"Bakı" klubunun yarımmüdafiəçisi Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqada ötən tur "Rəvan"la oyunda vacib iki xal itirdiniz. Bu görüş haqda təəssüratlarını bilmək istərdik.
- Matçın çox çətin olacağını bilirdik. Çünki "Rəvan" lider "Qarabağ"dan xal almağı bacarmışdı. Birinci hissədə oyunun taleyini həll etməliydik. Xeyli qol imkanımız oldu. Getdikcə oyun gərginləşdi. Sonda "Rəvan" bir xal qazandı.
- Qol vura bilməməyinizin başlıca səbəbi nə oldu?
- Bizdə kifayət qədər istək çatmadı. Oyunun gedişində çox hirsləndik. Qol epizodlarından istifadə edə bilməməyimiz, rəqibin artist hərəkətləri bizə təsir edirdi. Nəticədə istədiyimiz oyunu göstərə bilmədik.
- Rəqib necə artistlik edirdi?
- Demək olar ki, oyunda 20 dəqiqə itirdik. "Rəvan"ın futbolçuları süni şəkildə vaxtı uzatdılar. Futboldan kənar hərəkətlər edirdilər. Əslində bu məqamlara görə əsəbləşməməli idik. Ancaq istər-istəməz rəqibin belə hərəkət etməsi bizi özümüzdən çıxardı və matçın sonlarında oyunumuzu tamamilə itirdik.
- Son oyunlarda "Bakı" xall itkiləri ilə üzləşir. Bu, çempionluğun əldən getməsinə gətirib çıxara bilər?
- Əlbəttə, bunlar hamısı çempionluğa təsir edəcək. Ancaq çempionat demək olar ki, təzə başlayıb. Qarşıda çox oyunumuz var. Bizim əsas məqsədimiz Avroliqaya vəsiqə qazanmaqdır. Bu, bizim böyük arzumuzdur. Çünki "Bakı" neçə ildir ki, UEFA-dan kənar qalır. Çox istəyirik ki, Azərbaycanı Avropada layiqincə təmsil edək. Bunun üçün çalışırıq.
- "Bakı" xal fərqinə görə liderlər qrupunda olan komandalardan aralı düşüb. Buna görə çempionluqdan daha çox Avroliqaya vəsiqə qazanmağa ümid edirsiz?
- Yox. Əslində biz də çempionluğa oynayırıq. İlk pillələrdə qərarlaşan komandalarla aramızda olan xal fərqini 3-4 ardıcıl qələbə ilə aradan götürə bilərik. Yəni ən azı Avroliqaya vəsiqə qazanmağı hədəf seçmişik.
- Ancaq liderlər qrupunda olan komandalardan fərqli olaraq "Bakı" stabil oyun nümayiş etdirmir.
- Məncə, stabillikdən danışmaq hələ tezdir. Hansı komandanın stabil olması qışdan sonra bilinəcək. Razıyam ki, "Bakı" sabit çıxış etmir. Bunun da səbəbi odur ki, bütün futbolçullarımız bir yerdə cəmləşə bilmir. Hər oyunda bir neçə zədəli futbolçumuz olur. Ona görə də komanda oyununa uyğunlaşa bilməmişik. Onsuz da futbolçuların bir çoxu yenidir. Ona görə zaman ehtiyacımız var. Baş məşqçimz də yenidir. Ancaq bunlar bizi aldatmamlıdır. Öz oyunumuzu düzəltməliyik. Ümid edirəm ki, tədricən layiq olduğumuz yerlərdə qərarlaşacağıq.
- Növbəti turda "Simurq"la qarşılaşacaqsınız. Bu görüş hada nə düşünürsünüz?
- "Simurq" da ciddi rəqiblərdəndir. Keçən oyunda "Neftçi"dən xal almağı bacardılar. Hər komanda "Simurq"a qarşı oyun göstərə bilmir. Rəqibimiz əsasən müdafiədə oynayır və əks hücumlara bel bağlayır. Yaxşı tanıdığımız komandadır. Güclü baş məşqçiləri var. Yaxşı kollektiv yaradıb. "Simurq" futbolçuları fiziki cəhətdən geri qalsalar da, baxımlı oyun göstərirlər. Turnir cədvəlində də yanaşı pillələrdəyik. Bu da oyuna marağı artıracaq. Ancaq artıq xal itirməyə haqqımız yoxdur. Həm də öz meydanımızda qələbə qazanmağa borcluyuq.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi