Topaz Premyer Liqanın V turunda “Qarabağ”a qalib gələrək (1:0) liderliyi ələ keçirən AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov oyun haqda Qol.Az saytının suallarını cavablandırıb
- Əvvəlcə matç haqda təəssüratlarınızı bilmək istərdik.
- Oyun çox gərgin keçdi. Biz bilirdik ki, “Qarabağ”da çox səviyyəli, keyfiyyətli futbolçular var. Avroliqada yaxşı təsir bağışlayan bir komandadır. Belə qərara gəldik ki, rəqibin lider oyunçularını təzyiq altında saxlamaqla onların istədiyi oyunu göstərməsinə imkan verməyək. Erkən vurulan qol da bizə kömək oldu. Son dəqiqələrdə komandamız sırf nəticəni qorumağa çalışdı, öz qapımıza yaxın oynadıq. “Qarabağ” da bundan istifadə edərək bir neçə qol imkanları yaratdı. Ancaq çox şadam ki, oyunçularım verdiyim tapşırıqları sona qədər yerinə yetirə bildilər və lazım olan maksimum nəticəni əldə etdik. Qeyd etmək istəyirəm ki, “Qarabağ” Azərbaycanın bəlkə də ən güclü komandasıdır. “Qarabağ”a heç vaxt səfərdə qol vura bilməmişdik. Dünənki oyun ilk qolumuz, ilk qələbəmiz oldu. Oyundan sonra futbolçulardan xahiş etdim ki, bu qələbəni yaddan çıxarsınlar, qarşıdakı matçlara köklənsinlər.
- Oyundan əvvəl müsahibənizdə bildirmişdiniz ki, “Qarabağ”a qarşı öz “silah”ımız var. Dünən həmin “silah”ın sayəsində qalib gəldiniz?
- Əlbəttə, ancaq bunun sayəsində qələbə qazandıq. Lider oyunçuları zərərsizləşdirib imkan vermədik ki, “Qarabağ” öz oyununu göstərsin. Düzdü, bunun üçün xeyli güc sərf etməli olduq, ancaq şadam ki, komandam 90 dəqiqə bu mübarizədən çəkilmədi. “Qarabağ”ın hər mövqeyindəki oyunçularını təzyiq altında saxladıq və oynamalarına imkan vermədik.
- Komandada müəyyən çatışmazlıqlar olduğu halda, əlinizdə istədiyiniz futbolçunun olmadığı vaxtda beş turdan sonra liderliyə yüksələcəyinizi gözləyərdinizmi?
- Futbolçularımdan xahiş edirəm ki, daxildən iddialı olsunlar. Yəni həmişə meydana çıxanda ancaq qələbə haqda fikirləşsinlər. Qabaqcadan psixoloji cəhətdən məğlub duruma düşməsinlər. Həmişə deyirəm ki, sonda baxarıq ki, hansı yeri tutmuşuq. Biz yeni komanda formalaşdırırıq. Uzun bir marafondayıq. Bu yolda müəyyən enişdər də olacaq. Bunların hamısına hazır olmalıyıq. Etiraf edirəm ki, bu gün sırf nətiyə yönələn bir oyun sərgiləyirik. Ancaq liderliyi qorumaq üçün mütləq səviyyəli, keyfiyyətli futbolçular olmalıdır. Bunlar olan halda Avropada uğurdan danışmaq olar. Ancaq indi nəsə demək tezdir.
- Yəqin ki, uğurlu çıxışlardan sonra hədəfləriniz də böyüyür…
- Bu gün biz çempionluğa layiq oyun sərgiləmirik. Əgər hansısa hədəfləri qarşımıza qoyuruqsa, öncədən səviyyəli futbolçular almalıyıq. Bu gün komandamızda güclü ehtiyat qüvvəsi yoxdur. Oyunçu dəyişikliyi edə bilmiriksə, hansı hədəflərdən danışa bilərik? Ən böyük hədəfimiz odur ki, öz adımızı, nüfuzumuzu qoruyub saxlayaq. Hər bir oyunçum futbol oynamağı bacarır, hər bir oyunçum bu gün bundan da yaxşı oynamağa, daha yaxşı yerlərdə olmağa layiqdir. Ona görə də həmişə onlara bildirirəm ki, bizim hədəfimiz, motivasiyamız öz adımızı qorumaqdır.
- Beş turdan sonra artıq müəyyən qədər formalaşmış futbolçularınız varmı?
- Gördüyünüz kimi beş oyuna demək olar ki, bir heyətlə çıxmışıq. Ümumiyyətlə, hücumçusuz oynayırıq. Hər iki hücumçumuz zədəlidir. Ancaq buna baxmayaraq, çıxış yolu tapırıq. Dediyiniz kimi komanda müəyyən qədər formalaşıb. Bu da onu göstərir ki, hər bir komandaya qarşı oynamaq mümkündür.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi