"Neftçi" klubunun sabiq məşqçisi Tərlan Əhmədovun Qol.Az saytına müsahibəsi
- "Neftçi"də çalışmış bir mütəxəssis kimi çempionatın son turunda "Xəzər Lənkəran"la baş tutan qalmaqallı "böyük oyun" haqda sizin də fikirləriniz maraqlıdr...
- Məlum səbəblərə görə oyundan görüntüləri internet vasitəsi ilə izləydim. Duman da görüntüyə mane olurdu. Ancaq yaxşı oyun olduğunu söyləyə bilərəm. Baş verən qalmaqala gəldikdə isə, onu deyə bilərəm ki, bizdə həmişə bu söz-söhbətlər olub, yenə də olacaq. Çətin ki, bu halların qarşısı alınsın. Baxırsan ki, heç dünyanın böyük derbilərində belə qalmaqallar baş vermir. "Ateltiko"(Madrid), "Real" (Madrid) və "Barselona" kimi klublar uduzur, ancaq heç kimi səsi çıxmır. Bizdə isə bir komanda uduzan kimi aləm dəyir bir-birinə. Artıq hər şey arxada qaldı. Qarşıdakı oyunlara baxmaq lazımdır. Hələ çempionatın bitməsinə çox var.
- "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev oyundan sonra görüşün baş hakimi Rəhim Həsənovun qərarlarına kəskin etirazını bildirdi, hətta referi haqda "Onu Allaha tapşırıram" ifadəsini işlətdi. Sizcə, hakim "Neftçi"nin 3 futbolçusuna qırmızı vərəqə göstərməkdə nə dərəcədə haqlı idi?
- Hakim də bizim kimi insandır. Avropanın böyük çempionatlarında da xeyli hakim səhvlərinin şahidi oluruq. Uğursuz nəticəyə görə kimlərisə günahlandırmaq yox, işi davam etdirmək lazımdır. Onsuz da kim düzdürsə, sonda qalib gələcək. Haqq-ədalət öz yerini tapacaq. Kimisə günahlandırmaq, kiminsə üzərinə şər atmaq lazım deyil.
- Baş verən bu cür intiriqalar futbolumuza lazımdır?
- Biz istəməsək də, belə intiriqalar olacaq. Bu, qaçılmazdır. Danılmaz faktdır ki, intiriqalı oyunlar çempionata gözəllik verir. Ancaq hər şey meydançada qalmalıdır. Meydandan kənar qalmaqallar artıq gözəllik deyil. Yəni sağlam mübarizə getməlidir.
- Son dövrlər "Neftçi" futbolçuları az qala hər oyunda qırmızı vərəqə alır. Sizcə, bu, nədən irəli gəlir?
- Düzdü, "Neftçi" bir qədər aqressiv oyuna üstünlük verir. Ancaq son görüşdə cəzalanan futbolçular hər oyunda sarı və ya qırmızı vərəqə almırlar. Ola bilər ki, oyunun gərginliyi bu yerə gətirib çıxarıb. Derbi oyununun atmosferi futbolçulara təsirsiz ötüşmür. Artıq futbolçular əsəblərini cilovlaya bilmirdilər. İntizam Komitəsi lazım olan qərarları verib.
- "Neftçi" növbəti turda "Bakı" ilə qarşılaşacaq. Karlos Kardozo, Mahir Şükürov, Bruno Bertucci və Tərlan Quliyev kimi aparıcı futbolçuların yoxluğunda "Neftçi" meydana yarımcan çıxacaq. Bu mənada "Bakı"nın qələbə şansının yüksək olduğunu söyləmək olar?
- Əlbəttə ki, qeyd etdiyiniz şəxslər "Neftçi"nin öndə gedən futbolçularıdır. Onların olmaması komandaya böyük zərbədir. Futbolçular özləri düşünməlidirlər ki, çempionat 1-2 oyundan ibarət deyil. Atılan hər bir səhv addım birinci növbədə komandaya zərər verir. "Neftçi"yə həm maddi, həm də mənəvi cəhətdən zərbə dəydi. Erik Ramosun da dördüncü sarı vərəqə alaraq növbəti oyunu buraxması "Neftçi"ni pis vəziyyətdə qoyacaq. Bu o deməkdir ki, komanda artıq 5 aparıcı futbolçusundan məhrumdur. Bəli, "Neftçi"ni bu tur "Bakı" ilə çətin oyun gözləyir. Bu matçı da derbi adlandırmaq olar. "Neftçi" üçün həddindən artıq çətin olacaq.
- Adlarını çəkidyimiz futbolçuların bir neçəsi 3-4 oyunluq cəzalandırılıb. Bu, "Neftçi"nin liderlər qrupunu tərk etməsinə gətirib çıxara bilər?
- Digər klublar da heç nədən sığortalanmayıb. Heç kim deyə bilməz ki, qarşıdakı turlarda nə baş verəcək. "Bakı" və "İnter" də getdikcə irəliləyir. Bu komandalar "Qarabağ" və "Qəbələ"nin də mövqeyini dəyişə bilər. Demək olmaz ki, təkcə "Neftçi" üçün çətin olacaq.
Ramiq AĞAMƏMMƏDOV
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"
Qattuzo üzr istədi
Ronaldosuz Portuqaliya ABŞ-ı məğlub etdi
“Qələbəni tənqid ediriksə, məğlub olsaq, nə edərdik?”