"Bilirəm ki, bugünkü rəqibimiz sabit bir komandadır, fiziki cəhətdən güclüdürlər. Texnikalı oyun nümayiş etdirmirlər. Sırf güc futboluna üstünlük verirlər".
Qol.Az saytına açıqlamasında bu sözləri "Xəzər Lənkəran" klubunun sabiq baş məşqçisi Yunis Hüseynov yığma komandamızın bu gün Estoniyaya qarşı keçirəcəyi yoldaşlıq oyunu haqda danışarkən deyib.
Uzun illər milli komandamızın şərəfini qorumuş veteran futbolçu rəqibin güclü olduğunu, ancaq milli komandamızdan üstün olmadığını bildirib:
"Estonlar əsasən əks-hücumlara bel bağlayırlar. Onların Türkiyə ilə oyununu izləmişəm. Bugünkü matçda hansı taktika ilə oynayacaqların deyə bilmərəm. Komandamıza uğular arzu edirəm. Məncə, Estoniyaya qalib gələ bilərik. Rəqibin son seçmə mərhələdə Hollandiya ilə heç-heçə etməsi heç də onların çox güclü olmağından və bizi üstələyəcəklərindən xəbər vermir. Biz də Portuqaliya və Rusiya milliləri ilə heç-heçə etmişik. Futbolda hər bir hesab qeydə alınır. Qorxmaq lazım deyil, oynamaq lazımdır".
Y.Hüseynov yığmamızın noyabrın 19-da Qırğızıstana qarşı keçirəcəyi yoldaşlıq oyunu haqda danışıb. Qeyd edib ki, belə komanda ilə oynamağın bizim üçün heç bir faydası yoxdur: "Qırğızıstan haqda heç nə danışa bilmərəm. Bu rəqiblə qarşılaşmaqdansa, ikitərəfli oyun keçirsək, daha yaxşı olardı. Düzdü, səviyyəli komandalar Azərbaycanla oynamaq istəmir, ancaq ortabab komandalarla qarşılaşmaq olardı. Yəqin başqa seçimimiz olmayıb. Ancaq Qırğısıztanı seçməkdənsə, seçməmək daha yaxşı olardı".
Y.Hüseynov "milli komandamızla müqaviləsi başa çatmaqda olan Berti Foqts vəzifəsində qalsın, yoxsa getsin" sualını da cavablandırıb: "Foqtsun getməyi və ya qalmağı mənim üçün maraqlı deyil. Ancaq deyirəm ki, Foqts qalacaq. Son oyunların nəticəsi də onun millimizdəki taleyinə təsir etməyəcək. Əvvəllər Foqts haqda çox danışsam da, xeyri olmayıb. Mütəxəssislərin fikri AFFA üçün maraqlı deyil. Yunis Hüseynovun nəsə deməyinin heç bir təsiri yoxdur. Məncə, AFFA Foqtsun işindən razıdır və o, öz vəzifəsində qalacaq".
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?
İqor Tudor “Tottenhem”ə gətirilir
Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu
Milli komandalarımızın yeni məşqçiləri açıqlandı
Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər
2030-cu ilə qədər "Bavariya"da - Rəsmi
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo
Simeonedən Yamala təxribatçı jest - Şəkil
UEFA-nın növbəti Konqresi Qazaxıstanda
"Sabah" hər ikisi ilə yolları ayırdı
"Onunla Azərbaycan millisinə dair danışacağam"
Azərbaycan millisinin oyunlarının təqvimi - Millətlər Liqası
Məşhur futbolçu "Əl-Hilal"la müqaviləni uzatdı
"Atletiko" "Barselona"ya 4 qolu belə vurdu - Video
Ançelotti heç yerə getmir
"Barselona" 37 il sonra ilk dəfə...
Azərbaycan çempionatında tay-brek günü
"Arsenal" bu cür xal itirdi - Video
Flikin ən ağır məğlubiyyəti
"Atletiko" "Barselona"nı darmadağın etdi
FİFA-dan "Atletik"ə sərt cəza
Sterlinqin yeni klubu bilindi - Rəsmi
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu