"Şimali İrlandiya ilə oyun asan olmayacaq. Fikirləşməməliyik ki, asan qələbə qazanacağıq və ya xal götürəcəyik. Mən onların Rusiya ilə oyunlarını izlədim. Fiziki cəhətdən çox güclü və sonadək mübarizə aparan komandadır. Yəni, millimiz Şimali İrlandiya ilə səfər matçında qələbə qazanmağa yaxın olsa da, həmin qarşılaşmada rəqib bizdən üstün olmuşdu. Ancaq bu komandadan xal götürmək mümkündür".
Qol.Az saytına açıqlamasında bu sözləri "Xəzər Lənkəran" klubunun sabiq baş məşqçisi Yunis Hüseynov milli komandamızın DÇ-2014-ün seçmə mərhələsində Şimali İrlandiya və Rusiya yığmaları ilə qarşılaşacağı oyunlar haqda danışarkən deyib.
Təcrübəli mütəxəssis Rusiya millisinə qarşı keçirəcəyimiz oyun haqda nikbin danışmayıb. Qeyd edib ki, bu komandadan xal almağımız çox çətin görünür: "Rusiya millisi ilə matça gəldikdə isə onlara qarşı oyunumuz daha çətin olacaq. Rusiya dünya çempionatının final mərhələsinə birbaşa getmək şansları böyükdür. Ona görə də inanmıram ki, ruslar bizimlə oyuna arxayın çıxsınlar. Onlar Bakıya 3 xal dalınca gələcəklər. Bu səbəbdən Rusiya millisindən xal almağımız çətin görünür.
Y.Hüseynov yığmamızın Rusiya ilə səfər oyununu da xatırlayıb. Bildirib ki, həmin görüşdə də rəqib komanda yığmamızdan aşkar üstün olub: "Düzdü, millimiz Rusiyada keçirilən oyunda minimal hesabla məğlub oldu. Ancaq demək olmaz ki, yığmamız həmin görüşdə əla oynadı. Deyəsən millimiz həmin görüşdə 6 və 8 müdafiəçi ilə oynayırdı. Qeyd etməliyəm ki, futbolçularımız vuruşdular. Amma rusların qol imkanları daha çox olmuşdu. Rusiya elə komanda deyil ki, onlara qarşı açıq futbol oynaya biləsən. Məncə, rəqibə qarşı oyunumuz əks-hücum üzərində qursaq, daha yaxşı olar".
Qeyd edək ki, oktyabrın 11-də Bakıda Şimali İrlandiyanı qəbul edəcək millimiz 4 gün sonra Rusiya yığması ilə qarşılaşacaq.
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi