AZAL klubunun yarımmüdafiəçisi Şəhriyar Rəhimovun Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın son turunda "Rəvan"la oyunda məğlub durumda olduğunuz bir vaxtda 2 qol vuraraq komandana qələbə qazandırdın. Bu görüş haqda fikirlərini bilmək istərdik.
- Bizim üçün çox ağır oyun oldu. Gözləyirdik ki, mübarizəli bir matç olacaq. Çünki Şahin Diniyevin gəlişindən sonra "Rəvan" əzmkar futbol sərgiləyir. Bizə qələbə çox lazım idi. Uzun müddət idi ki, qələbəyə həsrət qalmışdıq. Şükürlər olsun ki, qalib gəlib "qara zolaq"dan çıxmağı bacardıq.
- Oyuna əlavə edilmiş vaxtda 2 qol vurdun. Bu, Azərbaycan futbolunda nadir hallarda baş verir.
- Düzdür, uzun müddətdir ki, belə qolların şahidi olmuruq. Birinci qolu rəqib qapısı yanında qarışıqlıqdan istifadə edib vurdum, ikincini isə baş zərbəsi ilə qapıya göndərdim. Ümumiyyətlə, komandanın qələbəsinə çox sevinirəm. Amma qələbə qazanmaqda böyük rolumun olması məni daha da sevindirir. Çalışacağam ki, bundan sonra da komandamın qələbə qollarını vurum.
- Komandanız ardıcıl 10 oyun idi ki, qalib gələ bilmirdi. "Rəvan" üzərində qələbə AZAL-ın psixoloji durumunu düzəldə biləcək?
- Deməzdim ki, qalib gələ bilmədiyimiz oyunlarda pis təsir bağışlamışıq. "Qarabağ", "Bakı" və "Xəzər Lənkəran"la bərabərə qaldığımız oyunlarda mübarizlik göstərmişik. Sadəcə neçə oyundur ki, bəxtimiz gətirmir. İnanıram ki, bundan sonra qələbələrimiz daha çox olacaq. Qış fasiləsinə qədər iki oyunuz var. Çalışacağıq ki, həmin görüşlərdə də qalib gəlib istirahətə yaxşı əhvalla gedək.
- AZAL-ın kasad heyətlə, az bir büdcə ilə çempionatda yaxşı mübarizə aparmağı maraq doğurur...
- Doğrudan da çox mübariz komandamız var. Burada baş məqşçi amilinin böyük rolu var. Bizim Vaqif Sadıqov kimi baş məşqçimiz var. AZAL-ın büdcəsi iddialı komandaların hamısından aşağıdır. Ancaq biz bu komandada oynamağa razılaşmışıqsa, üzərimizə düşən odur ki, meydana çıxıb ürəklə oyunumuzu oynayaq. Ona görə də uğur qazana bilirik.
- Əvvəlki müsahibələrinin birində bildirmişdin ki, AZAL qarşısına çempionluq məqsədi qoymayıb. Qış fasiləsindən sonra komandanız güclənərsə, çempionluğa iddialı ola bilərsiniz?
- Əlbəttə, biz də istəyirik ki, yaxşı yerlərdən birini qazanaq. Yəqin ki, qış fasiləsində rəhbərlik heyəti gücləndirmək üçün işlər görəcək. Fasilədən sonra daha yaxşı çıxış edəcəyimizə inanıram. Bizim məqsədimiz Avroliqaya vəsiqə qazanmaqdır. İstəyirik ki, AZAL Azərbaycanı Avropada da təmsil etsin.
- Növbəti turda "Simurq"la qarşılaşacaqsınız. Bu görüş haqda nə düşünürsünüz?
- Demək olar ki, iki eyni səviyyəli komandaların mübarizəsi olacaq. "Simurq" yaxşı komandadır, güclü müdafiəsi var. Səfərdə oynadığımıza görə bizim üçün daha çətin olacaq. Hətta "Qarabağ" və "Neftçi" üçün də Zaqatala səfəri çətin olur. Ancaq qarşımıza qələbə qazanmaq məqsədi qoymuşuq.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi