Qara Qarayev: "Simurq"la oyunda xal itirməyə haqqımız yoxdur"

Qara Qarayev: "Simurq"la oyunda xal itirməyə haqqımız yoxdur"
MÜSAHİBƏ 18 Sentyabr 2013 / 14:58 3023
-  A +

“Son iki oyunda xal itirməyimiz təbii ki, psixoloji cəhətdən bizə təsir edir. Əsas da ona təəssüflənirəm ki, xeyli qol epizodundan istifadə edə bilmirik. Bu qolları vurmalı idik. Ancaq meydanda yaxşı oyun nümayiş etdiririk. Düzdü, yenə də liderliyimizi qoruyuruq. Ancaq rəqiblərlə xal fərqimizi daha böyük edə bilərdik”.

Qol.Az saytına açıqlamasında bu sözləri “Qarabağ” klubunun müdafiəçisi Qara Qarayev deyib.

Milli komandamızın da üzvü olan gənc futbolçu Premyer Liqanın son oyununda “Rəvan”la heç-heçə (1:1) etmələrindən danışıb. Qeyd edib ki, “Qarabağ”ın son iki oyunda qalib gələ bilməməsinin başlıca səbəbi yoxdur: “Futbolda həmişə istədiyin alınmır. Bizdə də son iki oyun belə oldu. “Rəvan”la oyunda xal itirmək bizim üçün də gözlənilməz oldu. Ancaq nəticədə bu futboldu. Burada itirmək də olur, qazanmaq da. Autsyeder saydığımız komanda gələn oyunlarda istənilən güclü rəqiblərdən xal ala bilər. Hazırda çempionatımızda autsayder yoxdur. 

Q.Qarayev növbəti turda “Simurq”la qarşılaşacaqları oyun haqda da danışıb: “Simurq” güclü komandadır. Qapalı futbol oynayır. Keçən il də “Simurq”la görüşlərimiz çətin keçirdi. Bu il isə məncə,  bir qədər də gücləniblər. Bizim üçün ağır olacaq.  Buna baxmayaraq qalib gəlməkdən başqa fikrimiz yoxdur. Artıq “Simurq”la oyunda xal itirməyə haqqımız yoxdur. Çalışacağıq  yararlana bilmədiyimiz imkanlardan bu oyunda maksimum istifadə edək. Tam heyətlə matça hazırlaşırıq. Üstünlüyümüz odur ki, öz meydanımızda oynayacağıq.                          

Daha çox


Son xəbərlər
10.03.25  23:00

PSJ fikrini dəyişdi