Milli komandamızın sabiq üzvü, "Neftçi" klubunun məşqçisi Bəxtiyar Musayevin Qol.Az saytına müsahibəsi
- Sabah milli komandamız DÇ-2014-ün seçmə mərhələsində Şimali İrlandiya ilə qarşılaşacaq. Millimizin sabiq üzvü kimi bu oyun haqda fikirlərinizi bilmək maraqlı olar.
- Həmişəki kimi yığmamızdan qələbə gözləyirik. Komandamız İsraillə oyundə həqiqətən də çox yaxşı oyun nümayiş etdirdi. Səfərdə oynalarına baxmayaraq, inamlı təsir bağışladılar. Bu da millimizin qarşıdakı iki oyundan uğurlu nəticələrlə ayrılmasına ümid verir. İnanıram ki, sabahkı oyunda yığmamız qalib gələcək. Ən azı qrupda sonuncu pillədən qurtulmalıyıq.
- Oktyabrın 15-də isə yığmamız Rusiya ilə qarşılaşacaq. Bu oyunda millimizdən nə gözləyirsiz?
- Rusiya millisi bizimlə oyunda mütləq qələbə qazanmalıdır ki, qrup lideri olsun. Ona görə də rəqib tam gücü ilə meydana çıxacaq. Ancaq nəinki Rusiya millisindən, heç bir komandadan qorxmaq lazım deyil. Məncə, sabahkı oyunda komandamız qalib gəlsə, bu, futbolçularımıza böyük bir motivasiya verəcək. Belə olarsa, Rusiyaya qarşı layiqli, inadkar oyun göstərərik. Bizimlə müqayisədə Rusiya yığması çox güclüdür. Buna baxmayaraq, hər bir rəqiblə mübarizə aparmaq olar. Doğma meydanda oynamağımızı nəzərə alıb deyirəm ki, ruslardanda xal almaq olar. Futbolda gözlənilməyən sürprizlər də olur. Rusiya yığmasının bəxti gətirməyə və Bakıdan məğlubiyyətlə də gedə bilər. Ancaq bilirik ki, bu komandalar arasında səviyyə fərqi çoxdur. Rusiya dünya çempionatına birbaşa vəsiqə qazanmaq üçün mübarizə aparır. Təəssüf ki, biz isə hələlik sonuncu pillədəyik.
- Futbolumuzda sizin dövrlə indiki arasında nə kimi fərq var?
- İndiki dövrdə futbolçuların maddi dururmu çox yaxşıdır. Sağlıqlarına qismət. Futbol oynamağa indi yaxşı şərait var. Bizim dövrlə müqayisədə yerlə göy qədər fərq var. Uzun illər "Neftçi"də çıxış etmişəm. Cəmi bir dəfə klub səviyyəsində təlim-məşq toplanışına getmişik, avtobusla qayıtmışdıq. İndi hər bir komandamız ölkə xaricində toplanışa gedir. Demək olar ki, istədikləri rəqiblərlə yoldaşlıq görüşləri keçirirlər. İndi futbol oynamağa hər cür şərait var.
- Futbolçularımızın bu şəraitin qarşılığını verə bilməməsinə münasibətiniz necədir?
- Doğrudan da, belə şəraitin qarşılığında millimiz daha yaşı çıxış etməlidir. Burda tək futbolçuları günahlandırmaq istəmirəm. Əvvəldən uşaq futbolunu inkişaf etdirmək lazım idi. Sevindirici haldır ki, bu gün bu yöndə işlər aparılır. Ona görə də çox inanıram ki, yaxın illərdə millimiz qrup sonuncusu olmaqdan qurtulacaq. Hamımız bu barədə düşünməliyik. Futbolçuların da vəzifə borcları odur ki, daha əzmlə çalışsınlar və daha tez inkişaf etsinlər. Çünki bu şəraitin qarşılığında daha artığını etməyə borcludurlar.
- Sonuncu pillədən Berti Foqtsla qurtula bilərik?
- Xeyr. Bu gün millimizdə nə oyun baxımından bir irəliləyiş görünür, nə də stabil oyunumuz var. Burda baş məşqçinin böyük günahı var. Niyə sonuncu pillədə olmalıyıq? Lüksemburq isə bizdən yuxarı pillədədir. Ona görə də komandamızın hazırkı durumunu heç qənaətbəxş saymıram. Foqtsun taktikası ancaq az top buraxmaq, müdafiə olunmaq və müdafiəyəmeyilli futbolçullardan ibarət bir heyət qurmaqdır. Başa düşürəm ki, bizdən çox güclü olan komandlarla qarşılaşırıq. Ancaq inkişaf üçün gərək baxımlı oyun göstərən. İstədiyin nəticəni ala bilməsən də, futbolçularda ruh yüksəkliyi yaranacaq. Nəticə də getdikcə özü gələcək. Bir şeyi də nəzərinizə çatdırmaq istəyirəm ki, artıq neçənci seşmə mərhələdir, millimiz son oyunlarını öz meydanında keçirir. Püşkatmadan sonra məşqçilər yığışıb oyunların harda keçirilməyini müzakirə edirlər. Foqts isə işini elə qurur ki, seçmə mərhələnin son oyunlarını evdə keçirsin. Bununla son oyunlarda yaxşı nəticə qazanmağa və işini itirməməyə çalışır. Həmişə buna diqqət edirəm, seçmə mərhələdə ilk oyunllarımızı səfərdə və çətin rəqiblərə qarşı keçiririk. Son iki oyunu isə öz meydanımızda keçiririk. Məncə, bu, Foqtsun taktiki gedişidir. Belə edir ki, AFFA rəhbərliyi son oyunun nəticələrinə görə onunla müqaviləni uzatsın. Ancaq bir şeyi başa düşmək lazımdır ki, beş ildə Foqtsla bir şey əldə edə bilməmişiksə, gələcəkdə də heç nə edə bilməyəcəyik. Yəni lap son iki oyunda qələbə qazansaq belə Foqtsun işini qənaətbəxş saymaram.
- Foqtsun fəliyyətindən razı qalmyanalar çoxdur. Bəs onu kimin əvəzləyə biləcəyini düşünürsünüz?
- Heç vaxt faktsız danışmamışam. Yalandan heç xoşum gəlmir. Mən Foqts haqda gördüklərimi dedim. Dəfələrlə onun mətbuata və öz millətinə qarşı hörmətsizliyini görmüşəm. Onu kimin əvəzləyəcəyinə gəldikdə isə, AFFA bu işdə çox diqqətli olmalıdır. Düşünməlidirlər ki, artıq kimisə adına görə milliyə gətirmək lazım deyil. Vaxtilə Karlos Alberto Torres də gəldi və heç nə edə bilmədi. Foqtsun millimizdə qalıb-qalmayacağını bilmirəm. Ancaq mən qalmağının qəti əleyhinəyəm. Ağıllı və savadlı məşqçiyə ehtiyacımız var. O məşqçiyə ki, işini sevə-sevə görəcək. Əlbəttə ki, gördüyü işləri ilə özlərini sübut edən yerli məşqçilərimiz də var. Millimizi irəliyə doğru apara biləcək mütəxəssislərimiz yetərincədir. Legioner baş məşqçi gətirilsə də, sadaladığım keyfiyyətlər onda olmalıdır. Hamımız istəyirik ki, millimiz irəli getsin. Yerimizdə durmamalıyıq. Çünki bizdə potensial var.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi