"Dünən artıq komanda şəklində intensiv məşqlərə qoşuldum. Ancaq məşqin sonunda bir qədər ağırlarım oldu. Ona görə də "Sumqayıt"la kubok oyununa çıxacağım sual altındadır. Ancaq kubok matçı tək oyundan ibarətdir, vacib qarşılaşmadır. Buna görə lazım olan anda çıxıb komandama köməklik göstərə bilərəm".
Qol.Az saytına açıqlamasında bu sözləri "Bakı" klubunun zədədən əziyyət çəkən yarımmüdafiəçisi Əfran İsmayılov deyib.
Millimizin üzvü "İnter"in hücumçusu Vaqif Cavadovun onu bombaridrlik yarışında qabaqlamasına da münasibət bildirib, keçmiş komanda yoldaşı haqda müsbət fikirlər səsləndirib: "Vaqif Cavadovun məni qabaqlamağı sevindirici haldır. Vaqif yaxın dostumdur. O çox saf insandır. Ona görə də çox istəyirəm ki, bombardir olsun. Vaqif Cavadov da mənim kimi bir müddət formasından uzaq düşdü. O, daha uzun müddətdən sonra öz oyununu qaytara bildi. Doğrudan da Vaqif "İnter"in lideridir, dirəyidir. Deyərdim ki, Vaqif öz komandasını tapıb. Göz dəyməsin, hər oyun qol vurur. Baş məşqçisi Kaxaber Sxadadzeyə sübut edir ki, əvvəlki Vaqifdir".
Ə.İsmayılov zədəsini sağaltdıqdan sonra yenidən qollarını sıralayacağına ümid edir: "Əslində mən yarımmüdafiəçiyəm, əsas işim qol ötürməsi verməkdir. Şükürlər olsun ki, qol da vururam, məhsuldar ötürmələr də edirəm. Əlbəttə, yenidən bombardirlər siyahısında lider olmaq istəyirəm. Çünki bu, insana əlavə ruh verir. Meydana çıxanda çalışacağam ki, qol vurum, geri qalmayım. İnanıram ki, zədədən sonra formamı yığıb, qollar vurmağa başlayacağam".
Ə.İsmayılov Topaz Premyer Liqanın 15-ci turunda "İnter"ə qarşı keçirdikləri oyun haqda da danışıb. Qarşılaşmanı kənardan izləyən yarımmüdafiəçi məğlub olmaqlarına baxmayaraq, komandasının daha yaxşı çıxış etdiyini vurğulayıb: "İnter"lə oyuna qıraqdan baxdım. Çox gərgin qarşılaşma oldu. "İnter" son dövrlər xeyli güclənib. Ancaq deməzdim ki, bizi üstələdilər. Əksinə komandamız daha üstün oldu. Sadəcə qol imkanlarından yararlana bimədik. Rauf Əliyev penaltini dəqiq yerinə yetirə bilmədi. Ancaq yenə də Rauf "Bakı"nın lideridir. Deməli, qismətimizdə qol vurmaq yox imiş. Bununla ruhdan düşməməliyik. Qarşıda hələ çox oyun var".
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi