Türkiyə futbolunun canlı əfsanəsi, “Qalatasaray”ın sabiq kapitanı Bülənt Qorxmaz “Bakı” klubunun “Atletiko” və “Lans”la əməkdaşlığına münasibət bildirib.
Qol.Az saytına açıqlamasında o qeyd edib ki, bir müddət əvvəl Fransada olarkən “Lans”ın oyunu stadionda izləyib: “İki ay əvvəl ora getdiyim zaman yaxşı mənada təəccübləndim. Stadionun ən yüksək nöqtəsində Azərbaycan bayrağı dalğalanırdı. Sözsüz ki, Azərbaycan bayrağını görəndə qürur hissi keçirdim. Sonradan öyrəndim ki, “Bakı” klubu “Lans” və “Atletiko” ilə əməkdaşlıq müqavilələri imzalayıb. Məhz bu razılaşmadan sonra Azərbaycan bayrağı həmin yüksəklikdə dalğalanır. Fransa kimi ölkədə bu işi görmək çox çətin və məsuliyyətlidir. Bu addıma görə “Bakı”nın prezidenti Hafiz Məmmədova təşəkkür etmək istərdim. Bu insan Azərbaycanı çox sevir və onun təbliği istiqamətində dayanmadan çalışır”.
Veteran futbolçunun fikrincə, “Atletiko” ilə əməkdaşlıq da böyük önəm daşıyır: “Bu gün “Atletiko” sadəcə Avropa Liqasının qalibi deyil. Bu komanda həm də dünyanın diqqət mərkəzində olan klubdur. Onların futbolçularının formalarında əvvəlcə Azərbaycan, indi isə Bakı 2015 sözlərinin yazılması ölkəniz naminə böyük hadisədir. Madrid təmsilçisinin görüşləri bütün dünyada göstərilir. Futbolçuları milyonların sevimlisidir. Ölkəniz sürətlə inkişaf edir. Bu mənada Azərbaycan adının daha çox tanıdılması müsbət haldır. Azərbaycanda çalışdığım dönəmdə Hafiz Məmmədov hər zaman ölkə futbolunun yüksəlişinə çalışıb. Məhz buna görə hazırda ölkədə futbolçular üçün ən müasir baza və şərait “Bakı” klubuna məxsusdur. Tam səmimi deyirəm, belə şərait hətta bəzi superliqa klublarında yoxdu. Hafiz Məmmədov hər bir işi yüksək peşəkarlıqla görür.”
Bülənt Qorxmazın sözlərinə görə, Azərbaycan futbolunu inkişaf etdirmək üçün uşaq futboluna böyük diqqət göstərmək lazımdır. Ölkədə yetərincə istedadlı uşaqlar var. Sadəcə onları düzgün istiqamətə yönəltmək vacibdir: “Uşaq futbolu hər bir ölkənin gələcəyidir. Bütün Avropada, Türkiyənin özündə də uşaqlarla xüsusi hazırlaşırlar. Siz bilirsiniz, 12-13 yaşlı yeniyetmə üçün “Atletiko”nun və ya “Lans”ın stadionunda məşq keçmək nə deməkdir? Bu addım uşaqların bütün dünyagörüşünü dəyişəcək və futbolu daha çox sevdirəcək. “Visente Calderon” stadionunda hazırlaşan yeniyetmə öz Vətəni üçün də tanınan və güclü futbolçu olmağa can atacaq. Hafiz Məmmədovun məqsədi Azərbaycanda Avropa səviyyəli futbolçu yetişdirməkdir. Gələcəkdə bu işlərin bəhrəsini bütün futbolunuz görəcək.”
Lansda çoxlu sayda ermənilər yaşayır. Onlar təşkilatları bu əməkdaşlığın baş tutmaması üçün çalışsa da, sonda məğlubiyyətlə barışdı. Hafiz Məmmədovun təşəbbüsüylə yeniyetmələrin Madridə və Lansa aparılması gələcəkdə Azərbaycan yığmasının daha da güclənməsinə səbəb olacaq. Bülənt Qorxmaz bu fikirdədir: “Fransa klubuyla əməkdaşlıq asan baş tutmadı. Müəyyən problemlər var idi. “Bakı” rəhbərliyi inadkarlığı sayəsində sona qədər çalışdı və istəyinə nail oldu. Futbolunuzda ən böyük problem yerli futbolçuların xaricdə oynamamasıdır. Həmişə söyləmişəm ki, Avropada məşqlər və oyunlar başqa səviyyədə keçirilir. Yaxşı olar ki, uşaqlar yeniyetmə yaşlarından böyük meydanlarda hazırlaşsın. İndi “Bakı” klubu çoxlarının arzuladığını həyata keçirir. Bu işlərdə məqsəd gələcəkdə millinin gücünü daha da artırmaqdır. Yeniyetmələr yığmanın gələcək üzvləridir.”
2015-ci ildə Bakıda birinci Avropa Oyunlarının keçiriləcəyini tarixi hadisə adlandıran Bülənt Qorxmaz həm “Atletiko”, həm də “Lans”ın mötəbər turnirin təbliğinə dəstək olduğunu xüsusi vurğulayıb: “Bu Bakı Avropa Oyunlarına hazırlaşır. Bu oyunların təbliği önəmli işdir. Türkiyədə və digər ölkədə adətən məşhur insanlarla əməkdaşlıq olunur. Həmin tanınan simalar turniri və ya əlamətdar hadisəni reklam edir. Hafiz Məmmədovun təşəbbüsüylə “Atletiko”nun ulduzları üzərində Bakı-2015 yazılan formalarda meydana çıxır. Hamı bilir ki, Madrid təmsilçisinin oyunlarını milyonlarla insan izləyir. Bu gün “Atletiko” “Real” və “Barselona” kimi komandalara qarşı oynayır. Bu layihənin sayəsində Avropa Oyunlarının Bakıda keçiriləcəyindən bütün dünya xəbər tutacaq”.
Sonda türk futbolçu maraqlı bir faktı da toxunub: “Lans”ın ev oyunlarında tribunada boş yer olmur. Həftə ərzində onminlərlə insan bu stadiona gəlir və yüksəklikdə dalğalanan Azərbaycan bayrağını görür. Bu bayrağın dalğalanması düşmənlərə zərbədir. Azərbaycan isə bununla fəxr edə bilər”.
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi