Maksim Medvedyev: "Qol vura bilmədikcə gülməyimiz gəlirdi"

Maksim Medvedyev: "Qol vura bilmədikcə gülməyimiz gəlirdi"
MÜSAHİBƏ 3 Avqust 2013 / 00:15 5472
-  A +

"Qarabağ" klubunun müdafiəçisi Maksim Medvedyevin Qol.Az saytına müsahibəsi

- Avroliqanın   III təsnifat mərhələsinin ilk qarşılaşmasında “Gefle”ni məğlub etdiniz.  Oyunla bağlı təəssüratlarını bilmək istərdik.


- Oyun çox baxımlı alındı. Çalışdıq ki, rəqibi topsuz saxlayaq. Fikrimcə, sürətdə və texniki cəhətdən biz “Gefle”ni üstələdik. Bir əskikliyimiz o idi ki, hava toplarını qəbul etməkdə çətinlik çəkirdik. Bunu da başa düşmək olar. Çünki rəqibin əksər oyunçusunun boyu 1.90 metrdir. Bizdə isə ele də ucabot oyunçu yoxdur. Orta xəttə isə Namiqlə Qara lap bəstəboydur. Ancaq yenə də ağlımızı işlədib qələbə qazandıq. Çalışırdıq ki, ikinci qolu vuraq. Məncə bizim üçün yaxşı oyun oldu. Azarkeşlərimizi sevindirdik. Ancaq yenə də boşalmaq olmaz. Çünki hələ bir qol nəsə demək deyil.

- Rəqibin ucaboy olmağından başqa hansısa bir üstünlükləri var idi?

- “Gefle”nin əlavə bir üstünlüyünü görmədim. Çalışırdılar ki, uzun ötürmələr etsinlər. Qol vurmaq üçün cinahlardan ötürmələr edirdilər. Gördüyüm bunlar oldu. Ola bilsin ki, onlar öz meydanlarında tamam fərqli oynayacaqlar. Çünki bizi keçmək üçün qələbə qazanmaladırlar. Əllərindən gələni edəcəklər. Bilirik ki, hücum futbolu oynayacaqlar Bu da bir tərəfdən işimizi çətinləşdirəcək.

- Çox çalışsanız da top qapıdan keçmirdi. Getdikcə komandada inam itmirdi, ruhdan düşmürdünüz?

- İnamımız itmirdi. Ancaq bizə də gülməli gəlirdi ki, nə qədər imkanlardan istifadə etməmək olar. Sanki rəqib komanda cadu etmişdi ki, top qapıdan keçməsin. Yenə də ən azı azarkeşləri sevindirəcək bir qolu vurduq.

- Səncə, 1:0 hesablı qələbə növbəti mərhələyə keçmək üçün “Qarabağ”a yetərlidir?

- Xeyr. Şanslar hələ də 50/50-yədir. Çünki artıq rəqib meydanında oynayacağıq və tam başqa futbol olacaq.

- Avqustun 4-də Premyer Liqada “İnter”lə qarşılaşacaqsnız. “Gefle” ilə cavab matçınız bir həftə ərzində üçüncü oyununuz olacaq. Vacib oyun ərəfəsində yorğunluq sizə mane ola bilər?

- Desək ki, yorğunluq olmayacaq, yalan olar. Çünki hamı bilir ki, həftədə üç oyun keçirəndə yorulmaq normal haldır. Vacib olan odur ki, bu yorğunluğu necə aradan götürəcəyik. Oyunlarda özümüzə ehtiyat qüvvə saxlamalıyıq. Çünki bütün gücümüzü “İnter”lə oyuna qoya bilmərik.

- Cavab oyununda hesabı qorumağa, yoxsa qol vurmağa çalışacaqsınız?

- “Gefle” ilə arxada oturub oynamaq heç vaxt düz olmaz. Çünki rəqibin uzun oyunçuları qol vurmağa çalışacaq. Yuxarı atılsaq da, atılmasaq da vuracaqlar. “Qarabağ” səfərə qol vurmaq və qalib gəlmək üçün gedəcək. Öz oyunumuzu oynasaq, rəqib də hücum futbolu oynasa, boşluqlar mütləq olacaq və biz qol vuracağıq. Məncə. Mərhələni keçə biləcəyik.

- Sonda azarkeləşlərə sözün nədir?

- Azarkeşlərə dərin təşəkkürümüzü bildiririk. Çox sağolsunlar ki, gəlib stadionu doldurdular. Onların axırıncı 10 dəqiqədə dəstək verməsi bizi daha da  gücləndirdi. Sanki 12 nəfərlə oynayırdıq. Son 10 dəqiqədə qapıya beş zərbə vurduq. Qolu azarkeşlərlə birgə vurduq.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki