“Bakı” klubunun hücumçusu Rauf Əliyevin Qol.Az saytına müsahibəsi
- Əvvəlcə ötən tur “İnter”lə qarşılaşdığınız oyun (2:2) haqda fikirlərini bilmək istərdik.
- İlk dəqiqələrdən hesabda önə keçməyimizə baxmayaraq, sonda qalib gələ bilmədik. Qolu da xırıncı dəqiqələrdə buraxdıq. Bizim üçün əsas üç xal qazanmaq idi. Təəsüf ki bu oyunda iki xal itirdik. “Qəbələ”ni çıxmaqla, digər rəqiblərimizin hamısı xal itirdilər. Qələbə qazansaydıq, turnir cədvəlindəki mövqeyimiz xeyli yaxşılaşacaqdı. “İnter” asan təslim olmadı, sona qədərr mübarizə apardı və bərabərlik topunu vura bildi. Həqiqətən maraqlı oyun oldu.
- “İnter”in birinci qolundan sonra hakimin qərarından çox narazı idin...
- Qol vurularkən yan xətt hakimi bayrağını havaya qaldırdı. Ancaq baş hakim Fariz Yusifov oyunu davam etdirdi. Həmin hücum da qolla nəticələndi. Bizim futbolçuların topa zərbə endirdiyinə görə hakim oyunu saxlamadı. Ancaq əslində oyun dayandırılmalı idi. Ona görə hakimə etiraz edirdim.
- Dünən Topaz Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu və ən gözəl qolun müəllifi mükafatlandırıldı. Sənin öz namizədlərin var idi, yoxsa seçimlərlə razısan?
- Cavid Hüseynov ötən ay həqiqətən də yaxşı oynamışdı. Yaxşı oyunla bərabər, gözəl qollar da vurdu. Ötən ayın qollarının hamısına baxmamışdım, ancaq eşitdiyimə görə Con Olureminin qolu ən gözəl olub. Hər iki seçimin düzgün olduğunu düşünürəm.
- Yeddi turdan sonra altıncı pillədəsiz. Komandanızın çıxışını necə qiymətləndirirsən?
- Çempionata başlayanda tam hazır deyildik. Heyət baxımından bəzi problemlərimiz var idi. Daha sonra ardıcıl qələbələrimiz oldu. Lənkəranda 3 xal itirdiyimiz oyunu çıxmaq şərtilə digər görüşlərin hamısında yaxşı təsir bağışladıq.
- “Bakı” son oyunlar gah uduzur, gah da qalib gəlir. Bu, komandanızda stabilliyin olmaması ilə bağlıdır, yoxsa digər klubların iddiası artıb?
- Əvvəl belə idi ki, çempionatda komanda çox idi ki, bunların da arasında 4-5-i zəif çıxış edirdi. Yəni, komandalar arasında səviyyə fərqi olurdu. İndi isə çempionatdakı komandaların sayı azalıb və bütün klublar güclüdür. Komandalar hamısı bir-birinə çətinlik yaradır, xal alır. Yəni, indi rahat oyun yoxdur. Ötən mövsüm fikirləşirdik ki, "Neftçi" ilə çətin oyunumuz olsa da, növbəti görüşümüz hansısa bir zəif komanda ilə olacaq. Ancaq dediyim kimi indi zəif rəqibimiz yoxdur.
- Növbəti turda sizi “Neftçi”dən xal alan “Sumqayıt”la oyun gözləyir...
- "Sumqayıt"ın heyəti gənc oyunçulardan ibarətdir. Qeyd etdiyiniz kimi ötən oyun "Neftçi"dən xal almağı bacarıblar. İndi də həmin gənc oyunçulardır və onlar bizimlə görüşdə özlərini doğrultmağa çalışacaqlar. Bizim üçün daha çətin oyun olacaq. Komandaların heyətinə baxanda, biz müəyyən qədər üstün görünə bilərik. Ancaq qeyd etdiyim kimi "Sumqayıt" gənc və mübariz komandadır. Şanslara gəldikdə biz onlardan bir qədər üstünük.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi