“AFFA İntizam Komitəsinin qərarlarına həmişə hörmətlə yanaşmışıq. Ancaq hiss olunur ki, bir qədər diplomatik qərarlar qəbul olunub. Bunları da anlayışla qarşılayırıq”.
Qol.Az saytına açıqlamasında bu sözləri “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov AFFA İntizam Komitəsinin “Neftçi” və “Xəzər Lənkəran” haqda məlum qərarlarına münasibət bildirərkən deyib.
Klub rəsmisi İntizam Komitəsinin bəzi qərarları ilə razılaşmadıqlarını bildirib. Qeyd edib ki, “Neftçi” azarkeşləri klubun cəzalanmasına səbəb ola biləcək hərəkət etməyiblər: “Xəzər Lənkəran”la oyunda müəyyən səbəblərdən hətta hakimlər ikinci hissəyə 5-6 dəqiqə gec başlamağa məcbur oldular. Hər şey göz qabağında idi. “Neftçi” azarkeşləri heç bir təxribatda iştirak etmədiyi halda klubumuz da cəzalanıb. Bunlar bizim üçün bir qədər qaranlıq qaldı. Əsas odur ki, gələcəkdə belə hallar baş verməsin. Bunu da istər layiqli “Neftçi” azarkeşləri, istərsə də “Xəzər Lənkəran” azarkeşləri dərk etməlidirlər”.
T.Süleymanov “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun onu qeyri-peşəkarlıqda ittiham etməsinə də cavab verib: “Çox təəssüf ki, İntizam Komitəsinin qərarından dərhal sonra “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov açıqlama verib, bəzi ifadələr işlədib və azarkeşlərdən danışıb. Ona cavabım odur ki, Tuyqun Nadirovun azarkeşlərlə iş təcrübəsi daha çoxdur. O, elə azarkeşlərlə çalışsa, daha yaxşı olar. O ki qaldı haqqımda qeyri-peşəkar ifadəsini işlətməsinə, Tahir Süleymanov üç mövsümdür ki, “Neftçi”də çalışır və göstərdiyimiz nəticələr göz qabağındadır: çempionluq, kubok və Avroliqanın qrup mərhələsinə düşmək kimi uğurlarımız danılmazdır. Ancaq Tuyqun Nadirov 10 ildir “Xəzər Lənkəran”da çalışsa da, ortada nəticə yoxdur. Bu peşəkarlıqdan danışır Tuyqun Nadirov? Bir daha qeyd edirəm ki, onun azarkeşlərlə təcrübəsi həddindən artıq çoxdur və bu işlərlə məşğul olsa, daha yaxşı olar”.
"Beşiktaş" onu göndərdi
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər