“Almaniyaya yaxşı əhval-ruhiyyə ilə gəlmişik. Çempionatın son oyununda “Qəbələ”ni məğlub etdik. Premyer Liqada işimiz yaxşı gedir. Bu da psixoloji cəhətdən bizə əlavə üstünlük verir. Cavab oyununa nəticə qazanmaq üçün çıxacağıq”.
Qol.Az saytına açıqlamasında bu sözləri “Qarabağ” klubunun hücumçusu Vüqar Nadirov Avroliqanın pley-off mərhələsində “Ayntraxt”a (Frankfurt) qarşı bu gün keçirəcəkləri cavab oyunu haqqında danışarkən deyib.
Onun sözlərinə görə, alman klubu heç də “Qarabağ”dan üstün deyil. Buna görə də komanda səfərə ümidsiz yollanmayıb: “Öz meydanımızda 0:2 hesabı ilə məğlub olmağımız bir qədər işimizi çətinləşdirir. Ancaq rəqib bizdən elə də güclü deyil. İlk oyuna əsasən deyə bilərəm ki, “Ayntraxt” keçiləsi rəqibdir. Təəssüf ki, Bakıdakı qarşılaşmada istədiyimiz oyun göstərə bilmədik”.
“Qəbələ” ilə oyunda komandasının qələbə topunu vuran təcrübəli futbolçu “Ayntraxt”la oyunda da fərlənmək istədiyini bildirib: “Bir müddət zədə səbəbindən meydana çıxa bilmədim. Futbol üçün darıxmışdım. Ancaq “Qəbələ” ilə oyunda 90 dəqiqə meydanda oldum. Bilirəm ki, “Ayntraxt”la oyunda da məndən qol gözləyirlər. İnşallah, qol vurmağa çalışacağam”.
"Beşiktaş" onu göndərdi
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər