“Rəvan” klubunun yarımmüdafiəçisi Rəşad Abdullayevin Qol.Az saytına müsahibəsi
- Yeni klubun “Rəvan”da işlərin necədi?
- Demək olar ki, vəziyyət normaldır. “Rəvan”da hər şey mənim üçün yenidir. Çalışıram komandaya uyğunlaşım.
- “Bakı”dan ayrılmağının səbəbi nə oldu?
- Mən “Bakı”ya gələndən sonra kluba yeni baş məşqçi təyin olundu. Əvvəl hər şey qaydasında idi. Sonra təlim-məşq toplanışında məşqçinin danışığından hiss etdim ki, mənə az şans verəcək. Buna görə də belə məsləhət oldu ki, “Rəvan”a keçim.
- Seçimi özün etdin?
- Əlbəttə. Mənə oynamaq lazımdır. Həmişə meydanda olan oyunçuyam. Çalışmışam ki, oynadığım müddətdə komandama xeyir verim. “Rəvan”a gəlməkdə də məqsədim odur ki, daima heyətə düşüm və komandanı yaxşı pillələrə qaldırmağa kömək edim.
- Həmişə iddialı klublarda əsas oyunçulardan olmusan. İndi sonuncu yerlərdə olan “Rəvan”da oynamaq sənə çətin deyil?
- Bunu həyat göstərəcək. Ola bilər ki, bir az çətinlik olsun. Çünki həmişə üzdə olan futbolçu olmuşam. Hücum xəttində oyunumla, vurduğum qollarla, ötürmələrimlə yadda qalmışam. Çalışacam ki, “Rəvan”da həmin oyunumu davam etdirim. Yenə uğurlu çıxış etsəm, mənə heç bir çətinlik olmayacaq.
- “Qarabağ”a qarşı oyunda meydana son dəqiqədə çıxmağının səbəbi nə idi?
- Oyundan əvvəl səhhətimdə problem var idi,
zəhərlənmişdim. “Qarabağ”la oyunda ehtiyat oyunçular skamyasında da oturmaq istəmirdim. Ancaq elə oldu ki, baş məşqçi məni də heyətə salmağı lazım bildi. Gücüm yox idi, xəstəlikdən təzə çıxmışdım. Ancaq komandamın yanında oldum.
- Baş məşqçi Vladislav Qədirovla münasibətin necədir?
- Təzə gələndə münasibətlərimiz çox yaxşı idi. İndi də normal saymaq olar. Mənə demişdi ki, sənə güvənirəm. Necə oyunçu olduğumu, hansı klublarda oynadığımı bilir.
- Demək olarmı onun gəlişindən sonra komandada inkişaf var? Çünki “Rəvan” son iki oyunda uğurlu çıxış edib.
- Burada çox şey futbolçulardan asılıdır. Əvvəlcə oyunçular təzə idi. İndi isə getdikcə komanda öz oyunu tapır. Məncə, bundan da yaxşı olacaq.
- Son turda “Qarabağ”ı məğlub etməyə yaxın oldunuz. Sonda bərabərlik qeydə alındı. Bunu necə bacardınız?
- “Qarabağ” köklü komandadır. Artıq 5-6 ildir ki, eyni futbolçular bir yerdə oynayır. Yaxşı hazırlaşmışdıq. Necə taktiki gedişlər etməyi bilirdik. Oyunda qalib gələ də bilərdik. Ancaq onu da deyim ki, bizim bəxtimiz gətirdi.
- Növbəti oyununz “Qəbələ”ylədir. Keçmiş komandana qarşı oyunda səni meydanda görə biləcəyik?
- Yox. Baş məşqçi məni 18-liyə daxil etməyib.
- Səbəb nədir?
- Özüm də bunu gözləmirdim. Ancaq siyahıya baxanda adımı görmədim. Yəqin ki, xəstəlikdən təzə çıxdığıma görə baş məşqçi belə addım atıb.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi