“Xorvatiya ilə oyuna itkilərlə çıxmışdıq. Komandamızın beş əsas üzvü müxtəlif səbəblərdən bizə qoşula bilməmişdi. Ancaq futbolçularımız yaxşı çıxış etdi”.
Qol.Az saytına açıqlamasında bu sözləri Azərbaycanın U-19 millisinin baş məşqçisi Arif Əsədov komandasının Xorvatiya ilə yoldaşlıq oyunu (1:1) haqqında danışarkən deyib.
Onun sözlərinə görə, komandamız çətin rəqibə qarşı inamlı mübarizə aparıb: “Xorvatiyanın 19 yaşlıları həmişə həm Avropa, həm Dünya çempionatının final mərhələsində iştirak edirlər. Bu toplanışa onların komandasında “Roma” və “Seltik” kimi komandalardan futbolçular qatılmışdı. Buna baxmayaraq, futbolçularımız verdiyim tapşırıqları yerinə yetirdilər. Ən əsası odur ki, komandamız nizamlı oynadı. Buna görə də istədiyimiz nəticəni aldıq. Qalib də gələ bilərdik. Hesabda irəli olsaq da, üstünlüyümüzü qoruya bilmədik”.
A.Əsədov milli komandamızın Malta yığması ilə yoldaşlıq oyunu (3:0) haqda da danışıb. Təcrübəli mütəxəssis 3:0 hesablı nəticəni qənaətbəxş hesab etsə də, komandamızda müəyyən boşluqlar olduğunu deyib: “İlk dəqiqələrdən hesabı açmağımız yaxşı oldu. Futbolçularda inam yarandı. Bu oyunda qalib gəlməyimiz vacib idi. 3:0 hesablı qələbə İsraillə oyunqabağı komandamıza psixoloji baxımdan kömək olacaq. Onu da deyim ki, komandamızda müəyyən boşluqlar var idi. Əsasən mərkəz və arxa xətt oyunçuları çox irəli atılırdı. Hücuma qoşulanda arxa xətdə oyunçu sayı çox az olurdu. Bu da təbiidir. Futbolçularımız Malta kimi komandaya öz meydanımızda daha çox qol vurmaq istəyirdilər. Ancaq İsrailə qarşı belə oynamaq olmaz. Çünki İsrail Malta deyil. Səviyyəli rəqiblər belə vəziyyətlərdən istifadə edir. Onlara qarşı daha ehtiyatlı olmalıyıq. Yəqin ki, millimiz İsraillə tam başqa taktika ilə oynayacaq”.
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi
Özbəklər bu göstəricidə "birinci" oldu
O da viza ala bilmədi, matçı buraxacaq
İspaniya klubunda yeni baş məşqçi
Çexiya - CAR: Heyətlər
"Bavariya" "Real"ı geridə qoydu
Mundialın rəmzi komandasında kimlər var?
"İnter"dən Kivu qərarı
DÇ-2026 oyununa gedən azarkeşləri atəşə tutdular
"Zirə"nin yay hazırlıq planı bilindi