açıqlama vermədiyini deyib.
- Hə? İndi nə deyir? Yəqin fikirləşir ki, bir sözdü də dedim. Bildiyimə görə, Foqts elə bir söz vermədiyini, sadəcə səhv tərcümə olunduğunu deyib. Ancaq hər halda söz vermişdi. Biz hamımız istəyirik ki, Azərbaycan futbolu inkişaf etsin, Avropada, dünyada tanınsın. Bunu mənim kimi bütün futbol mütəxəssisləri arzulayır. Ancaq bziləri fikirləşir ki, veteran futbolçular bunu istəmirlər. Halbuki, bizim qədər heç kim futbolumuzun inkişafını arzulamır. Çünki biz ömrümüzü futbola qoymuşuq.
- Komandamız bu seçmə mərhələdə əvvəlki illərdən artıq xal toplaya bilər?
- Tutaq ki, bu dəfə keçən seçmə mərhələ ilə müqayisədə irəli getdik və 10 xal topladıq. Bunun nə faydası var? Qrupda beşinci yeri tutandan sonra xal toplamaq bizim nəyimizə lazımdır? Seçmə mərhələnin oyunları iki il davam edir. Hər iki ildən bir biz iki xal artıq yığmaqla özümüzü aldatmalı deyilik. Bunu nailiyyət saymaq olmaz. Deməməliyik ki, bu il 9 xal topladıq, gələn dəfə 11 xal yığaq. Nailiyyət onda olacaq ki, biz Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacağıq, pley-off oyunu ilə çempionata qatılacağıq. Yaxud qrupdan çıxa bilməsək də, 15-16 xal toplayacağıq. Ancaq 10-11 xal yığmaqla heç nə etmək olmaz.
Ramiq AĞAMƏMMƏDOV
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?
İqor Tudor “Tottenhem”ə gətirilir
Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu
Milli komandalarımızın yeni məşqçiləri açıqlandı
Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər
2030-cu ilə qədər "Bavariya"da - Rəsmi
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo
Simeonedən Yamala təxribatçı jest - Şəkil
UEFA-nın növbəti Konqresi Qazaxıstanda
"Sabah" hər ikisi ilə yolları ayırdı
"Onunla Azərbaycan millisinə dair danışacağam"
Azərbaycan millisinin oyunlarının təqvimi - Millətlər Liqası
Məşhur futbolçu "Əl-Hilal"la müqaviləni uzatdı
"Atletiko" "Barselona"ya 4 qolu belə vurdu - Video
Ançelotti heç yerə getmir
"Barselona" 37 il sonra ilk dəfə...
Azərbaycan çempionatında tay-brek günü
"Arsenal" bu cür xal itirdi - Video
Flikin ən ağır məğlubiyyəti
"Atletiko" "Barselona"nı darmadağın etdi
FİFA-dan "Atletik"ə sərt cəza
Sterlinqin yeni klubu bilindi - Rəsmi
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu