"Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfovun Qol.Az saytına müsahibəsi
- Əvvəlcə "Qəbələ"nin "Qarabağ"la dünənki maraqlı oyunu haqda fikirlərinizi bilmək istərdik.
- Həqiqətən çox maraqlı görüş keçdi. Axırıncı dəfə Azərbaycanda nə vaxt belə oyun olduğunu xatırlamıram. Amma təəssüf ki, sevinən tərəf biz olmadıq. İstənilən halda göstərdiyi əzmkar oyuna görə komandamızı təbrik edirəm.
- Ümumilikdə "Qəbələ"nin çıxışını necə qiymətləndirirsiniz?
- Sözsüz ki, komandamız əvvəldən eyni tempdə oynasaydı, daha yaxşı olardı. Ancaq futbolun da gözəlliyi bundadır ki, gözlənilməz hallar baş verir. Baş məşqçinin etdiyi əvəzetmələr, fasilədə futbolçulara verdiyi tövsiyələr oyunun axarını dəyişdi.
- Komandanızın tam komplektləşdirilidiyini demək olar, yoxsa hələ boşluqlar var?
- Əgər həddindən artıq səhvlərə yol verilirsə, deməli, boşluqlar var. Qış transfer dönəmində bu boşluqları möhkəmləndirəcəyik. Bu işləri isə baş məşqçi Yuri Syominin öhdəsinə buraxmışıq.
- Belə hesabla məğlubiyyəti sırf müdafiədə olan boşluqlarla bağlamaq olar?
- Dörd qol buraxmamışdan qabaq bizim də iki yüzfaizli qol imkanımız oldu. Dodo iki dəfə qapıçı ilə üzbəzüz qalsa da, qol vura bilmədi. Ancaq demək olar ki, "Qarabağ" əlinə düşən imkanların hamısından yararlandı. Razıyam ki, müdafiəmizdə boşluqlar var. Ancaq səhf olmasa, qol da olmaz, qol olmasa da, futbol olmaz. Yəqin ki, Syomin bu boşluqları görür və onların üzərində işləyəcək. Qış fasiləsində heyəti gücləndirmək üçün işlər görüləcək.
- Hansı mövqeləri gücləndirmək fikrindəsiniz?
- Birmənalı olaraq əvvəldən bu işlərə qarışmamışam. Özümə aid olan müəyyən fikirləri bildirmişəm. Ancaq hansı mövqedən futbolçu gedəcəyinə, hansı mövqeyə gələcəyinə baş məşqçi qərar verəcək. Qış fasiləsinə az qalmış məsləhətləşib, qərar veriləcək.
- Futbolçunuz Elnur Allahverdiyevlə "Qarabağ" azarkeşləri arasında yaranmış narazılığa münasibətinizi bilmək istərdik.
- Elnur Allahverdiyev, eləcə də “Neftçi”dən Mahir Şükürovun etdiyi hərəkətlər heç bir mədəniyyətə sığmır. "Neftçi" ilə oyunumuzda burada olmamışam. Mahirin azarkeşlərimizə qarşı etdiyi hərəkətlər kameralara düşüb. Amma bu məsələni çox şişirtmək də istəmirəm. Çünki azarkeşlərdə də günah var. Onlar dayanmadan çox biədəb sözlər işlədiblər. Bu söyüşləri bəlkə də başqa millətin nümayəndəsi həzm edə bilər. Ancaq azərbaycanlı futbolçu nə qədər peşəkar olsa belə, o söyüşlərin qarşılığında nəsə etməlidir. Azarkeşlərimiz nəzərə almalıdır ki, Bakı kiçik bir şəhərdir, futbol ictimaiyyətimiz böyük deyil. Belə hərəkətlər Avropa ölkələrində baş versə, o qədər qalmaqala səbəb olmaz. Ancaq futbolçunu bu şəkildə təhqir etmək də olmaz. Komanda istirahətə buraxıldığı üçün Elnurla görüşə bilməmişəm. Ancaq onunla görüşəcəm. Ona deyəcəyim sözlər var. Onunla müqavilə bağlayarkən danışmışdıq ki, belə şeylər olmasın.
- Yəqin onunla "Qarabağ" azarkeşlərinə dediyi "sabah müharibə başlasa, qaçıb gizlənəcəklər" ifadəsi haqda da danışacaqsınız.
- Müharibəyə kimin gedəcəyini belə müəyyənləşdirmirlər. Müharibə olanda kimin harda olduğu, kimin vuruşduğu bilinir. Qarabağda, Ağdamda nə qədər insan şəhid olub, şikəst olanlar da çəliklə gəzirlər. Elnur yandığından o sözləri deyib. Mən onun hər sözünə görə cavab verə bilmərəm. Amma onunla mütləq görüşüb, söhbət edəcəm.
Ramiq AĞAMƏMMƏDOV
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi
"Barselona"nın müdafiəçisi zədələndi
"Liverpul" İsakdan narahatdır
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
"Qarabağ"ın rəqibinin hücumçusu klubdan ayrılmağa hazırlaşır
"Atletiko" səfərdə inamlı qələbə qazandı
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov
Türkiyə klubundan istefa xəbəri gəldi
"Qarabağ" "Qəbələyə", "Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
"Qəbələ" - "Qarabağ" matçındakı 3 qol - Video
PSV-dən yeni rekord
"Barselona"nın futbolçusu sıradan çıxdı
"Hakimin gözündə mənə qarşı nifrət var idi, mübahisəli qərarlar verirdi" - Kaxaber Sxadadze
"Bura "Qarabağ"dır, uşaq bağçası deyil" - Qurban Qurbanov
"Çelsi" müdafiəçisi ilə yollarını ayırmağa hazırlaşır
İspaniya klubu yeni baş məşqçisini açıqladı
"Araz-Naxçıvan" - "Şamaxı": Heyətlər
PSJ-dən rekord göstərici
"Fənərbaxça"da ciddi itki - Derbidə oynamayacaq
"Qəbələ" - "Qarabağ": Heyətlər açıqlandı
Ukraynada olmaz, bizim futbolda olar! - Video
Mbappe Ronaldonun rekordunu təkrarladı
La Liqa klubunda amerikalı baş məşqçi
"Real"ın qələbəsi - Video
Juninyonun yeni klubu açıqlandı - Rəsmi
"Liverpul" "Tottenhem"i belə məğlub etdi - Video
"Bayer" qalib gəldi, "Qarabağ"ın rəqibindən heç-heçə
"Fənərbaxça" və "Beşiktaş"dan qələbə
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video