“Qarabağ” klubunun makedoniyalı yarımmüdafiəçisi Muarrem Muarremin Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın I turunda “İnter”lə qarşılaşdınız və 2:1 hesablı qələbə qazandınız. Mövsümdə ilk oyununuzla bağlı nə deyə bilərsən?
- Avroliqa oyunlarındakı uğurumuzun ardını gətirmək istəyirdik. Oyuna fərqli heyətlə başladıq. Bir neçə əsas heyət oyunçumuza istirahət verilmişdi. Ona görə ilk hissədə işimiz çətin oldu. Lakin ikinci hissədə öz oyunumuzu tapdıq. Çempionata yaxşı başlamaq çox önəmlidir. Çempion olmaq istəyən komanda belə matçlarda qalib gəlirsə, işi asan olur. Ona görə də “İnter” də qalib gəlmək istəyirdi. Sevindirici haldır ki, hesabda geri olsaq da, ruhdan düşmədik və iki qol vuraraq qələbə qazandıq.
- “Gefle” ilə oyundan 3 gün sonra “İnter”lə qarşılaşdınız. Komandanızda yorğunluq hiss olunurdu?
- Yorğun olan futbolçulara istirahət verilmişdi. Onsuz da dünənki matçda meydanda olan futbolçuların çoxu əsas heyətdə oynamayanlar idi. Yorğunluq olmasa da, oyunun nəbzini tutmaq üçün biraz vaxt getdi.
- “İnter” futbolçuları “Qarabağ”dan üstün oynadıqlarını iddia edirlər. Sən necə düşünürssən?
- Bu, onların düşüncəsidir. Ancaq əsas nəticədir. Bir neçə futbolçumuzda yorğunluq olsa da, bu, heç də bilinmədi və “İnter”dən pis təsir bağışlamadıq. Əsas fikrimizi “Gefle” ilə oyuna yönəltmişik. Avropada uğurlarımızı davam etdirmək istəyirik.
- Oyunun sonuna yaxın komanda yoldaşın Riçard Almeyda rəqib futbolçu ilə mübarizə zamanı zədələndi, hətta futbolçular arasında münaqişə yarandı. Bu haqda nə deyə bilərsən?
- Həmin epizodda razılaşmadığım məqam odur ki, hakim oyunu dayandırmadı. Almeyda çox pis şəkildə zədələnib yerdə qalmışdı. Hakim isə oyunu davam etdirmək istəyirdi. Sarı vərəqə verməsə də, qayda pozuntusu qeydə almasa da, oyunu dərhal saxlamalı idi. Halbuki hakim sonradan rəqib futbolçuya sarı vərəqə verdi.
- Xeyli vaxtdır səni meydanda görmürdük. Hətta adının 18-liyə düşmədiyi vaxtlar da olurdu. Bunun səbəbi nə idi?
- Əslində ciddi səbəb yoxdur. Baş məşqçi belə məsləhət bilirdi. Bu, mənim üçün problem deyil. Məşqlərdə çox yaxşı iştirak edirəm. Təbii ki, əsas heyətdə oynamaq istəyirəm. Bunun üçün də məşqlərdə özümü ən yaxşı tərəfdən göstərirəm. Yenə də baş məşqçimiz Qurban Qurbanovun fikirlərinə hörmət edirəm.
- Ehtiyatda qalmağının səbəbi kimi yeni futbolçuların gəlişini göstərmək olar?
- Təbii ki, komandaya yeni transferlər olanda rəqabət artır. Ancaq başlacası komandanın qazandığı nəticələrdir. Hansı futbolçunun oynamağının fərqi yoxdur. Onsuz da bizi qarşıda sıx qrafiklə oyunlar gözləyir. Ona görə də oyunçularımızın çox olması vacibdir. Çünki sıx qrafiklə oyunlarda bəzi futbolçulara istrahət vermək lazım olacaq. Onda bütün futbolçular forma geymək şansı qazanacaq. Rəqabətin olmasından ən çox komanda qazanır. Hər kəs özünün ən yaxşı oyununu ortaya qoyur ki, heyətdə olmaq şansı qazansın.
- “Qarabağ”a yeni gələndə səndən daha yaxşı oyun görürdük, qollar vururdun. Həmin oyununu bərpa edə bilirsən?
- Bu, ilk növbədə oyunlara çıxmağımdan asılıdır. Mən də bilirəm ki, əvvəlki formamda deyiləm. Ayağımda zədə olduğundan bir müddət oynamadım. Daha sonra əvvəlki formamda olmadığım üçün oyunlara az çıxdım. Buna görə də tam bərpa olmaq üçün mənə oynamaq lazımdır. Yəni oyun təcrübəsindən əziyyət çəkirəm. Amma bilirəm ki, məşqçilər mənə yetərincə mənə güvənir. Lazım olduqca meydana çıxacam və əvvəlki formama qayıdacağıma inanıram.
- İlk oyunda “Gefle”yə qarşı oynadın. Həmin oyun haqda nə deyə bilərsən? Bu komandanı keçmək şansınızı necə görürsən?
- Öz meydanımızda qalib gəlməyimiz çox yaxşı oldu. Mənə elə gəlirdi ki, oyun heç-heçə bitəcək. Çünki rəqib hamılıqla müdafiəyə qapanmışdı. Təbii ki, bizi çox çətin oyun gözləyir. Ancaq öz oyunumuzu göstərə bilsək, “Gefle” keçiləsi komandadır. Biz İsveçə qalib gəlmək üçün gedəcəyik.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi