“Sumqayıt”la qarşılaşmada demək olar ki, “Neftçi” təkqapıya oynadı. Ən azı 5-6 yüzfaizli qol imkanımız oldu. Ancaq top qapıdan keçmək istəmədi”.
Qol.Az saytına açıqlamasında bu sözləri “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov Topaz Premyer Liqanın VII turunda “Sumqayıt”la oyun (0:0) haqda danışarkən deyib.
Klub rəsmisi qeydə alınan heç-heçəyə baxmayaraq, “Nefçi”nin qazandığını qeyd edib. Bildirib ki, “Sumqayıt”da icarə əsasında oynayan “Neftçi” futbolçuları inamlı oyunları ilə yadda qalıblar: “Klub rəhbərliyi olaraq məsələyə fərqli prizmadan yanaşırıq. Ola bilər ki, bu oyunda iki xal itirdik. Ancaq yenə “Neftçi” qalib gəldi. Çünki “Neftçi” elə öz futbolçularına qarşı oynadı.
“Neftçi” ona görə qalib gəldi ki, Elşən Abdullayev, Slavik Alxasov, Ruslan Qurbanov kimi oyunçuları “Sumqayıt”ın heyətində çıxış edirdi. Yəni bu gün “Neftçi”nin futbolçuları yetişir. Bu, Azərbaycan futbolunun inkişafı baxımından çox önəmlidir. Həmin futbolçuların “Neftçi”yə qarşı oynayaraq özlərini göstərmələrinə imkan verdiyimiz üçün özümüzü qalib sayırıq. Çox sevindirici haldır ki, qeyd etdiyim futbolçular yetşirlər və bir müddətdən sonra “Neftçi”nin əsas futbolçularından olacaqlar. 1993/94 təvəllüdlü futbolçular bu gün meydanda yüksək əzmkarlıq nümayiş etdirirlərsə, bu, o deməkdir ki, artıq sabahın “Neftçi”sinin təməli çoxdan qoyulub və uğurların davamı gələcək”.
T.Süleymanov “Neftçi”nin hələ ki, stabil çıxış etmədiyini vurğulayıb: “O ki qaldı nəticəyə, ötən mövsüm “Sumqayıt”a məğlub olmuşduq. Ancaq bu, çempionluğumuza mane olmadı. İndi isə heç-heçə qeydə alındı. Yenə də komanda çalışacaq ki, itirdiyi mövqeyini qaytarsın. Ümumilikdə çempionatda stabil çıxış edən komanda yoxdur. Qış fasiləsinə qədər hansı klub stabilliyini bərpa etsə, çempionluq şansı çox olacaq. Hiss olunur ki, digər klublar kimi “Neftçi” də sabit çıxışlarını bərpa etməlidir”.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil