"Çempionat həmişəki kimi gərgin keçmir. Hiss olunur ki, yalnız iki komanda - "Neftçi" və "Qarabağ" rahat oynayır. Çempionluğa namizəd bu iki komandanı görürəm".
Qol.Az saytına açıqlamasında bu sözləri Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.
Təcrübəli mütəxəssis adı çəkilən iki komanda istisna olmaqla digər klubların çıxışını qənaətbəxs saymadığını bildirib: "Əgər qış fasiləsində "Neftçi" və "Qarabağ" klubunun rəhbərliyi komandaya lazımi qaydada əl gəzdirsə, hər iki klub qabağa gedəcək. Digər klublarımız isə çox zəif oynadı. "Qəbələ"ni bu sıraya aid etmək olmaz. "İnter", "Bakı" və "Xəzər Lənkəran" gözlənilənlərdən çox açağı səviyyədə çıxış edir. Ona görə də çempionatın gərginliyi azalır. Daha əvəllər isə 4-5 komanda çempionluğa iddialı olurdu. Burada klub rəhbərlərindən çox şey asılıdır. Onu da deyim ki, istər-istəməz 4 dövrəli sistemdən ibarət çempionatın gərginliyi mütləq olacaq. Ancaq özünü çempionluğa iddalı sayan klublarımız zəif komandalarla oyunda xal itirməməlidir. Gördüyünüz kimi "Xəzər Lənkəran", "İnter" və "Qəbələ" klubları bir neçə dəfə belə vəziyyətdə xallar itirib. Qeyd etdiyim kimi "Qarabağ" və "Neftçi"ni çempionluğa əsas namizəd görürəm. Bu komandalardan isə hansı qışa qədər olan mərhələni yaxşı keçsə, onun çempionluq şansı daha çox olacaq".
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil