"Yoldaşlıq oyunu olmasına baxmayaraq, bu qarşılaşmaların reytinq baxımından bizim üçün əhəmiyyətli olmasını futbolçularımız dərk edirdi. Bununla belə onlar bizi məyus etdilər. Hazırda oyunçularımız üçün yaradılan hər bir şərait ona imkan verir ki, yaxşı nəticələrlə bizi sevindirsinlər".
Qol.Az saytına açıqlamasında bu sözləri "Turan" klubunun sabiq baş məşqçisi Əfqan Talıbov milli komandamızın Estoniya (1:2) və Qırğızıstanla (0:0) yoldaşlıq oyunları haqda danışarkən deyib.
Veteran futbolçu millimizdən daha yaxşı nəticələr gözlədiyini bildirib. Qeyd edib ki, hər iki oyunda qeydə alınan nəticəyə görə, baş məşqçi ilə yanaşı futbolçularımız da cavab verməlidir: "Bir işi görüb, ikinci işi sonraya saxlamazlar. Seçmə mərhələni 9 xalla tamamlayıb, Estoniya və Qırğızıstana qalib gəlməmək təəccüblüdür. Heyətimizə də baxanda görürdük ki, bir-iki dəyişiklikdən başqa qalan bütün oyunçular əsas heyət üzvləridir. Az bir müddətdən sonra millimizə yeni futbolçular lazım olacaq. Onları indidən belə yoldaşlıq oyunlarında sınaqdan keçirmək lazımdır. Ancaq bunu da görmədik. Ona görə də bu nəticələr çox məyusedicidir. Düşünürdüm ki, ən azı qırğızlara qalib gələrik, estonlarla da heç-heçə oynayarıq. Hər iki oyunda qələbə qazanacağımıza isə daha çox inanırdım. Futbolçularımız belə çıxış etməsini heç cür başa düşə bilmirəm. Mən də futbolçu olmuşam. Bilirəm ki, oynamaq üçün bu gün bizdə hər cür şərait var. Mənə maraqlıdır ki, futbolçularımız qalib gələ bilməmələrini nə ilə əsaslandıracaqlar? Berti Foqts Qırğızıstandakı uğursuzluğu meydança amili ilə bağlayır. Meydanın hansı vəziyyətdə olduğunu deyə bilmərəm. Ancaq istənilən halda qırğızlara qalib gəlməli idik".
Ə.Talıbov uğursuz nəticələrin Foqtsun milli komandamızdakı taleyinə təsir etməyəcəyini bildirib: "Yoldaşlıq oyunlarındakı nəticələr yalnız reytinq baxımından əhəmiyyətlidir. SSRİ həmişə yoldaşlıq oyunlarında bütün rəqiblərinə qalib gəlirdi. Hətta Braziliya yığmasını da üstələməyi bacarırdı. Ancaq rəsmi oyunlarda bu nəticələri qazana bilmirdi. Demək istəyirəm ki, əsas seçmə mərhələnin oyunlarıdır ki, burada millimiz nisbətən yaxşı çıxış etdi. AFFA rəhbərliyinin Foqtsdan əsas tələbi seçmə mərhələ oyunlarında uğur qazanmaq ola bilər. Ona görə də düşünmürəm ki, son iki uğursuz yoldaşlıq oyunu Foqtsun millidəki taleyinə təsir etsin. Düzdü Foqts yığmamızda uzun müddətdir ki, çalışır. Ancaq yenidən əcnəbi mütəxəssisin gəlməyindənsə, Foqts öz postunda qalsa daha yaxşı olar. Çünki o, futbolçuların nəyə qadir olduğunu əzbər bilir. Bununla yanaşı, yerli məşqçiyə üstünlük verilməsinin tərəfdarıyam. Məncə, bütün mütəxəssislər belə düşünür. Çünki legioner baş məşqçi Foqtsun keçdiyi mərhələləri yenidən keçməlidir, təzədən oyuçuları tanımaldır".
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi