"Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfovun Qol.Az saytına müsahibəsi
- Klub rəhbərliyi kimi "Qəbələ"nin qış fasiləsindən sonrakı çıxışlarını necə qiymətləndirirsiniz?
- Nəticə göz qabağındadır. Toplanışdan sonra üç oyun keçirmişik. Bunlardan ikisində məğlub olmuşuq. Daha yaxşı çıxış etməli idik. Üç oyuna üç xal toplamaq pis nəticədir. Çempionluq üçün çox vacib olan "Qarabağ" və "Xəzər Lənkəran"la oyunlarda məğlub olduq. Yəqin ki, qarşıdakı turlarda bunların əvəzini çıxacağıq.
- Son turda komandanız öz meydanında "Xəzər Lənkəran"a uduzdu. Bu görüş haqda nə deyə bilərsiniz?
- Matçı canlı izləyirdim. Çox maraqlı bir qarşılaşma oldu. Komandamız bir sıra səhvlərə yol verdi. Yaxşı olardı ki, bunu məşqçilər özləri analiz etsin. Ümumilikdə futbolçularımız istəkli idi. Əzmkar oyun sərgilədilər.
- Diqqət çəkən məqamlardan biri də "Xəzər Lənkəran" klubunun rəhbərliyindən heç kimin Qəbələyə gəlməməsi oldu.
- "Qəbələ" klubu yaranan gündən mən burdayam. Həmin vaxtdan indiyə qədər "Xəzər Lənkəran"la çox yaxşı münasibətlərimiz olub. İndi də xoş münasibətimiz davam edir. Oyuna niyə gəlmədiklərini deyə bilmərəm. Yəni heç bir problem yoxdur.
- "Qəbələ" qış fasiləsinə qədər uğurla irəliləyirdi. Fasilədən sonra isə qeyd etdiyiniz kimi, komanda üç oyuna cəmi üç xal qazanıb. Analoji hal ötən illərdə də baş vermişdi.
- Razıyam ki, oxşar haldı. Ancaq eyni şeyin təkrarlanacağına inanmıram. Çünki indi tam fərqli bir komandamız var. Son uğursuzluqlarda meydandankənar heç bir səbəb yoxdur. "Xəzər Lənkəran"la oyundan sonra baş məşqçi Yuri Syomin və məşqçilərlə görüşüm oldu. Bəzi futbolçularla ayrı-ayrılıqda söhbət apardım. Onu da deyim ki, "Qarabağ" və "Xəzər Lənkəran"a uduzduğumuz görüşlərdə tam bərabər səviyyəli oyunlar gedib. Yəni "Qəbələ" heç də zəif çıxış etmir. Futbolda hər cür sürprizlər olur. Məncə, qarşıdakı oyunlarda hər şey qaydasına düşəcək.
- "Qəbələ" çempionluq yolunda əsas rəqiblərdən olan "Qarabağ" və "Neftçi"yə cari mövsüm qalib gələ bilməyib. Bu, çempionluq ümidlərini azaltmır?
- Ümidlərimiz azalmayıb. Əsas odur ki, həmin komandalar bizdən çox uzaqlaşmasınlar. Bilirsiniz ki, artıq "Qarabağ" bizi 4 xalla üstələyir. Ancaq qarşıda kifayət qədər vaxt var ki, bu fərqi azaldaq. "Qarabağ"la bir, "Neftçi" ilə isə iki dəfə qarşılaşacağıq. Hər şey yaxşılığa doğru gedəcək.
- Baş məşqçi Yuri Syominlə söhbətinizdə o, son uğursuz çıxışları nə ilə əlaqələdirdi?
- Əslində məğlub olmağımızın səbəbləri oyuna baxanda görünür. Syominlə danışmağımın məqsədi o idi ki, başqa bir problem varsa, öyrənim. Söhbətimizdən sonra tam əmin oldum ki, səbəblər elə mən bildiklərimdir. Yəni meydandankənar amil yoxdur. Müəyyən texniki məsələləri də müzakirə etdik.
- "Xəzər Lənkəran"la oyunda bir qrup azarkeş Syominə etirazını bildirdi. Buna münasibətiniz necədir?
- Mən heç bir etirazın olduğunu görmədim. Onu deyə bilərəm ki, hər bir azarkeşin məşqçiyə etiraz bildirmək hüququ var. Üstəlik ev oyunlarında uduzmaq azarkeşlərin haqlı narazılığına səbəb olmalıdır.
- "Qəbələ"nin yeni transferlərindən Marat İzmayılov və Kamran Ağayevin çıxışı sizi razı salırmı?
- Marat İzmayılov həqiqətən bizim çempionatımıza tam uyğun bir futbolçudur. Ancaq formada olan Maratdan söhbət gedir. Mən də razıyam ki, bu gün Marat meydana çıxmağa tam hazır deyil. Baş məşqçinin hər oyunda Marata şans verməkdə məqsədi tezliklə onu formaya salmaqdır ki, gələn turlarda komandaya xeyir versin. Bu vəziyyətdə olsa belə, Marat "Qarabağ"la oyunda rəqib üçün təhlükə yarada bildi. Kamran da tam formada deyil. Ancaq tədricən düzəlir. İnanıram ki, "Qəbələ"nin nəticə qazanmasında bu futbolçular bizə faydalı olacaq.
Ramiq AĞAMƏMMƏDOV
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"
Qattuzo üzr istədi
Ronaldosuz Portuqaliya ABŞ-ı məğlub etdi
“Qələbəni tənqid ediriksə, məğlub olsaq, nə edərdik?”
Montelladan DÇ-2026 açıqlaması
Braziliya Xorvatiyaya qalib gəldi
Messi onlara da qol vurdu - 902 oldu
Tarixin ən uğursuz İtaliya millisi
DÇ-2026-nın bütün iştirakçıları müəyyənləşdi
Ərdoğan millini təbrik etdi
Millətlər Liqası: Lüksemburq və Latviya C Liqasında qaldılar
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər