"Qəbələ" klubunun yarımmüdafiəçisi Amit Quluzadənin Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın son turunda "Simurq"a qalib gəldiniz. Bu görüş haqda nə deyə bilərsən?
- Bir neçə gün idi ki, bu oyuna çox ciddi hazırlaşırdıq. Çünki bu tur həm də "Qarabağ"la "Neftçi" qarşılaşırdı. Bilirdik ki, turnir cədvəlində bizdən yuxarı pillələrdə olan bu komandalar xal itirərsə, liderliyə yüksəlmək şansımız olacaq. "Simurq" çox yaxşı müdafiə olunan və çempionatda ən az qol buraxan komandalardandır. Bu baxımdan birinci hissə bizim üçün çox ağır keçdi. İkinci hissədə isə daha yaxşı çıxış etdik və son saniyələrdə qələbə qolunu vuraraq qalib gəldik.
- Oyunda avtoqolla yadda qaldın. Bu baxımdan yəqin qələbəyə ən çox sevinən sən oldun...
- Əlbəttə. Oyunun axırına qədər dua etmişəm. Çünki bu oyun bizə çox vacib idi. Təsəvvür edin ki, üstünlük biz tərəfdə olduğu bir vaxtda öz qapımıza qol vurdum. Heç məşhur futbolçular istəsələr, elə qol vura bilməzlər. Özüm də şoka düşdüm ki, top qapıya necə girdi. Çox yadda qalan avtoqol oldu.
- Xeyli müddətdi ki, heyətə düşə bilmirdin. Meydana daxil olduqdan sonra isə öz qapınıza qol vurdun. Bu, heyətə düşmək şansını çətinləşdirə bilər?
- Mənə də ən çox təsir edən odur ki, neçə vaxtdır özümü məşqlərdə göstərirəm. Oyuna da yaxşı başlamışdım. Sadəcə, bir anın içində öz qapımıza qol vurdum. Bu qədər əziyyətdən sonra bunu etməyim mənə çox pis təsir etmişdi. Allaha şükür edirəm ki, bu avtoqol oyunun nəticəsinə təsir etmədi. Qolu son saniyələrdə vurmağımız daha da sevincli oldu. Komanda yoldaşlarıma çox təşəkkür edirəm ki, həm məni, həm də komandamı pis vəziyyətdə qoymadılar.
- Oyundan sonra baş məşqçi Yuri Syomin səninlə söhbət etdi?
- Həm futbolçular, həm də baş məşqçimiz oyundan sonra mənimlə söhbət etdilər. Bildirdilər ki, narahat olma, hər bir futbolçunun başına gələn işdir. Sağ olsunlar, bütün komandamız mənə dəstək oldu.
- "Qarabağ" - "Neftçi" oyunun nəticəsi haqda nə deyə bilərsən?
- Həmin oyun gedəndə biz yolda idik. Ancaq tez-tez hesabı öyrənirdim. Açığı, gözləyirdim ki, azqollu bir oyun olacaq. Ancaq "Qarabağ" böyükhesabla qalib gəldi. "Neftçi"nin "Qarabağ"a məğlub olması işimizi çətinləşdirdi. Çünki hazırda "Neftçi" bizdən bir xal geridədir. Ona görə də "Neftçi" ilə qarşılaşma hər iki tərəf üçün çox vacib olacaq. "Neftçi"nin "Qarabağ"a uduzmağı bizi vadar edir ki, oyuna daha da ciddi hazırlaşaq.
- Bu gün demək olar ki, çempionluq uğrunda "Qarabağ" və "Neftçi" ilə mübarizə aparırsınız. Bu komandalardan hansı sizə daha çox əngəl ola bilər?
- Komandalar hamısı mübarizdir. Düzdür, çempionatda eyni gücdə olan komandalar yoxdur. Hər bir komanda öz oyunu ilə fərqlənir. Ancaq "Neftçi", "Qarabağ" və "Qəbələ"nin göstərdiyi oyun tam fərqlidir. Biz də "Neftçi" və "Qarabağ"a qarşı oyunda daha çox çətinlik çəkirik. Belə komandaların çempionatımızda olmağı hamımız üçün yaxşıdır. Deyərdim ki, hər ikisi bizim üçün eyni rəqibdir.
- "Qarabağ"la artıq üçüncü ildir ki, kubok oyunlarının 1/4 finalında rəqib olursunuz. Bundan əvvəlki illərdə rəqibiniz sizi keçməyi bacarıb. Bu dəfə şansınızı necə görürsən?
- Yuri Syomin bizi hər oyun qələbəyə kökləyir. Fikirləşmirik ki, bu, "Qarabağ"dır, ya da "Sumqayıt". Ancaq bu faktdır ki, cari çempionatda "Qarabağ"a hər iki oyunda uduzmuşuq. Keçən il də bəzi oyunlarda uduzmuşuq. Artıq bu durumu qəbul edə bilmirik. İnşallah bu seriyanı qıracağıq.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi