“Əvvəla onu deyim ki, “Qarabağ”ın oyununa baxanda qürur hissi keçirdim ki, belə bir komandamız var. Avropa standartlarına uyğun olan, rəqibdən, onların azarkeş dəstəyindən çəkinməyən, nəhəng bir komandaya qarşı açıq futbol nümayiş etdirə bilən, sona qədər mübarizə aparan bir “Qarabağ” gördüm”.
Qol.Az saytına açıqlamasında bu sözləri AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov “Qarabağ”ın Avroliqanın pley-off mərhələsində “Ayntraxt”la (Frankfurt) cavab oyunu (1:2) haqda danışarkən deyib.
Təcrübəli mütəxəssis “Qarabağ”ın gələn il Avroliqanın qrup mərhələsinə düşəcəyinə inandığını vurğulayıb. Qeyd edib ki, bunun üçün komandamızda kifayət qədər potensial var: “Qarabağ” çempionatımızın əsl lideri kimi oyun sərgilədi. Reynaldonun, Vüqar Nadirovun, Almeydanın və Çumbinyonun fərdi ustalığı onu göstərdi ki, biz heç də “Ayntraxt”dan zəif deyilik. Əsas odur ki, komandamız ilk oyundakı səhvlərdən nəticə çıxara bilmişdi və daha üstün oyun göstərdi. Nəticəyə görə təəssüflənməyə dəyər. Heyf ki, komandamız qrup mərhələsinə vəsiqə qazana bilmədi. Ancaq təqdirəlayiq haldır ki, komandamız ilk oyunda öz meydanında uduzsa da, özündə güc tapdı və gözəl oyun nümayiş etdirdi. “Qarabağ” elə bir oyun göstərdi ki, gələcəyə inamla baxmaq olar. İnanıram ki, yaxın gələcəkdə “Qarabağ” mütləq Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb hər birimizi sevindirəcək”.
V.Sadıqov Topaz Premyer Liqanın beşinci turunda “Qarabağ”la qarşılaşacaqlarını da xatırladıb. Necə bir rəqibə qarşı oynayacaqlarını dərk etdiklərini və bu çətin qarşılaşmaya hazır olduqlarını bildirib: “Qeyd etdiyim keyfiyyətlərə malik bir rəqiblə bizi oyun gözləyir. Hesab edirəm ki, hər bir futbolçumuz bunu dərk edir ki, belə bir rəqibə qarşı tam hazır olmaq lazımdır. Biz də sona qədər mübarizə aparmağa hazırıq və aparacağıq. “Sumqayıt”la oyundan sonra bütün fikirlərimizi “Qarabağ”a yönəltmişik. “Qarabağ”ın üstün cəhətlərini əvvəldən də bilirdik. İlk növbədə çalışacağıq ki, bizimlə oyunda həmin üstünlüklərindən istifadə edə bilməsinlər. Digər tərəfdən bizim də öz “silah”ımız var. Məncə, gərginliyi ilə seçilən bir oyun olacaq. Hamı bilir ki, sözün əsl mənasında liderlə görüşümüz var. Futbolçulardan xahiş edirəm ki, rəqibdən çəkinməsinlər. Belə bir güclü komandaya qarşı nəyə qadir olduğumuzu göstərək. Yəni yeni komandanı formalışdırmaq üçün belə güclü rəqibə qarşı oynamaq bizə çox vacibdir”.
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi