"Çempionatda fasilə yaranmağı bizim üçün yaxşı olmadı"

"Çempionatda fasilə yaranmağı bizim üçün yaxşı olmadı"
MÜSAHİBƏ 7 Oktyabr 2013 / 16:25 2865
-  A +

"İnter" klubunun yarımmüdafiəçi Asif Məmmədovun Qol.Az saytına müsahibəsi

- Son turda "Sumqayıt"a qalib gəldiniz. Bu görüş haqda fikirlərini bilmək istərdik.

- "Sumqayıt"la oyununun vacibliyini çox gözəl dərk edirdik. Həmin gün bizə lazım olan  ancaq üç xal idi. Türnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmaq istəyirdik. Buna da nail olduq.

- Nəticə qazanmağınız öz yerində, bəs komandanız oyununu bərpa edə bilib?

- Stadion bərbad vəziyyətdə idi. Buna baxmayaraq, ötürmələrlə oynadıq. İstədiyimizi ortaya qoya bilməsək də,  60-70 faiz oyunumuz alındı. Məncə, pis oynamadıq, Yəni "İnter" ənənəvi oyun sisteminə sadiq qaldı. Buna görə də 2:0 hesablı qələbə qazandıq.

- Qazanılan son qələbələr "İnter"də özünəinam hissini qaytara bilib?

- Məncə, artıq komandamız özünə gəlməkdədir. Tam olmasa da, özünəinam hissi də bərpa olunub.

- Necə oldu ki, komandanız "qara zolaq"dan çıxa bildi?

- "Bakı" heç-heçədən sonra komandamızda rüh yüksəkliyi yarandı. Həmin matçda qalib gələ bilməsək də, oyunumuz yaxşı alındı. Həm də artıq həmin gün zədəli oyunçularımız sıraya dönmüşdü. Onların da qayıdışı bizə kömək oldu. Komandamız tam şəkildə olduğu üçün "Bakı"ya qarşı yaxşı oynadıq, "Xəzər Lənkəran" və "Sumaqyıt"a isə qalib gəldik.

- Geridə qalan birinci dövrədə "İnter"in oyunları haqda nə demək olar?

- "İnter" mövsümə o qədər də yaxşı başlamadı. Ancaq sonluq yaxşı oldu. Heç olmasa xal ehtiyatımızı çoxalda bildik. Qabaqda hələ 27 tur var. Onu nəzərə alsaq, heç nə itirməmişik. Görürük ki, bütün komandalar xal itirir. Məncə, gələcək oyunlarda vəziyyətimiz yaxşı olacaq. Həm də komandalar arasında xal fərqi də çox azdır. Deyərdim ki, birinci dövrəni "İnter" üçün nə yaxşı, nə də pis qiymətləndirmək olar. Liderlər qrupunda olan komandalardan cəmi 1-2 oyun artıq uduzmuşuq. Bunları da gələcək oyunlarda aradan qaldıracağıq.

- Maraqlıdır ki, bu mövsüm "İnter" rəqib qapılarına 16 qol vurub. Bu göstəricidə liderlər qrupunda olan "Qarabağ", "Neftçi" və "Qəbələ" kimi komandaları qabaqlayırsınız.

- Keçən mövsüm az qol vurub, az da buraxmışdıq. Yaxşı pillələrdə qərarlaşırdıq. Bu mövsüm isə əksinədir. Təbii ki, komandamızda boşluqlar var. Təkcə müdafiəni günahlandırmaq olmaz. Qol buraxırıqsa, burda bütün komandanın səhvi var. Kollektiv oyunda kimisə fərdi qaydada günahlandırmaq düzgün deyil. Sevindirirci haldır ki, son iki oyunda qol buraxmamışıq.

- Çempionatda fasiləni yaranması "İnter"in işinə yarayacaq?

- Məncə, əksinə bu, bizim üçün yaxşı olmadı. Çünki uğurlu çıxışlara başladığımız vaxt fasilə yarandı. Ancaq fasilədə istifadə edib səhvlərimiz üzərində işləyəcəyik. Gürcüstana təlim-məşq toplanışına gedəcəyik. Məncə, fasildən sonra bizi daha çətin oyunlar gözləyir.

- Bu mövsüm keçənilki ilə müqayisədə meydanda daha az görünürsən. Zədən sağaldıqdan sonra idel formana qayıda bilməmisən?

- Məndə heç bir problem yoxdur. Baş məşqçi belə məsləhət görür. Mən ona nə deyə bilərəm? Vaxt var idi ki, bütün oyunlarda 90 dəqiqə meydanda olurdum. Hələ qarşıda çox oyunlar var. O demək deyil ki, bütün oyunlarda ehtiyatda qalacam.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki