"Hazırda komandamız Premyer Liqanın lideridir. Əlbəttə ki, bu çox yaxşı nəticədir. Ancaq bizim üçün təhlükə hələ də qalır”.
Qol.Az saytına açıqlamasında bu sözləri "Qarabağ" klubunun direktoru Əmrah Çəlikəl deyib.
O, komandasının son turlardakı çıxışını yüksək qiymətləndirib. Bununla belə qeyd edib ki, "Qarabağ"ın əsas rəqiblərini dörd xal qabaqlaması hələ heç nə demək deyil: "Qarşıda bir-birindən çətin 15 tur var. Nə bizə, nə də azarkeşlərimizə arxayınlaşmaq olmaz. Əksinə daha da irəliləməliyik. İnşallah, daha yaxşısını etməyə çalışacağıq. Bu gün ən yaxın izləyicilərimizi dörd xal qabaqlamağımız o demək deyil ki, artıq çempionuq. İstədiyin uğura çatmaq üçün olduğunun yerə yox, irəli baxmalısan. Təbii ki, bu templə davam etsək, sonda sevinən tərəf olarıq. Hamımızın istəyi birdir. Bunun üçün də səbrlə hərəkət etməliyik”.
Klub rəsmisi "Qarabağ"ın qış transfer dönəmində cəmi bir transfer etməsinə də aydınlıq gətirib: "Əslində transfer etmək itədiyimiz başqa futbolçular da var idi. Ancaq cəmi bir transfer baş tutdu. Bilirsiniz ki, qış fasiləsi dönəmində yeni oyunçu almaq çətindir. Çünki futbolçuların klubları ilə müqavilələri olur. Bu səbəbdən istədiyimiz bəzi futbolçular öz klublarından ayrıla bilmədilər”.
Ə.Çəlikəl klub rəhbərliyinin yeni transfer Jaba Dvalidən razı qaldığını bildirib: "Yeni transferin çıxışını baş məşqçimiz Qurban Qurbanov daha yaxşı təhlil edə bilər. Çünki onu özü bəyənib. Biz də həmişə olduğu kimi bu gün də Qurban müəllimi dəstəkləyirik. Bizim Dvalidən narazılığımız yoxdur. Bu futbolçunu bəyənərək komandamıza cəlb etmişik".
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi