"Qəbələ" klubunun müdafiəçisi Rail Məlikovun Qol.Az saytına müsahibəsi
- Uzun müddətdir zədədən əziyyət çəkirdin. Hazırda durumun necədir ?
- Zədəm sağalıb, oyunlara tam hazır olmaq üçün gündəlik olaraq məşqlər edirəm. Türkiyədə verilən proqram üzrə hazırlıqlarım davam edir. Hər gün 3-4 saat fərdi çalışıram.
- Növbəti oyunda səni meydanda görə bilərik?
- Bəli. Hazırda məşqlər gedir. İnşallah gözlənilir ki, gələn oyun meydana çıxım. Çalışacağam ki, növbəti oyuna qədər zədəmi tam sağaldım.
- Türkiyə mətbuatında keçmiş komanda yoldaşın Arif İsayevin “Dənizlispor”dan uzaqlaşdırılacağı xəbəri yayılıb. Bu haqda məlumatın var?
- Bu barədə heç bir məlumatım yoxdur. İlk dəfə sizdən eşidirəm. Zəng edib özü ilə danışacam.
- Milli komandanın keçirəcəyi yoldaşlıq görüşləri haqqında nə deyə bilərsən?
- Mən milli komadanın heyətinə çağırılan zamanda bu yoldaşlıq oyunları keçirilirdi. Belə matçlar millimiz üçün çox faydalıdır. Yığma komandanın futbolçuları daha çox birlikdə olurlar. Meydanda biri-birilərini daha yaxşı başa düşürlər.
- Səncə, Qırğızıstan və Estoniya komandaları yığmamız üçün uyğun rəqiblərdir?
- Qırğızıstan barədə heç nə deyə bilmərəm, çünki o komandanın oyununu izləməmişəm. Estoniyaya gəldikdə isə, komandamız üçün layiqli rəqibdir. Söhbət yığma komandadan gedirsə, deməli, hər iki komanda güclüdür, lakin Estoniya hazırda Qırğızıstandan daha güclüdür.
- Oyunlar barəsində sənin proqnozun necədir?
- Məncə, Qırğızıstana qalib gələcəyik. Estoniya ilə oyun isə fikrimcə çətin olacaq, amma yenə də istərdim ki, millimiz qalib gəlsin.
- Çempionatda yaranmış fasilədən “Qəbələ” necə istifadə edir?
- Komandamız məşqlərini davam etdirir. İki gün istirahət etdikdən sonra yenidən məqşlərə başlamışıq. Hər zaman olduğu kimi növbəti turun oyununa ciddi hazırlaşırıq.
- Yeri gəlmişkən, növbəti turda AZAL-la qarşılaşacaqsınız. Bu görüş haqda nə deyə bilərsən?
- Əlbəttə, AZAL hər zaman bütün komandalar üçün çətin rəqib olub. Gözəl futbol nümayiş etdirən bir kollektivləri var. Baş məşqçi Vaqif Sadıqov da komandanı taktiki cəhətdən düzgün hazırlayır. Birinci dövrədə bu rəqibə 2:1 hesabı ilə qalib gəlməyimizə baxmayaraq, çox güclü komanda ilə qarşılaşacağımızı unutmamalıyıq. AZAL-a qarşı doğma meydanda oynayacağıq. Bu səbəbdən də əsas məqsədimiz qələbə qazanmaqdır.
- Mütəxəssislər "Qəbələ"nin çempionluq şansını yaxşı qiymətləndirir. İddialılar arasında "Neftçi" və "Qarabağ"la birgə "Qəbələ"nin də adı çəkilir. Bu barədə sənin fikrin necədir?
- Bizim komandanın qarşısına rəhbərlik tərəfindən ilk üç pillədən birini tutmaq məqsədi qoyulub. Məqsədimizə çatmaq üçün var gücümüzlə, sona qədər mübarizə aparacağıq. Amma əsas odur ki, çempion olaq. Kimin hansı mövqedə olacağını mövsümün sonunda hər kəs biləcək.
- Hazırda liderlərdən 5 xal geri qalırsınız. Xal fərqini aradan qaldırmaq mümkün olacaq?
- Beş xal komandamız üçün çoxda böyük görünməməlidir. İtirdiyimiz xalları bərpa etmək gücündəyik. Yəni bizim “Neftçi” və “Qarabağ”la oyunlarımız var. Bu oyunlarda qalib gələrək xal fərqini aradan götürməyə çalışacağıq.
Araz SÜLEYMAN
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi