"İnter" klubunun futbolçusu Asif Məmmədov Qol.Az saytına müsahibə verib. Topaz Premyer Liqanın XI turunda AZAL-la oyunda (2:0) qol vuran və məhsuldar ötürmə ilə yadda qalan yarımmüdafiəçi oyun haqda və digr sualları cavablandırıb
- Əvvəlcə AZAL-la oyunu dəyərləndirərdin.
- Həmin görüşdə qələbə bizə çox vacib lazım idi. Çünki məğlub olsaydıq, komandamız pis vəziyyətə düşəcəkdi. Ona görə heç-heçəni ağlımızdan keçirmirdik. Oyuna yaxşı hazırlaşmışıdq. Matçın gedişindən də bunu görmək olardı. Tək hesabda yox, oyunumuzla da AZAL-ı üstələdik. İnşallah bu qələbələrin ardı gələcək.
- Baxımlı qola imza atdın və məhsuldar ötürmə ilə yadda qaldın. Bu qələbəni fərdi ustalıq sayəsində qazandığınızı demək olar?
- Xeyr. Həmin oyunda rəqibi hər cəhətdən üstələdik. AZAL mübariz bir komandadır, yaxşı çıxış edirlər. Ancaq bu görüşdə biz daha yaxşı oynadıq.
- Rəqibin baş məşqçisi Vaqif Sadıqov komanda şəklində AZAL-ın daha yaxşı çıxış etdiyini bildirib.
- Vaqif Sadıqovun fikrinə hörmətlə yanaşıram. Ancaq komanda şəklində də biz güclü olduq. "İnter" elə bir komandadır ki, oyunu bir nəfər həll etmir, kollektiv şəkildə uğur qazanırıq. Qol vurdumsa, qol ötürməsi verdimsə, burada bütün komandanın zəhməti var. Yaxşı müdafiə olunduq, orta xəttə yaxşı mübarizə apardıq. Heç AZAL-ın real qol imkanı da olmadı. Bu da o deməkdir ki, bütün mövqelərdə yaxşı oynamışıq. Buna görə rəqibə bir şans belə vermədik.
- "İnter"in uğursuz çıxışları və bunun səbəbləri haqda danışmışıq. Artıq həmin problemlər aradan qalxıb?
- Artıq 4-5 oyundur ki, "İnter"in özünə gəldiyi hiss olunur. "Bakı" ilə matçdan sonra komandada özünəinam yaranıb. Komandamızın oyununda irəliləyiş görünür. "Bakı" ilə heç-heçədən sonra uğurlu seriya başladı. "Sumqayıt"a və "Xəzər Lənkəran"a qalib gəldik. Son dörd oyunda təkcə "Qəbələ"yə uduzduq. Həmin görüşdə də yaxşı çıxış etmişdik. Yəni artıq yeni gələn futbolçuların da komandanın sisteminə uyğunlaşdığını görürük. Bizə vaxt lazım idi ki, komanda əvvəlki oyun sisteminə otursun. Məncə, getdikcə daha yaxşı olacaq.
- Ancaq komandanız hələ "Qarabağ" və "Neftçi" kimi stabil çıxış edə bilmir.
- Dediyiniz komandalarda çox dəyişiklik olmadı. Bizdə isə, birdən-birə 12 futbolçu komandanı tərk etdi. Hansı ki, onlar əsas heyət oyunçuları idi. Diqqət yetirsəniz, görərsiniz ki, hazırda "İnter"də keçən mövsümkü heyətdən cəmi 2-3 nəfər oynayır. Bunlar hamısı öz təsirini göstərir. Ancaq liderlər qrupunda olan komandalarda ən uzağı 4-5 oyunçu dəyişikliyi olub.
- "Qəbələ"də də xeyli dəyişiklik oldu. Ancaq "Qəbələ" ötən mövsümlə müqayisədə daha yaxşı çıxış edir.
- "Qəbələ" bizdən Vladimir Levini, Niasseni və Nizami Hacıyevi aldı. Onları yeni futbolçu adlandırmaq olmaz. Çünki yerli çempionata yaxşı bələd olan futbolçulardır. Yəni "Qarabağ" və "Neftçi" ilə bizim fərqimiz budur.
- Növbəti turda "Rəvan"la qarşılaşcaqsınız. Bu oyun haqda düşüncələrin necədir?
- Şahin Diniyev "Rəvan"a gəldikdən sonra komandada böyük dəyişiklik olub. Ona görə də çətin oyun olacağını gözləyirik. Ancaq qələbələrin vaxtı çatıb. Yalnız üç xal üçün meydana çıxacağıq.
- Maraqlıdır ki, "İnter" bu mövsüm öz meydanında qələbə qazanmayıb. Bu sindroma son qoya biləcəksiniz?
- "İnter" nadir hallarda öz meydanında uduzan komandalardan idi. Keçən mövsüm təkcə "Neftçi"yə öz meydanımızda məğlub olmuşduq. Ancaq bu mövsüm ev qələbəmiz yoxdur. Ona görə də mütləq azarkeşlərimizi sevindirməliyik.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi