"Qarabağ" klubunun hücumçusu Vüqar Nadirovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın son turunda səfərdə "Xəzər Lənkəran"a 3:0 hesabı ilə qalib gəldiniz. Oyun haqda nə söyləməyə bilərsən?
- Əvvəlcədən çətin oyun olacağını bilirdik. Gözlədiyimiz kimi çox ağır matç oldu. Ancaq əlimizə düşən şanslardan maksimum istifadə edb, üç qol vurduq. Qələbə bizim üçün asan olmadı.
- Çətin səfər oyunundan belə böyükhesablı qələbə ilə dönəcəyinizi gözləyirdiniz?
- Əlbəttə, bizdə qələbəyə inam çox idi. Rəqibin bir futbolçusunun üzərinə 2-3 oyunçumuzun getməyi sübut edir ki, Lənkərana ancaq üç xal dalınca getmişdik. Başqa yolumuz yox idi. Elə etməliydik ki, qələbə qazanaq. Şükürlər olsun ki, düzgün taktika ilə oynadıq və qapımızı da toxunulmaz saxlayaraq, qələbə qazandıq.
- "Qarabağ" oyunu ilə də rəqibi üstələyə bildimi?
- Hiss olunurdu ki, biz "Xəzər Lənkəran"dan daha istəkliyik. "Qarabağ" daha əzmkar oyun nümayiş etdirdi. Bu sarıdan rəqibi üstələyirdik. Qol vurduqca daha da ruhlanırdıq.
- Növbəti oyununuz "Qəbələ"yə qarşı olacaq. Bu görüş haqda nə düşünürsünüz?
- "Qəbələ" bizim üçün çox ciddi rəqibdir. Bundan sonra bizim üçün bütün oyunlar ağır olacaq. Çətinliklə birinci pilləyə qalxmışıqsa, indi bu yerdə qalmağı bacarmaq lazımdır. Artıq mövqeyimizi qorumağa çalışırıq. Buna görə də xal itirməməliyik. "Qəbələ" ilə oyun da nə qədər çətin görünsə də, rəqibə şans verməməliyik. Çünki onlarla oyunumuz liderlik uğrunda mübarizə olacaq. Qalib gəlsək, bir qədər də liderliyimizi möhkəmləndirəcəyik. Məğlub olsaq, "Qəbələ" bizi qabaqlayacaq. Bu baxımdan çox vacib və çətin bir qarşılaşmadır.
- Birinci dövrədə komandanız ikinci heyətlə "Qəbələ"yə qalib gələ bilmişdi. Bu baxımdan şansınızın çox olduğunu demək olar?
- Keçən dəfə qalib gəlmişiksə, bu dəfə də bunu bacarmalıyıq. Yəni fikrimizdə bu olmalıdır. Fikirləşməməlik ki, bu komandanı ikinci heyətlə məğlub etmişik. Rəqibə çox ciddi yanaşlamalıyıq. Bu halda hansısa uğuru əldə etmək olar. Əsas odur ki, komandada həvəs olsun. Allah şükür ki, bu həvəs bizdə var.
- Komandanız ardıcıl üç oyundur ki, böyük hesabla qalib gəlir. Ən çox qol vuran və ən az top buraxan da "Qarabağ"dır. Komandanızın ən güclü dövrünü yaşadığını demək olar?
- "Qarabağ" hələ heç nə etməyib. Daha da əzmkar olmalıyıq. Çünki bu il daha böyük hədəflərimiz var.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi