“İnter” klubunun yarımmüdafiəçisi Asif Məmmədovun Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın II turunda “Qəbələ”yə 1:2 hesabı ilə məğlub oldunuz. Oyun haqda fikirlərini bilmək istərdik.
- Onu deyə bilərəm ki, pis oynadıq. Heç hesabda irəli düşəndə də yaxşı oynamırdıq. İlk hissə nisbətən yaxşı təsir bağışladıq. İkinci hissədə isə çox zəif çıxış etdik. Hələ ki, bizdə alınmır. Uğursuzluğun çempionatın əvvəlində olması bir tərəfdən yaxşdır ki, qarşıda səhvlərimzi düzəltmək üçün çox vaxtımız var. İki oyunda uduzmaq hələ heç nə demək deyil. Qarşıda 34 oyun var.
- Ancaq itirilən altı xalı sonradan bərpa etmək çətindir.
- Çətin də olsa, bacarmalıyıq. Uduzduğumuz komandalarla hələ üç oyunumuz var.
- Meydana oyunun sonlarında daxil oldun. Bu, zədənin təzə sağalmağıyla bağlıdır?
- Zədəm tam sağalıb. Ancaq neçə vaxtdır ki, məşq etmirdim. Yəqin buna görə məşqçilər belə məsləhət biliblər. “Qəbələ” ilə oyunda elə bir vaxtda meydana çıxdım ki, heç nə edə bilmədik. Rəqib dayanmadan üstümüzə gəlirdi. Həmin oyunla deyə bilmərəm ki, necə çıxış etdim.
- “İnter” indiyədək çempionata ardıcıl iki məğlubiyyətlə başlamayıb.
- Düzdür. Amma son iki ildə çempionatın əvvəlində üç oyundan iki xal yığmışdıq. İnşallah növbəti oyunda üç xal qazansaq, hər şey yaxşılığa doğru gedər.
- Komandanız iki oyundur ki, hesabda irəli olsa da, sonda məğlub olur. Bu, sırf komandanın zəif çıxışı ilə əlaqdərdır, yoxsa başqa problem də var?
- Nəticə yoxdursa, deməli zəif çıxış edirik. Hardasa səhv etməsək, uduzmarıq. Ancaq “Qarabağ”la pis oynamadıq. Əsasən də ilk hissədə komandamız üstün idi. “Qəbələ” ilə oyunda isə heç nə alınmadı. Adi ötürmələri düz verə bilmirdik.
- “Qəbələ”nin qollarının ikisini “İnter”in sabiq futbolçuları vurdu. Demək olarmı elə komandanızdan gedən futbolçulara görə “İnter” özünə gələ bilmir?
- Əlbəttə, mən əvvəl də demişdim ki, onlar “İnter”in lazımlı futbolçuları idi. Ancaq komandadan getmək istədilər, heç kim də onlara qarşı çıxa bilmədi. İndi isə yeni komandalarında qol vurmağa çalışırlar. Onlara nə demək olar ki?
- Oyundan sonra baş məşqçiniz Kaxaber Sxadadze istefa verəcəyini söyləmişdi. Bu məsələyə münasibətin necədir?
- İndi baş məşqçi haqda danışsam, hamı deyəcək ki, “İnter”də oynadığına görə Kaxanı tərifləyir. Ancaq bunu tək mən yox, hamı deyir ki, Kaxa Azərbaycana gələn baş məşqçilərin ən yaxşılarındandır. Mən deyərdim ki, ən yaxşısıdr. Bu insan futbolla yatıb, futbolla durur. Onun futbola olan münasibətinin qıraqdan bir faizini görürlər. Sanki Kaxanın futboldan başqa işi yoxdur. Bütün günü futbola baxır, rəqibləri analiz edir. Məncə, belə məşqçinin getməyi nəinki “İnter”, Azərbaycan futbolu üçün də yaxşı olmazdı. Yəni bu insan hər il “İnter”ə medal qazandırıb. Məncə, belə bir vaxtda onun getməyi düzgün olmaz. Çünki fikirləşmirəm ki, ondan yaxşısı gələcək. Sadəcə oyundan sonra əsəbi olduğu üçün belə fikir səsləndirib. O, uduzmağı heç sevmir. Özləri yığışıb futbol oynayanda komandası uduzarsa, az qalır ki, dəli olsun. Kaxa dörd il komandamıza medal qazandırıb. Çempionatı beşinci yerdə birirdiyimiz vaxt isə “Birlik kuboku”nu qazanmışıq. Həm də bu uğurlara kiçik büdcə ilə nail olmuşuq. Avropada da layiqli çıxış etmişik. Biabırçı məğlubiyyətimiz olmayıb. Avroliqada “Lex” və “Asteras”la oyunumuz hamının yadındadır. “Tromse” ilə də yaxşı oynadıq.
- Növbəti oyununuz AZAL-ladır. Səncə, komandanız “qara zolaq”dan çıxa biləcək?
- AZAL-ın oyunlarını izləmişəm. Həmişəki kimi əzmkar komandadır. Bizim üçün çətin olacaq. Ancaq hamı dərk etməlidir ki, bu oyunu da uduzmaq olmaz. Çünki qalib gəlməsək, çox çətin olacaq. Lap pis oynasaq belə, üç xalı qazanmalıq. Hamı üç xal üçün çalışmalıdır. Qalib gələ bilsək, uğursuzluqdan qurtara bilərik.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi