"Qarabağ" klubunun yarımmüdafiəçisi Namiq Yusifovun Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın son turunda əzəli rəqibiniz "Neftçi" üzərində qələbə qazandınız. Oyunla bağlı fikirlərini bilmək istərdik.
- Hesabın belə nəticələnməsinə baxmayaraq, çətin oyun oldu. Demək olar ki, son vaxtların ən sürətli və maraqlı qarşılaşması idi. "Neftçi"də pis oynamadı. Çox şadıq ki, "Neftçi"yə 3:1 hesabı ilə qalib gəlib liderliyimizi qaytardıq. Qarşıda iki ağır oyunumuz var. İndi onlara hazırlaşırıq.
- "Qarabağ"ın rəqibindən aşkar üstün olduğunu demək olar?
- Demək olar. Çünki vurduğumuz qollardan əlavə 6-7 yüzfaizli qol imkanımız oldu. Ancaq "Neftçi"nin qol imkanı olmadı. Cəmi bir dəfə qapımıza yaxınlaşdılar ki, o da qolla nəticələndi.
- Əslində 3:1 hesabı "Qarabağ"ı tam qane edir. Ancaq nəzərə alanda ki, daha böyükhesabla qalib gələ bilərdiniz, 3:1 hesablı nəticəni ədalətli saymaq olar?
- Onsuz da "Qarabağ" hər bir oyunda çoxlu qol imkanı yaradır. Sadəcə olaraq istifadə edə bilmirik. Bu oyunda isə Allaha şükür ki, əlimizə düşən imkanlardan istifadə edə bildik. Bundan əvvəl "Rəvan", AZAL və "Simurq"la oyunda vacib iki xal itirmişdik. Ancaq həmin matçlarda da üstün olmuşduq. "Neftçi" ilə oyunda da daha çox qol vurmalı idik.
- Penalti epizodunda Mahir Şükürovla aranda mübahisə yarandı. Buna aydınlıq gətirərdin...
- Oyunda belə hallar çox olur. Çumbinyo penaltini yerinə yetirmək istəyərkən, rəqib qapıçı Saşa Stamenkoviç bizim ona psixoloji təsir göstərməyə çalışdı. Mən isə ona iradımı bildirdim ki, niyə belə edirsən? Yəni ona pis bir söz demədim. Mahir Şükürov isə Stamenkoviçin tərəfini saxladı, onun hərəkətinə haqq qazandırdı. Mən də Mahirə dedim ki, düz eləmirsən. Meydançada olan söz-söhbət orada da qalmalıdır.
- Növbəti oyununuz "Bakı" ilə olacaq. Reynaldo, Almeyda, Rəşad Sadıqov, Admir Teli kimi aparıcı futbolçuların yoxluğunda komandanız vəziyyətdən çıxa biləcək?
- Bu gün hər bir rəqib bizdən xal ala bilər. itirdiyimiz xallara baxsaq, görərik ki, hamısı aşağı pillələrdə olan komandalardır. Ona görə hər bir rəqibə ciddi yanaşırıq. Bunlardan biri də "Bakı"dır. "Qarabağ" hər bir vəziyyətə hazır olan komandadır. Ona görə də inanıram ki, kim oynasa, özünü yaxşı tərəfdən göstərəcək. Yaxşı kadrımız var. İnşallah, oynamayacaq futbolçuların yerini doldurarıq.
- İki mərkəz müdafiəçisinin yoxluğunda işiniz daha çətin olacaq.
- Dəfələrlə şahidi olmuşuq ki, istər Avroliqa, istərsə də çempionat oyunlarında futbolçularımız bir-birini layiqincə əvəzləyib və "Qarabağ" uğurlu nəticə qazanıb. Qismətimizdə qalib gəlmək varsa, bu baş verəcək, yoxdursa, tam heyətlə oynasaq da, topu qapıdan keçirə bilməyəcəyik.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi