Əfran İsmayılov: "Malta zəif deyildi, biz yaxşı oynadıq"

Əfran İsmayılov: "Malta zəif deyildi, biz yaxşı oynadıq"
MÜSAHİBƏ 16 Avqust 2013 / 16:17 4171
-  A +

Milli komandamızın və “Bakı” klubunun üzvü Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi



- Malta ilə oyunu necə dəyərləndirirsən?


- Maltanı kimlərsə ciddi rəqib hesab etmirdi. Ancaq oyunda bir daha şahidi olduq ki, çətin komandadır. Yaxşı hücumlar təşkil edirdilər. Sadəcə qol vura bilmədilər. Bilirsiniz ki, Malta indiyə qədər bizi üç dəfə məğlub edib. Həmçinin Türkiyə və Lüksemburqa qalib gəlmişdilər. Yəni ehtiyat ediləsi rəqib idi. Yoldaşlıq oyunu olmasına baxmayaraq, ancaq qalib gəlmək üçün meydana çıxmışdıq. Şükürlər olsun ki, layiqli qələbə qazandıq.

- Komandamız uzun müddətdir ki, böyükhesablı qələbə qazana bilmirdi. Malta ilə oyunun belə nəticələnməyində əsas nə rol oynadı?

- Rəqibə ciddi yanaşmağımız və qələbə əzminin daha böyük olması. Həm də öz meydanımızda həmişə yaxşı çıxış edirik. Bilirdik ki, bundan sonra bizi İsraillə daha ağır oyun gözləyir. Həmin oyuna yaxşı motivasiya olmaq üçün Maltanı məğlub etməliydik. Yenə deyirəm, Malta zəif deyildi, biz yaxşı oynadıq.

- Çıxışın 4.5 balla qiymətləndirildi. Bu, pis nəticə olmasa da, yaxşı da deyil. Oyununla bağlı özün nə deyə bilərsən?


- Heç vaxt  qiymətləndirməyə fikir vermirəm. Ancaq deyə bilərəm ki, doğurdan da orta səviyyədə çıxış etdim. İstədiyim kimi oynaya bilməsəm də, pis də çıxış etmədim. Oyun təcrübəsindən əziyyət çəkirəm. Baş məşqçimiz də fasilədə bildirdi ki, səni əvəzləyəcəm. 4.5 balla qiymətləndirilməyimi isə normal hesab edirəm. Düzgün qərar veriblər.

- DÇ-2014-ün seçmə mərhələsində komandamız İsrail millisi ilə qarşılaşacaq. Malta ilə oyun nə deməyə əsas verir, İsrailə qalib gələ bilərik?

- Nəzərə almaq lazımdır ki, İsraillə Malta tam ayrı-ayrı komandalardır. Onlara qarşı tam başqa taktika ilə oynayacağıq. İsrail çox güclü rəqibdir. Ancaq biz də səfərdən qələbə ilə qayıtmağa çalışacağıq. Qalib gələ bilməsək də,  bir xal qazana bilərik. İsraildən bir xal almaq da yaxşı nəticədir.

- “Bakı” çempionata uğursuz start verdi. İki turdan sonra xalsız qalmaq iddianızı azaltmayıb?

- Futbolda belə şeylər olur. Komandamızda xeyli yeni oyunçu var.  Baş məşqçimiz də yenidir. Bunlar hamısı öz təsirini göstərir. Yeni oyunçuların bir-birinə uyğunlaşması üçün bir qədər vaxt lazımdır. Həmçinin hazırda komandada kompleksləşmə gedir. Qarşıda xeyli oyunumuz var. Keçən oyunları unutmalıyıq.  Hər bir komandanın öz vaxtı var. Biz də vaxtı çatanda qələbələrimizi sıralayacağıq, hətta liderlik uğrund mübarizə aparacağımızı deyə bilərəm.

- Yeni mövsümdə səni meydanda görməmişik. “Qəbələ” ilə oyunda isə adın 18-liyə salınmamışdı.

- Ayağımda ağrılar var idi. Baş məşqçi bunu nəzərə alıb məni oyuna salmadı. İnşallah gələn turdan məni meydanda görəcəksiniz.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki