“Qarabağ” klubunun yarımmüdafiəçi Muarem Muarem Avroliqanın pley-off mərhələsində dünən “Ayntraxt”a qarşı keçirdikləri oyun (0:2) haqda Qol.Az saytına müsahibə verib.
- Dünənki qarşılaşma haqda fikirlərini bilmək istərdik.
-Oyuna tam hazır idik. Sərfəli nəticə qazanacağımıza inanırdıq. Ancaq təəssüf ki, qələbəni rəqib qazandı. Pis oynadığımızı deməzdim. Ancaq bundan da yaxşı oynaya bilərdik. Stadionun durumu çox pis idi. Ancaq bunu bəhanə etmək istəmirəm. Çünki bu vəziyyət rəqibə də təsir edirdi. Komandamız yerlə oynadığı üçün bizə daha çox mane oldu. Nəticəyə görə çox üzülürük. Ancaq qarşıda bizi ən azı 90 dəqiqəlik cavab oyunu gözləyir. Təkrar matçda bundan yaxşı çıxış edəcəyik.
- İlk dəqiqələrdən “Qarabağ” çox həyacanlı idi. Qolu da bu səbəbdən buraxdığınızı demək olar?
- Həyacanın olmağı normaldır. Çünki dördüncü təsnifat mərhələsinin oyununa çıxmışdıq, qrup mərhələsinin bir addımlığındayıq. Həm də rəqibdən o cür pressinq gözləmirdik. “Ayntraxt” bizi yaxşı analiz etmişdi. İlk dəqiqələrdən bu hiss olundu. İlk 10 dəqiqə dediyiniz kimi həyacanlı olduq, oyunumuz alınmadı. Beşinci dəqiqədə qol buraxmağımız isə oyunuma mənfi təsir etdi.
- Məğlubiyyətin əsas səbəbi kimi “Ayntraxt”ın “Qarabağ”dan güclü olmasını göstərmək olar?
- Komandalar arasında böyük bir fərq görmürəm. Düzdür, rəqibimiz keçən mövsüm Bundesliqanı altıncı yerdə bitirib, ancaq qalib gələ biləcəyimiz bir komandadır. Məncə, məğlubiyyətin əsas səbəbi təcrübəsizliyimiz oldu.
- Axı, “Qarabağ”ın da kifayət qədər Avropa təcrübəsi var.
- Təbii ki, var. O qədər də demirəm. Ancaq “Ayntraxt”la müqayisədə təcrübəmizin az olduğu göründü. Çünki biz qol epizodlarından yararlana bilmədik, onlar isə fürsətlərdən yaxşı istifadə edib iki qol vurdular. Yəni çox da asan olmayan epizodlardan fərqləndilər.
- Razısan ki, Reynaldonun yoxluğunda hücum xəttindəki boşluğu doldura bilmədiniz?
- Təbii ki, Reynaldo komanda üçün çox faydalı oyunçudur. Əgər o, oynasaydı, nəticə başqa cür olardı. Ancaq yenə də oyuna 11 nəfərlə çıxırıq. Buna çox da fikir vermək lazım deyil.
- “Qarabağ”ın əvvəlki illərdə daha çox oyunçusu qollar vurmaqla azarkeşləri sevindirirdi. Ancaq indi 1-2 futbolçusu komandanın qol ümididir. Yəni “Qarabağ”ın fərdi oyunçulardan asılı vəziyyətə düşdüyünü demək olar?
- Mən belə düşünmürəm. Düzdür, Reynaldo indi yaxşı formadadır, komandanın vacib qollarını vurur. Ancaq mən də daxil olmaqla bir neçə futbolçumuzun qol imkanları olur. Dünənki oyunda da qol vurmaq üçün yaxşı imkanım oldu. Bəlkə də mənim yerimdə Reynaldo olsaydı, həmin imkanlardan fərqlənə bilərdi. Ancaq “Qarabağ”da xeyli futbolçu var ki, qol vurmaq gücündədir. Məncə, komandamız hansısa futbolçudan asılı vəziyyətdə deyil.
- “Qarabağ” Ayntraxt”a tam gücünü göstərə bildi?
- Dediyim kimi ilk dəqiqələrdən ciddi pressinqlə üzləşdik. Ona görə də biraz sıxıntı keçirdik. Bu səbəbdən də erkən qol buraxdıq. Buna baxmayaraq 90 dəqiqə ərzində hesabı dəyişə bilərdik. Deməzdim ki, tam gücümüzü ortaya qoya bildik.
- Baş məşqçiniz Qurban Qurbanov “Qarabağ”ın mərhələni adlamasının çox çətin olacağını bildirib. Sən necə Almaniyada “Ayntraxt”a 2 qol vuracağınıza inanırsan?
- Ümidimiz tükənməyib. İsənilən nəticə qeydə alına bilər. Bakıdakı oyunda qol vəziyyətlərini dəyərləndirə bilmədiksə, inşallah cavab oyununda bu şanslardan istifadə edəcəyik. Başa düşürük ki, 2:0 qalibiyyətdən sonra “Ayntraxt”ın şansı daha çoxdur. Ancaq səfər meydanında daha yaxşı oynayacağımıza söz veririk. “Qarabağ” rəqib meydanlarında az qələbə qazanmayıb.
- Türkiyə klubundan təklif almağınla bağlı xəbərlər var.
- Bu haqda məlumatım yoxdur. Ola bilər ki, klublar arasında danışıq olub, ancaq mənə heç nə deməyiblər.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi