AZAL klubunun baş məşqçisi Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqaya uğurla start verən AZAL son turlarda qələbə qazana bilmir. Bu mənada hazırda komandada vəziyyət, psixoloji durum necədir?
- Baxmayaraq ki, son turda "Qəbələ"yə məğlub olduq, yenə də komandamdan razı qaldım. Rəqib ustalıq səviyyəsi üstün olduğu üçün bizə qalib gələ bildi. Bundan əlavə komandanın psioxoloji durumu qaydasına salınmalıdır. Çünki biz ardıcıl 9 oyundur qalib gələ bilmirik. Bu oyunlardan cəmi beş xal toplamaq futbolçuları özündən çıxara, ruhdan sala bilər. Buna görə onlarla fərdi söhbətlər edirik. Məşqlərdə isə oyunçularımızın çox istəkli olduğunu görürəm. İntizamla hazırlıqlarını davam etdirirlər.
- Növbəti oyununuz "Xəzər Lənkəran"ladır. Bu görüş haqda nə düşünürsünüz?
- Rəqibə çox ciddi yanaşırıq. Tutduğu mövqedən asılı olmayaraq, "Xəzər Lənkəran" öz meydanında çox təhlükəlidir. Dərk edirik ki, bizi ağır oyun gözləyir. Amma şansları bərabər görürəm. Bu şansları öz xeyrimizə çevirmək üçün əlimizdən gələni edəcəyik ki, Lənkəran səfərindən qələbə ilə qayıdaq.
- "Xəzər Lənkəran"ı bu oyuna məşhur türkiyəli mütəxəssis Mustafa Dənizli çıxara bilər.
- Bizim üçün bunun heç bir fərqi yoxdur. Öz hazırlığımıza fikir veririk. "Xəzər Lənkəran"ı oyuna kimin çıxarmasına önəm vermirik. Bizi düşündürən səfərdən qələbə ilə qayıtmaqdır.
- Con Toşakın istefası haqda nə deyə bilərsiniz?
- Həmkarlarım haqda danışmağı düzgün saymıram. Ancaq hesab edirəm ki, Toşak adını Avropada böyük hərflərlə yazmağı bacaran bir mütəxəssisdir. Hər birimiz Toşakın qazandığı nəticələri əldə etmək istəyərik. Kim deyirsə, Toşak Azərbaycan futboluna heç nə vermədi, səhv düşünür. Hər bir əcnəbi mütəxəssisin burada çalışması Azərbaycan futboluna yenilik gətirir, rəng qatır.
- Kifayət qədər işsiz yerli mütəxəssislərimiz var. Onlara şans vermək yaxşı olmazdımı?
- Həmişə demişəm ki, özümüzə güvənməliyik. Öz mütəxəssislərimizə, öz futbolçularımıza inanmalıyıq. Bizdə kifayət xeyli yerli mütəxəssis var ki, hər bir komandanı irəli apara bilər. İndiyə qədər öz sözünü demiş yerli baş məşqçilərimiz çox olub. "Neftçi" sırf yerli mütəxəssislərin rəhbərliyi altında Avropada tarix yazdı. Ona görə deyirəm ki, yerli mütəxəssis heç də əcnəbidən geri qalmır. Bu gün hər birimiz bunu öz işimizlə sübut edirik.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi