“Qəbələ” klubunun müdafiəçisi Rail Məlikovun Qol.Az saytına müsahibəsi
- Artıq yeni klubunda ilk oyununa çıxdın. “Qəbələ”yə keçidindən məmnunsan?
- Çox iddialı bir kluba gəldiyim üçün sevinirəm.
“Qəbələ”də ilk oyunuma çıxdığım üçün həyacan var idi. Mövsümün ilk matçından qələbə qazanmağı qarşımıza məqsəd qoymuşduq. Ona görə də həyacan ikiqat idi. Bu səbəbdən tam gücümüzü göstərə bilmədik. Ancaq pis oynasaq da, qələbə qazanmağı bacardıq. İnşallah gələn oyunlardan tam gücümüzü qoymağa çalışacağıq.
- “Qəbələ”ni sabiq klubun “Dənizlispor”la necə müqayisə edərdin?
- “Dənizlispor” da Türkiyənin adlı-sanlı klublarından biridir. Ancaq “Qəbələ” daha iddialı klubdur. Həm də daha peşəkar komandadır. Rəhbərliyi və baş məşqçini də nəzərə alanda “Qəbələ”nin daha üstün olduğunu demək olar. Rəhbərlik komanda üçün “yox” sözü işlətmir. Hər cür şərait yaradılıb. Yəni burda yüksək yerlər üçün oynamamaq günah sayılar.
- Müsahibəndə demişdin ki, hələ Azərbaycana qayıtmaq fikrim yoxdur. “Qəbələ”yə keçidinin əsas səbəbi nə oldu?
- Düzdür, Azərbaycana qayıtmaq fikrim yox idi. Türkiyədə də çox məmnun idim. Orada olanda da bir çox dəvət vardı. Superliqa iştirak edən komandalardan təklif almışdım. Yəni Türkiyədə də iddiam var idi. Ancaq Azərbaycana dönməyə məcbur oldum. Bunun əsas səbəbi ailəmlə bağlı oldu. Ailəcanlı bir insan olduğum üçün mənə Türkiyədə yaşamaq çətin idi. Ona görə də Azərbaycana gələndə “Qəbələ”nin təklifini qəbul etdim. Birinci növbədə Azərbaycana qayıtmaq mənə sərf etdi. Qətiyyən bura pula görə gəlməmişəm. İlk növbədə ailəmə görə vətənə qayıtdım. Peşəkar futbolçu kimi “Qəbələ”nin təklifi məni qane etdi.
- Digər klublarımızdan təklif almışdın?
- Təklif gəlsə, belə baxmazdım. “Qəbələ” tam peşəkar klub olduğu üçün belə seçim etdim.
- “Qəbələ”ni Azərbaycanda ən peşəkar klub sayırsan?
- Azərbaycanda bir neçə peşəkar klub var. Ancaq hələ “Neftçi”də oynayanda “Qəbələ”yə rəğbətim var idi. Həm də bu klubun persepektivini görürəm. Azərbaycanda digər inkişafda olan klub ancaq “Bakı”nı görürəm. “Bakı”da uşaq futboluna böyük diqqət ayırır. “Qəbələ”nin çox parlaq gələcəyi var. Çünki burda uşaq futboluna böyük qayğı var.
- Baş məşqçi Yuri Syominlə işləmək necədir?
- Komandaya gələndə Syominlə söhbətimiz oldu. Mənim uğurlu çıxışıma ümid etdiyini bildirdi. Syominlə işləmək mənə çox xoşdur. Onun rəhbərlik etdiyi komandada çıxış etməkdən həzz alıram. Uzun müddətdir ki, belə peşəkar məşqçi ilə işləməmişdim. Çox sadə və tələbkar məşqçidir.
- Təcrübəli futbolçu kimi “Qəbələ”nin hazırkı heyəti ilə bağlı nə deyə bilərsən? Bu komanda ilə medalçılar sırasında ola bilərsiniz?
- Qarşımıza yüksək yerlərdən birini tutmaq hədəfi qoyulub. Klub prezidenti Tale Heydərov Avstriya toplanışında olarkən bizimlə görüşdü və komandanın hədəfləri haqqında danışdı. Dünya şöhrətli baş məşqçimiz var. İndi komandadan daha çox şey tələb olunur. Ona görə biz də çox çalışacağıq ki, baş məşqçinin və klub rəhbərliyinin etimadı doğruldaq. Düşünürəm ki, heyətimiz də yaxşıdır.
- Berti Foqts yenə səni milli komandaya çağırmadı. Ondan dəvət gözləyirdin?
- Milli komandada oynamaq üçün heç bir problemim yoxdur. “Neftçi”dən ayrıldıqdan sonra da milli komandadan dəvət gözləyirdim. Ancaq bilmirəm, nədənsə, “Neftçi”dən ayrılan kimi milli komandanın qapısı üzümə bağlandı. Həmişə Berti Foqts bildirirdi ki, xaricdə oynayan yerli oyunçular azdır. Legioner həyatı yaşayan azərbaycanlı futbolçulara dərhal dəvət göndərirdi. Ancaq mən “Dənizlispor”da müntəzəm olaraq oyuna çıxsam da, milli komandaya çağırılmadım. Səbəbi mənə də maraqlıdır. Buna baxmayaraq, ümidimi üzmürdüm. Azərbaycanı Türkiyədə layiqincə təmsil etdim.
- Milli komandaya çağırılmamağının səbəbini “Neftçi”dən ayrılmağında görürsən?
- Yox. Ancaq qeyd etdiyim kimi “Neftçi”dən ayrıldıqdan sonra milliyə dəvət almadım.
- Artıq yerli çempionatda çıxış edəcəksən. Foqts oyunlarını daha çox izləyəcək.
- Ümid sonda ölür. “Qəbələ”də özümü ən yaxşı tərəfdən göstərəcəm. Yəqin yenidən milli komandaya dəvət alaram.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi