"Rəvan" klubunun baş məşqçisi Şahin Diniyevin Qol.Az saytına müsahibəsi
- Milli komandamız iki gündən sonra yoldaşlıq oyununda Estoniya ilə qüvvəsini sınayacaq. Bu oyun və rəqib haqda fikirlərinizi bilmək istərdik.
- Estoniya millisi bizim səviyyəmizdə olan komandadır. Qarşıdakı oyunlar nəyəsə hesablanmayıb. Yəni hansısa oyuna hazırlıq xarakteri daşımır. Ancaq bu qarşılaşmalardan da yararlanmaq lazımdır. Bəzi futbolçuları sınaqdan keçirmək olar.
- Ancaq Foqts deyəsən, sırf nəticəni düşünür. Çünki heyətə yenə əsasən təcrübəli futbolçuları dəvət edib.
- Düzdü, Foqts onsuz da təcrübəli futbolçuları tanıyır. Ona görə də onlara ehtiyac yox idi. Yəqin Foqts ancaq qələbə haqda düşünür. Yəni onun üçün bu qarşıdakı görüşlər sınaq xarakteri daşımır. Ancaq bu, baş məşqçinin fikridir və hörmətlə yanaşmaq lazımdır.
- Komandamız noyabrın 19-da Qırğızıstan yığması ilə qarşılaşacaq. Bu rəqib haqda nə söyləmək olar? Sizcə, daha yaxşı təcrübə qazanmaq üçün özümüzdən güclü rəqiblə qarşılaşmağımız yaxşı olmazdımı?
- Qırğızıstan bizə nisbətən zəifdir. Onu da nəzərə alın ki, Azərbaycanla hər milli komanda oynamaq istəmir. Çünki dünya çempionatının seçmə mərhələsi başa çatıb. Avropadakı milli komandaların hər birinin futbolçuları müxtəlif çempionatlarda iştirak edir. Buna görə onlara Azərbaycanla oynamaq maraqlı deyil. Bu gün milli komandamız üçün rəqib tapmaq çətin məsələdir. Bizimlə oynayacaq rəqiblər azdır.
- "Rəvan"da vəziyyət necədir. Yaranmış fasilədən necə istifadə edirsiniz?
- Hazırda Mərdəkanda təlim-məşq toplanışındayıq. Bilirsiz ki, "Rəvan"ın funksional hazırlıq səviyyəsi aşağıdır. Buna görə 4 gün ərzində fiziki hazırlığa üstünlük verəcəyik. Əlbəttə ki, 4 gün çox az vaxtdır. Məşqlərə noyabrın 13-dən başlamışıq. İki gündən sonra isə sırf "Qarabağ"a qarşı hazırlığa başlayacağıq.
- "Qarabağ"la oyun haqda nə düşünürsünüz?
- "Qarabağ"la bizi necə çətin oyun gözlədiyindən danışmağa ehtiyac yoxdur. Komandamızın hazırkı durumunu nəzərə alanda qarşılaşmanın bizim üçün ağır olacağını deyə bilərəm. Biz də əlimizdən gələni edəcəyik ki, həm baxımlı oyun göstərək, həm də sərfəli nəticə qazanaq.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi