"Qarabağ" üçün ən çətin rəqiblərdənik"

"Qarabağ" üçün ən çətin rəqiblərdənik"
MÜSAHİBƏ 14 Fevral 2014 / 13:02 3576
-  A +

"Komandamızda ümumi ab-hava yaxşıdır. Ötən tur "Sumqayıt"la oyunda qələbəni əldən verdik. Buna görə, bizdə psixoliji durum qaydasında deyildi. Ancaq sabahkı oyunun məsuliyyətini yaxşı dərk etdiyimiz üçün artıq özümüzü ələ almışıq".

Qol.Az saytına açıqlamasında bu sözləri AZAL klubunun yarımmüdafiəçisi Şəhriyar Rəhimov deyib.

Topaz Premyer Liqasının 21-ci turunda sabah "Qarabağ"la qarşılaşacaqları oyun haqda fikir bildirən futbolçu rəqibi yüksək qiymətlindərməklə yanaşı AZAL-ın da qələbəyə iddialı olduğunu bildirib: "Hamı bilir ki, "Qarabağ" özünəməxsus oyun quruluşu ilə istənilən rəqibə çətin anlar yaşadır. Bu komanda Azərbaycanda ən yaxşılardandır. Ancaq biz də "Qarabağ" üçün ən çətin rəqiblərdənik. Bu mövsüm "Qarabağ"a qalib gələ bilmişik. Bir oyunda isə heç-heçə qeydə alınıb. Yəni üstünlük bizim tərəfimizdədir. Çalışacağıq ki, yenə "Qarabağ"a çətinlik yaşadaq.

Ş.Rəhimov AZAL və "Qarabağ"ın oyunlarında çempionatın ilk dövrələri ilə müqayisədə ciddi dəyişiklik olmadığını qeyd edib:  "Qış transfer dönəmində AZAL-ı 5 futbolçu tərk etdi. Ancaq deməzdim ki, bunun komandamıza təsiri oldu. Çünkü əvəzində yeni oyunçularla gücləndik. Yeni hücuçumuz Turkoviç ardıcıl iki oyunda fərləndi. İnşallah sabahkı oyunda da qol vurar. "Qarabağ"da isə dəyişiklik yoxdur. Rəqibimiz eyni oyun sistemi ilə, eyni futbolçularla mübarizə aparır. Bu isə o deməkdir ki, sabahkı oyunumuzda istənilən nəticə qeydə alına bilər".


Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki