"Bakı" klubunun hücumçusu Rauf Əliyevin Qol.Az saytına müsahibəsi
- Son turda "Sumqayıt" üzrəində çətin qələbə qazandınız. Görüş haqda fikirlərini bilmək istərdik.
- Həmin gün külək bizə oynamağa imkan vermədi. Ancaq birinci hissədə külək işimizə yaradı, qol da vurduq. Erkən qol vuranda komandanın oyunu yaxşı alınır. Yaxşı ki, həmin qolu vura bildik. Çünki ikinci hissədə külək bizə çox mane oldu. Qapıçımız topa zərbə vururdu, top isə qayıdıb cərimə meydançamıza düşürdü. Bu çətinliklərə baxmayaraq, üç xalı qazana bildik.
- Növbəti turda sizi "Qarabağ"la daha çətin oyun gözləyir...
- Hamıya bəllidir ki, "Qarabağ" Azərbaycanın ən güclülərindəndir. Əvvəlki illərlə müqaisədə indi daha güclənib. Bilirik ki, bizi çox çətin oyun gözləyir. Fikirləşirəm ki, "Qarabağ" kimi komandaya qalib gəlsək, əla olar.
- Yəni heç-heçə də sizi qane edir?
- Düzdür, heç-heçə də bizim üçün pis nəticə deyil. Ancaq öz meydanımızda qalib gəlsək, daha yaxşı olar. Futbol elə bir oyundur ki, dünyünın bir nömrəli komandasına da qalib gəlmək ehtimalı var. Çempionatın son oyunları göstərir ki, 90 dəqiqə başa çatana qədər istənilən nəticə qeydə alına bilər. Həqiqətən rəqibimiz çox güclüdür. Ancaq çalışacağıq ki, yaxşı nəticə qazanıb qış fasiləsinə yaxşı əhvalla yollanaq.
- "Qarabağ"ın "Neftçi"yə qalib gəldiyi oyundan özünüz üçün nəticə çıxarmısnız?
- Hələ ki, bu oyunu analiz etməmişik. Yəqin ki, oyuna qədər həmin qarşılaşmaya diqqət yetirəcəyik. Ancaq bizə "Qarabağ"ın oyunu maraqlı deyil. Öz oyunumuzu oynasaq, başqa şeyə ehtiyac yoxdur.
- Açıq futbolun şahidi ola bilərik?
- Həqiqətən maraqlı oyun olacaq. Zəif komandaya qarşı oynayanda futbol göstərmək olmur. Rəqib müdafiəyə qapanır, istədiyin oyunu göstərə bilmirsən. Ancaq həm "Bakı", həm də "Qarabağ" baxımlı futbol sərgiləyir. Düşünürəm ki, azarkeşlər oyundan zövq alacaqlar.
- Başa çatmaqda olan ili "Bakı" üçün necə qiymətləndirirsən?
- İndiki vəziyyətdə normal hesab etmək olar. Çünki "Bakı" yeni qurulmuş komandadır. Heyətimiz yaydan bəri yığılıb. Demək olar ki, futbolçuların 80 faizi yenidir. Ona görə də yeni qurulmuş komanda üçün 5-ci pilləni pis nəticə hesab etmirəm. Bundan da yaxşı yerdə qərarlaşa bilərdik. Bəzi oyunlarda heçnədən vacib xallar itirdik. Onu da nəzərə almaq lazımdır ki, baş məqçimiz də yenidir. Hiss olunur ki, komandamız tədricən öz oyununu tapır.
- Azərbaycanda ilin ən yaxşı futbolçusu adına namizəd kimi görürsən? Milli komandamızda uğurlu çıxışlarınla yadda qaldın. Özünü də bu ada layiq hesab edirsən?
- Düzü, heç bu haqda fikirləşməmişəm. Məni hazırda qarşıdan gələn oyunlar düşündürür. Şəxsi mükafatlar haqda heç nə düşünmürəm. Milli komandamızın bütün üzvləri son oyunlarda yaxşı çıxış etdilər. Hamısı bu ada layiqdir. Kiminsə adını çəkmək istəmirəm.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi