U-19 millimizn baş məşqçisi Arif Əsədovun Qol.Az saytına müsahibəsi
- Rəhbərlik etdiyiniz U-19 millimiz Avropa çempionatının seçmə mərhələsində uğursuz çıxışları ilə yadda qaldı və qrup sonuncusu oldu. Bu uğursuzluğun səbələri nədə görürsünüz?
- Rəqiblərimiz çox güclü idi. Nəzərə almaq lazımdır ki, Bosniya və Hersoqovina və İsveç dünya çempionatına vəsiqə qazandılar. Ancaq bizim də istəyimiz var idi ki, növbəti mərhələyə çıxaq. Oyunlar da göstərdi ki, tək istəklə hər şey həll olunmur. Gərək komanda həm fiziki, həm də ustalıq baxımından oyunlara hazır olsun. Ümidimizi ilk iki oyuna bağlayırdıq ki, yaxşı uğurlu nəticələr əldə edək. Çünki İsveçlə son oyunumuzun çətin olacağını bilirdik. Əvvəlcədən komandamızda olan problemləri görürdüm. Futbolçularımız klublarında heyətə düşə bilmirdilər. Üstəlik də fiziki çatışmazlıqlarımız var idi. Düzdü, ilk oyunda İrlandiya ilə yaxşı oynadıq. Təəssüf ki, həmin matçda azlıqda qalmağımız həm məğlubiyyətimizə səbəb oldu, həm də çox güc sərf etdik. Ehtiyat qüvvəmizin olmaması son oyunda özünü daha çox göstərdi. Onun nəticəsi idi ki, futbolçularımız oyuna nəzərəti itirmişdi. Buraxılan beş qolun hamısı standart vəziyyətdən oldu.
- Ümumiyyətlə aşağı yaş qruplarımızda vəziyyət ürəkaçan deyil. Bu isə əsas millimizin gələcəyinə təsir edəcək. Bu problemləri aradan qaldırmaq üçün hansı işlər görülməlidir?
- Kompleks şəklində işlər görülməlidir. Elə etməliyik ki, aşağı yaş qruplarımız dünya və Avropa çempionarlarının final mərhələsinə düşsün. Bu məsələlərə çox ciddi yanaşmalıyıq. Hələ ki, futbol akademiyalarımız yoxdur ki, uşaqlar orada daima məşğul olsunlar. Ona görə də hələ ki, futbolçu qıtlığı var. Bu gün U-17 milli komandamız üçün 5-6 nəfər Almaniyadan, ordan-burdan futbolçular gətirilir. Mən özüm dünya çempionatının seçmə mərhələsinin oyunlarından əvvəl 50-60 futbolçunu sınaqdan keçirmişdim. Gərək bizim iki eyni heyətimiz olsun. Təəssüf ki, futbolçu tapa bilmirik. Qıraqdan da oyunçu gətirə bilmədik. Ancaq əlimizdə olan materialdan istifadə etdik. Məncə, hər yaş qrupunda liqalar təşkil etmək lazımdır. İndi ən çətin durumda olan U-19 millisidir. Çünki başqa ölkələrdən fərqli olaraq bizdə U-19 çempionatı hələ bu ildən yaradılıb. Hardasa 5-6 aydır. Bundan sonra ola bilsin ki, bunun bəhrəsini görə bilərik. U-19 millisində çıxış edən futbolçular nə öz komandalarında oynaya bilirdi, nə də əvəzedici heyətlərdə.
- Aşağı yaş qruplarından fərqli olaraq A milli komandamız son oyunlarda pis nəticə qazanmadı. Yığmamızın Rusiya ilə oyunu haqda da fikirlərinizi bilmək istərdik.
- Oyunları internet vasitəsi ilə izlədim. Komandamız yaxşı oyun nümayiş etdirdi. Xüsusilə qeyd etmək istəyirəm ki, adətən, komandamızda sabit oyun çatmırdı. Görürdün ki, bir matçda yaxşı çıxış edirdik, ardından 2-3 oyun alınmırdı. Amma axırıncı matçlarda gördük ki, komandamızda stabillik yaranıb. Malta ilə yoldaşlıq görüşünü də nəzərə alsaq, ardıcıl 4 qarşılaşmada məğlub olmuruq. Əgər bir komanda 3 dəfə ardıcıl yaxşı oyun nümayiş etdirirsə, bu, artıq stabillikdir. Hiss olunurdu ki, komandamızda istək daha çoxdur. Komandamız bir yumruq kimi birləşib mübarizə apararaq nəticə qazanmaq istəyirdi. Artıq futbolçularımızda inam yaranıb. Bu da böyük amildir.
- Kimlərsə komandamızın son vaxtlar qazandığı nəticələri futbolçuların, kimlərsə baş məşqçi Berti Foqtsun adına yazır. Siz necə düşünürsünüz?
- Həmişə komanda uduzanda məşqçini günahlandırırlar, yaxşı nəticə qazananda isə məşqçinin işini o dərəcədə qabartmırlar. Məncə, baş məşqçinin hər bir nəticədə əməyi böyükdür. Bu sabitliyi, bu heyəti Berti Foqts yaradıb. Başqa heç kim etməyib bunu.
- Bu gün müqaviləsi başa çatmaqda olan Foqtsun vəzifəsində qalıb-qalmayacağı çox müzakirə olunur. Sizcə, son seçmə mərhələdə 9 xal qazandığımız üçün onu saxlamaq olar?
- Gəlin 9 xalı yox, qrupda dördüncü yerdə olmağımızı müzakirə edək. Əvvəldən demişdik ki, qrupda dördüncü yeri tutsaq, bunu uğur adlandırmaq olar. Rəqiblərimzi də nəzərə almalıyıq. Bu gün Şimali İrlandiya və Lüksemburqu qabaqlamışıq. Yaxşı haldır ki, Foqtsa 6 il möhlət verdilər. O da mərhələlərlə öz istədiyini həyata keçirdi. Bundan sonra necə olacağını artıq AFFA daha yaxşı bilir.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi