Yunis Hüseynov: "Ayntraxt"dan qorxmaq lazım deyil"

Yunis Hüseynov: "Ayntraxt"dan qorxmaq lazım deyil"
MÜSAHİBƏ 23 Avqust 2013 / 17:10 4160
-  A +

“Oyun “Qarabağ” üçün çox ağır keçdi. Almaniya Bundesliqasının səviyyəsinə hamı bələddir. Buna görə də bilirdik ki, komandamızı asan oyun gözləmir. Səviyyə baxımından rəqib futbolçuları üstün idi. “Ayntraxt” komandamıza ilk dəqiqələrdən hörmətlə yanaşdığını göstərdi”.

Qol.Az saytına açıqlamasında bu sözləri “Xəzər Lənkəran” klubunun sabiq baş məşqçisi Yunis Hüseynov Avroliqanın pley-off mərhələsində dünən keçirilən “Qarabağ” – “Ayntraxt” (Frankfurt) oyunu (0:2) haqda danışarkən deyib.

Veteran futbolçunun sözlərinə görə, komandamız rəqibin ciddi müqaviməti ilə üzləşsə də, ən azından hesabı bərabərləşdirə bilərdi. Yəni rəqib keçilməz deyil: “Dünən “Ayntraxt” ikinci hissəyə bir qədər arxayın çıxmışdı. Çünki birinci hissədə “Qarabağ”ın zəif oyunun şahidi olmuşdular.  İkinci hissə başlayan kimi  “Qarabağ” hesabı bərabərləşdirə bilərdi. Komandamız bir qədər də aktiv olsaydı, oyunun taleyini dəyişəcəkdi”.

Y.Hüseynov “Qarabağ”ın mərhələ keçmək şanslarını da dəyərləndirib. Bildirib ki, "Qarabağ"ın şansıaz olsa da, rəqibdən çəkinməyib hücum futbolu oynamaqla uğurlu nəticə qazana bilər: “Ayntraxt”dan qorxmaq lazım deyil. Çünki artıq rəqib hesabda 2:0 irəlidir. Bundan sonra çəkinmədən futbol oynamaq lazımdır. Səfərdə açıq futbol oynayıb qol vurmaq lazımdır. Qeyd etdiyim kimi “Ayntraxt” dünənki oyunda ikinci hissəyə çox arxayın çıxmışdı. Az qala bunun cəzasını görəcəkdilər. Məncə, rəqib cavab oyununda da arxayın olacaq. Ona görə də qorxmadan hücum futbolu oynamaq lazımdır. Amma onu da deyim ki, “Qarabağ” üçün mərhələni keçmək həddindən artıq çətin olacaq. Gərək bunun üçün komandamız çox əziyyət çəksin, meydançada çox işləsin. Rəqib meydana arxayın çıxsa, onda nəsə etmək olar. Əks halda çox çətin olacaq”.   

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki