U-19 milli komandamızın sabiq baş məşqçisi, veteran futbolçu Vəli Qasımovun Qol.Az saytına müsahibəsi
- U-19 millisindən ayrıldıqdan sonra işsiz qaldınız. Hazırda nə işlə məşğulsuz?
- Hələ ki, heç bir işim yoxdur. Evdə oturub futbolu izləyirəm. Gözləyirəm ki, təklif gəlsin, işləyim.
- Əsas milli komandamızın İsraillə oyunu haqda fikirlərinizi bilmək istərdik.
- Sevinirəm ki, İsraildən bir xal gütürdük. Ancaq komandamızın oyunu xoşuma gəlmədi. Birinci hissə lap pis oynadıq. Ümumi oyuna baxanda isə Avropadan uzaq olduğumuz görünür. Belə oyunlarla Avropada nəsə etmək olmaz.
- Hansı çatışmazlıqları nəzərdə tutursunuz?
- Bütün mövqelərdə zəiflik var. İsraildə nəticə qazanmaq yaxşıdı, ancaq millimiz yaxşı oyun sərgiləmir.
- 21 yaşlılardan ibarət yığmamızın 2:7 hesabı ilə məğlub olmasına necə şərh verə bilərsiniz?
- Nəticə göz qabağındadır. Artıq bu haqda nə demək olar? Belə hesabla uduzmağı təsəvvürümə gətirə bilmirəm. 21 yaşlı futbolçular əsas millimizin gələcəyidir. Ona görə də belə nəticələr acınacaqlıdır.
- Bernhard Lippertin komandası heç bir uğuru ilə yadda qalmayıb. Son biabrçı nəticədən sonra onun istefaya göndərilməsi düzgün olarmı?
- Yəqin ki, 7 top buraxdıqdan sonra istefaya gondərmək olar. AFFA rəhbərliyi özü bunu düşünməlidir. Onsuz da mənim danışmağımın xeyri yoxdur. Bu mövzularda çox danışmışam. Ancaq hər şey olduğu kimi qalır, heç bir dəyişiklik görmürəm.
- Ümumiyyətlə, son illər futbolmuzda inkişaf görürsünüz?
- Heç bir inkişaf görmürəm. Mən də futbol oynamışam. Bilirəm ki, inkişaf necə olur. Komandanı yaradanda onun gələcəyini görmək lazımdır. Bizdə isə heyət mütəmadi olaraq dəyişilir. Belə komandanın gələcəyi yaxşı ola bilməz. İngiltərə və İspaniyada əsas milli komandanın heyətinin yarısı 21 yaşlılardan gəlib. Bizdə isə hələ belə şey görmürəm. Düzdür, son vaxtlar cavan futbolçular da heyətə cəlb olunur. Ancaq stabil heyətimiz yoxdur.
- Çempionatımızın gedişi, klubların çıxışı haqda nə deyə bilərsiniz?
- Çempionat çox maraqlı başlayıb. Hiss olunur ki, bəzi komandalar oyununu artırıb, bəziləri isə heç dəyişməyib. “Xəzər Lənkəran” hələ də qalib gələ bilməsə də, son oyunları çox yaxşı çıxış edir. “Bakı” və “Qarabağ”da inkişaf hiss olunur. Bu komandalar ötən müvsümlə müqayisədə xeyli irəliləyib. “Neftçi”də dəyişiklik yoxdur. Demək olar ki, əvvəlki heyətlə, eyni oyunu nümayiş etdirir. Stabil çıxış edən komandadır.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi